MİLLİ MÜVƏKKİLLƏR ŞURASININ İL SONUNADƏK PRİORİTETLƏRİ

Azərbaycan Skautlar Assosiasiyasının icraedici orqanı olan Milli Müvəkkillər Şurasının cari – 2022-ci ilin 31 dekabr tarixinədək olan prioritet istiqamətləri aşağıdakılar müəyyən olunmuşdur:

  1. Azərbaycan Skautlar Assosiasiyasının Milli Gənclər Proqramının “Səyyahlar” bölməsinin icrasına doğru işləri həyata keçirmək üçün işçi qrupun fəaliyyəti:
    1.1. Azərbaycan Skautlar Assosiasiyasının Milli Gənclər Proqramının “Səyyahlar” bölməsinin icrası məqsədilə təşkilatın bu sahədə fəaliyyət göstərən üzvlərindən ibarət işçi qrupun yaradılması;
    1.2. İşçi qrupunun “Səyyahlar” bölməsinin tamamlanması, o cümlədən icrasına başlaması üçün müvafiq mərhələlərdə işləri – tərcümə, milliləşdirmə, tərtibi həyata keçirməsi.
  2. Vahidləşdirilmiş Təlimçilər Bazasının yaradılması üçün sahəyə məsul olanların bütün prosedurları keçməsi və bazanın ictimaiyyətə təqdim olunması:
    2.1. Modulların strukturunu işləyib hazırlamaq və modullar arasında təkrarlanmanı azaltmaq və tədris materiallarına sərf olunan vaxtın qiymətləndirilməsini həyata keçirmək;
    2.2. Fərdi modulların razılaşdırılmış parametrlərinə uyğun olaraq müəyyən edilmiş ərazidə insanların gələcək təhsilinin təklif olunan həllini həyata keçirmək;
    2.3. VTB-yə daxil olmaq üçün müraciət etmiş şəxslərin (təlimçilərin) müsahibəsini həyata keçirmək, tələbata uyğun olaraq kriteriyalara uyğundursa, bazaya daxil etmək;
    2.4. Tədris materiallarının hazırlanmasında modul ekspertlərinin işini əlaqələndirmək;
  3. Skautinqin tədris yaş qruplarına müvafiq olaraq müraciəıt etmiş şəxslərin daha səmərəli qaydada qeydiyyatı, üzvlük prosesinin aparılması:
    3.1. Mauqli (6-10 yaş) yaş qrupuna daxil olan yaşları əhatə edən müraciətçilərin boş yerlərinin sayı müəyyən edilmiş və elan edilmiş mauqli dəstələrinə yönləndirilməsi və Azərbaycan Skautlar Assosiasiyasının üzvü kimi rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi və səmərəliləşdirilməsi, “Mauqli Üzvlük Bazası”nın təkmilləşdirilməsi;
    3.2. Skaut (11-13 yaş) yaş qrupuna daxil olan yaşları əhatə edən müraciətçilərin boş yerlərinin sayı müəyyən edilmiş və elan edilmiş skaut dəstələrinə yönləndirilməsi və Azərbaycan Skautlar Assosiasiyasının üzvü kimi rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi və səmərəliləşdirilməsi, “Mauqli Üzvlük Bazası”nın təkmilləşdirilməsi;
    3.3. Cəngavər (14-17 yaş) yaş qrupuna daxil olan yaşları əhatə edən müraciətçilərin boş yerlərinin sayı müəyyən edilmiş və elan edilmiş cəngavər dəstələrinə yönləndirilməsi və Azərbaycan Skautlar Assosiasiyasının üzvü kimi rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi və səmərəliləşdirilməsi, “Mauqli Üzvlük Bazası”nın təkmilləşdirilməsi;
    3.4. Səyyah (18-22 yaş) yaş qrupuna daxil olan yaşları əhatə edən müraciətçilərin boş yerlərinin sayı müəyyən edilmiş və elan edilmiş səyyah dəstələrinə yönləndirilməsi və Azərbaycan Skautlar Assosiasiyasının üzvü kimi rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi və səmərəliləşdirilməsi, “Mauqli Üzvlük Bazası”nın təkmilləşdirilməsi;
  4. Regionlarda skautinqin inkişafı üçün lazımi addımların atılması, vahid idarəetmə, vahid xidmət şəraitinin yaradılması:
    4.1. Skaut hərəkatının təşəkkül tapdığı rayonlarda/şəhərlərdə strukturların ölkə üzrə vahidləşmiş qaydada standart müəyyən edilməsi, müxtəlif sahələr üzrə vəzifələrin təsdiq edilməsi;
    4.2. Rayonlarda/Şəhərlərdə olan skaut icmalarının çətinliklərinin müəyyən edilməsi, analizi;
    4.3. Azərbaycan Skautlar Assosiasiyasının filiallarının – rayonlarda/şəhərlərdə skaut ofislərinin yaradılması üçün müraciətlərin edilməsi;
  5. Yaşı 22-dən yuxarı olan və təşkilata müxtəlif tədbirlər zamanı fayda vermək istəyən, həmçinin hazırki hər hansı struktur pilləsində yer almaq istəməyən üzvlər üçün “Böyükyaşlı könüllülər hovuzu”nun yaradılması;

Ülvi Məmmədov Üzeyir oğlu
Azərbaycan Skautlar Assosiasiyası
, Milli Müvəkkillər Şurası
Milli Baş Müvəkkil

Related Posts

Milli Müvəkkillər Şurasına sınaq müddəti olmaqla təyin edilmiş yeni müvəkkillər

Azərbaycan Skautlar Assosiasiyasının 21 avqust 2023-cü il tarixli elanı əsasında Assosiasiyada müxtəlif istiqamətlər üzrə yaranmış müvəkkillik vakansiyalarına maraq göstərmiş, daha öncəki müddətdə də təşkilata təyin olunduqları sahəyə…

Azərbaycan Skautları Küveytdə baş tutan beynəlxalq forumda iştirak edib

Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) Ərəb Skaut Regionu Ərəb Planlaşdırma İnstitutu və Küveyt Oğlan Skautlar Assosiasiyası (Kuwait Boy Scouts Association) ilə korporativ əməkdaşlıq edərək Küveyt Dövlətinin paytaxtı…

Milli Müvəkkillər Şurasının iclası keçirilib

Azərbaycan Skautlar Assosiasiyasının icraedici orqanı – Milli Müvəkkillər Şurasının avqust ayı üzrə aylıq iclası baş tutub. 26 avqust 2023-cü il tarixində iclasa Şuranın 19 üzvü qoşulub və…

MİLLİ MÜVƏKKİLLƏR ŞURASINDA VAKANSİYALAR

Azərbaycan Skautlar Assosiasiyasının Nizamnaməsinin və Milli Müvəkkillər Şurası haqqında qaydalarının müvafiq maddə və bəndlərinə uyğun olaraq Milli Komitənin 20.08.2023-cü il tarixli qərarına əsəsasən aşağıdakı vəzifələr üzrə könüllü…

MÜVƏKKİLLƏRLƏ BAĞLI YENİ QƏRAR

I) Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkilinin təqdimatı ilə Milli Komitənin 20 avqust 2023-cü il tarixli qərarı əsasında aşağıdakı siyahı üzrə müvəkkilliklər sınaq müddətini uğurla başa vurmuş…

MART AYININ MÜVƏKKİLLƏRİ SEÇİLİB!

2023-cü ilin mart ayı üzrə aparılmış qiymətləndirmənin nəticəsinə əsasən ayın müvəkkillərini sizə təqdim edirik: 1. ELNUR ARİFZADƏ — Milli Gənclər Proq. üzrə müvəkkil (v.m.i.e.) – 10.00 bal…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir