Azərbaycan Skautlar Assosiasiyasının icraedici orqanı – Milli Müvəkkillər Şurasının avqust ayı üzrə aylıq iclası baş tutub. 26 avqust 2023-cü il tarixində iclasa Şuranın 19 üzvü qoşulub və müzakirələrdə iştirak edib.
İclasın başlamasından əvvəl Milli Müvəkkillər Şurasının üzvləri iclasın cədvəlini nəzərə alaraq toplanıb və iclasın sədrini seçmək üçün tələblərini irəli sürüblər. İclasın sədrliyi yekdilliklə Ülvi Məmmədova həvalə edilib. İclas Milli Baş Müvəkkil Ülvi Məmmədovun sədrliyi ilə başlayıb. O, gündəliyi səsləndirdikdən sonra avqust ayı üzrə ASA-nın fəaliyyət göstərdiyi rayon və şəhərləri təmsil edən müvəkkillər, ölkə üzrə fəaliyyət göstərən müvəkkillər tərəfindən təqdim edilən hesabatlar, skautların yerli və beynəlxalq tədbirlərindən əldə etdikləri nəticələri, təşkilatın öyrənmə və tərbiyə proqramlarına dair məlumatlar, sosial və ictimai fəaliyyətlər kimi mövzuları əhatə edib. Hər bir müvəkkil tərəfindən hesabatlar dinlənilib.
Agendada yer alan məsələlər müzakirə edilib və təkliflər səsləndirilib. Səsləndirilən təkliflər və məsələlər Milli Komitənin növbəti aylıq iclası nda səsləndirilmək üçün qeydə alınıb.
İclasın sonunda Ülvi Məmmədov təşkilatın irəliləyişinə olan inamını vurğulayaraq təşkilatın üzvlərinə və işbirliyində iştirak edənlərə təşəkkür edib. Bu iclas vətəndaş cəmiyyətimizin daxilində demokratik proseslərin göstəricisidir və Milli Komitə tərəfindən verilən qərarların obyektivliyinin təminatıdır. O cümlədən təşkilatın prioritet sahələrini müəyyənləşdirməyə və üzvlərinin təklif və fikirlərini nəzərə alaraq gələcək tədbirləri planlamağa kömək edir.
26.08.2023 / 22:47
