Milli Müvəkkillər Şurasına sınaq müddəti olmaqla təyin edilmiş yeni müvəkkillər

Azərbaycan Skautlar Assosiasiyasının 21 avqust 2023-cü il tarixli elanı əsasında Assosiasiyada müxtəlif istiqamətlər üzrə yaranmış müvəkkillik vakansiyalarına maraq göstərmiş, daha öncəki müddətdə də təşkilata təyin olunduqları sahəyə yaxın vəzifələrdə fəaliyyət göstərmiş üzvlərimiz müsahibə və Milli Baş Müvəkkilin təqdimatı, Sədrin qərarı əsasında konkret istiqamətlər üzrə sınaq müddətinə qəbul edilmişdir.

Belə ki,

Ruslan Əsgərov – Milli Böyükyaşlılar üzrə Müvəkkil vəzifəsini müvəqqəti icra edən;

Günay Məmmədova – Milli Mauqlilər üzrə Müvəkkil vəzifəsini müvəqqəti icra edən;

Sədaqət Allahverdiyeva – Milli Cəngavərlər üzrə Müvəkkil vəzifəsini müvəqqəti icra edən vəzifələrinə təyin edilmişlər.

Hər bir böyükyaşlı üzvümüzü təbrik edir, göstərilən etimada layiq fəaliyyət göstərəcəklərinə inanırıq!

Related Posts

Kanderşteq Beynəlxalq Skaut Mərkəzində qısamüddətli könüllülük imkanı

Yaxın günlərdə Kanderşteq Beynəlxalq Skaut Mərkəzində yay 2024 mövsümü üçün qısamüddətli işçi heyəti üzrə vakansiyaya müraciət başlayacaqdır. Müraciətçilər üçün məlumatlar aşağıdakı kimidir: Kanderşteq Beynəlxalq Skaut Mərkəzi  Yay…

Azərbaycan Skautları Küveytdə baş tutan beynəlxalq forumda iştirak edib

Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) Ərəb Skaut Regionu Ərəb Planlaşdırma İnstitutu və Küveyt Oğlan Skautlar Assosiasiyası (Kuwait Boy Scouts Association) ilə korporativ əməkdaşlıq edərək Küveyt Dövlətinin paytaxtı…

Milli Müvəkkillər Şurasının iclası keçirilib

Azərbaycan Skautlar Assosiasiyasının icraedici orqanı – Milli Müvəkkillər Şurasının avqust ayı üzrə aylıq iclası baş tutub. 26 avqust 2023-cü il tarixində iclasa Şuranın 19 üzvü qoşulub və…

MİLLİ MÜVƏKKİLLƏR ŞURASINDA VAKANSİYALAR

Azərbaycan Skautlar Assosiasiyasının Nizamnaməsinin və Milli Müvəkkillər Şurası haqqında qaydalarının müvafiq maddə və bəndlərinə uyğun olaraq Milli Komitənin 20.08.2023-cü il tarixli qərarına əsəsasən aşağıdakı vəzifələr üzrə könüllü…

MÜVƏKKİLLƏRLƏ BAĞLI YENİ QƏRAR

I) Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkilinin təqdimatı ilə Milli Komitənin 20 avqust 2023-cü il tarixli qərarı əsasında aşağıdakı siyahı üzrə müvəkkilliklər sınaq müddətini uğurla başa vurmuş…

MART AYININ MÜVƏKKİLLƏRİ SEÇİLİB!

2023-cü ilin mart ayı üzrə aparılmış qiymətləndirmənin nəticəsinə əsasən ayın müvəkkillərini sizə təqdim edirik: 1. ELNUR ARİFZADƏ — Milli Gənclər Proq. üzrə müvəkkil (v.m.i.e.) – 10.00 bal…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir