Azərbaycan Skautları Küveytdə baş tutan beynəlxalq forumda iştirak edib

Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) Ərəb Skaut Regionu Ərəb Planlaşdırma İnstitutu və Küveyt Oğlan Skautlar Assosiasiyası (Kuwait Boy Scouts Association) ilə korporativ əməkdaşlıq edərək Küveyt Dövlətinin paytaxtı Əl-Küveyt şəhərində “Kreativlik və İnnovasiya” (“Creativity and Innovation”) tematikası üzrə “Rəqəmsal Transformasiya üçün Beynəlxalq Gənclər Forumu” (“The International Youth Forum for Digital Transformation”) adlı tədbir keçirilib.

2023-cü ilin sentyabr ayının 16-sından 22-dək Ərəb Planlaşdırma İnstitutunda keçirilən beynəlxalq forumda sözügedən institutun professorları Dr. Mohammad Batuyh,  Dr. Alamaddin Banga, Dr. Ehab Maqoubi, Dr. Faysal Əl-Munawar, Dr. Muhammad Amin Lezar və Dünya Skaut Hərəkatı Təşkilatının Ərəb regional bürosunun əməkdaşları və təlimçiləri cənab Rafeet Elsebai, cənab John Gameel, cənab Muhammad Ali Bu Şuyba tərəfindən “Rəqəmsal transformasiya sahəsində gənclərin mədəniyyətinin yenidən formalaşdırılması”, “Dünya Skaut Siyasətləri (Safe from Harm Policy – Youth Program – Youth Involvement – Adults in Scouting)”, “Süni İntellekt (AI) və rəqəmsal informasiya təhlükəsizliyi”, “Rəqəmsal transformasiyanın gücləndirilməsində təlimçilərin rolu”, “Kiçik və orta layihələrin inkişafında rəqəmsal transformasiyanın rolu”, “Rəqəmsal transformasiya – gələcəyin peşələri”, “Skautlar dayanıqlı inkişaf məqsədləri (SDGs) naminə”, “İqtisadi rəqəmsal transformasiya”, “Diversity and Inclusion (D&I) Policy” və s. mövzularda təlim və seminarlar baş tutub. 

Rəqəmsal transformasiya, süni intellekt, skautinqin siyasətləri, dayanıqlı inkişaf məqsədləri və ksər hissəsi ərəb regionundan olan 38 ölkənin iştirak etdiyi mötəbər tədbirdə ölkəmizi Azərbaycan Skautlar Assosiasiyasının (ASA) Baş katibi Ülvi Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil ediblər. Rəsmi sayt inzibatçısı İslam Şükürov heyət daxilində yer alıb.  

Nümayəndə heyətimiz tərəfindən idarə heyətinə “Rəqəmsal transformasiya erasında gələcəyin peşələri” adlı layihə təqdim edilmiş və forumun davamedici layihələrindən biri olaraq bəyənilmiş və təsdiqlənmişdir. Layihə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən də dəstəklənərək həyata keçirilməsi qərara alınmışdır. Layihənin əsas məqsədi Azərbaycanın skautlarını rəqəmsal transformasiya dövründə sürətlə inkişaf edən əmək bazarına öyrətmək və hazırlamaq, onları rəqəmsal əsrdə gələcək iş imkanları haqqında əsas bacarıq, bilik və məlumatlandırma ilə təchiz etməyi hədəfləyir. Layihənin hələki lokal formada, gələcəkdə isə ölkə miqyasında keçirilməsi planlaşdırılır.

Forumun sonuncu günü bağlanış mərasimi baş tutmuş, nümayəndə heyətimiz Küveyt Dövlətinin Ərəb Planlaşdırma İnstitunun baş direktoru cənab Dr. Badr Othman Malallah tərəfindən Ərəb Planlaşdırma İnstitunun Küveyt Dövlətindəki baş qərargahında rəsmi şəhadətnamə ilə təltif edilmişdir.

Forumda iştirak etmiş ASA-nın baş katibi Ülvi Məmmədov forum ilə bağlı düşüncələrini qeyd edir: “Bu beynəlxalq forumda iştirak Azərbaycan Skautları üçün ən böyük şərəf oldu. Forumun məqsədi rəqəmsal transformasiya, skautinqin siyasətləri, və gənclərimizin inkişafını dəstəkləyən layihələr kimi aktual mövzulara diqqət çəkmək idi. Forum boyu müxtəlif mövzuların müzakirəsi və təlimləri baş tutdu. Mən özümü ən çox “Rəqəmsal transformasiya sahəsində gənclərin mədəniyyətinin yenidən formalaşdırılması” mövzusu ilə əlaqələndirdim. Bu, rəqəmsal dövrümüzün tələblərinə cavab verən yaradıcı və innovativ yanaşmanın nə qədər əhəmiyyətli olduğunu göstərdi.

Dünya Skaut Siyasətləri, gənclərin iştirakı və rəhbərliyi, süni intellekt və rəqəmsal informasiya təhlükəsizliyi kimi mövzularda da çox maraqlı təlimlər təşkil edildi. Bu, skautlarımızın güvənliyini təmin etməkdə və onların rəqəmsal dünyada müstəqil və məsuliyyətli şəkildə hərəkət etməkdə kömək edir. Əlavə olaraq, dayanıqlı inkişaf məqsədləri, iqtisadi rəqəmsal transformasiya və çeşidlilik və inklüzivlik siyasətləri kimi sahələr də əhəmiyyətli mövzular idi. Bunların hamısı gənclərimizin inkişafına təkan verəcək və kömək edəcək sahələrdir.”

Forumun ölkəmiz üçün əhəmiyyətindən danışan Ülvi Məmmədov: “Bu forum Azərbaycan Skautlar Assosiasiyası üçün çox faydalı və müsbət təsirli bir tədbir oldu. Ölkəmizdə rəqəmsal transformasiyanın və innovasiyanın inkişafına kömək etmək üçün yeni fikirlər və enerji əldə etdik. Bu forumun təşkilatçılarına və iştirakçılarına təşəkkür edirik və bu cür tədbirlərin davamını arzu edirik!” – deyə qeyd edib.

Forumun məqsədi iştirakçıların potensialını artırmaq, onları rəqəmsal transformasiyanın praktiki bacarıqları ilə təchiz etmək və onlara skautinqdə rəqəmsal hadisələr və fəaliyyətləri inkişaf etdirmək üçün yeni vasitələrlə təmin etməkdir. Forum həm də gənclərin mövcud çağırışlara tab gətirə bilməsi və dövrün inkişaflarının öhdəsindən gələ bilmək üçün şəxsi bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.

Related Posts

Köçərilər düşərgəsi

NOMADS CAMP (5-11 avqust 2024) Ümumi məlumatlar Təşkilatçı Qazaxıstan Skautları Tarixlər Düşərgə 5-11 avqust 2024-cü il tarixlərində keçiriləcək. İştirakçıların 4 avqustda gəlişləri gözlənilir və 12 avqust 2024-cü…

ALLAHUƏKBƏR DAĞI ŞƏHİDLƏRİNİN ANIM DÜŞƏRGƏSİ

TİF TƏRƏFİNDƏN ELAN: FƏALİYYƏT SAHƏSİNƏ İLK GİRİŞ TARİXİ VƏ ZAMANI: 22 dekabr 2023-cü il Saat: 10.00FƏALİYYƏT SAHƏSİNƏ SON GİRİŞ TARİXİ VƏ VAXT: 22 dekabr 2023 Saat: 14.00FƏALİYYƏTİN…

Beynəlxalq məlumat manşeti

Əziz skautlarımız, beynəlxalq məlumat manşetimiz yayındadır! Özünüzə uyğun beynəlxalq iştirakçılıq və təmsilçilik fürsətlərini seçin və müraciət edin. Post Views: 141

Qız skautlarımız və qadın bələdçilərimiz üçün Hindistanda könüllülük imkanı!

Hindistanda yerləşən Sangam WAGGGS dünya mərkəzində könüllü ol! Fəaliyyət sahələri: 18-35 yaş arası qadın üzvlərimiz üçün! Müraciət aidiyyatı üzrə liderinizin tövsiyəsi əsasında həyata keçirilir. Daha ətraflı məlumat…

“European Networking Event” adlı tədbiri baş tutub

Noyabrın 23-26 tarixlərində Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) tərəfindən Budapeşt Avropa Gənclər Mərkəzində “European Networking Event” adlı tədbiri baş tutmuşdur. Tədbirdə Azərbaycan Skautlar Assosasiyasının sədri İlyas İsmayıllı…

Kanderşteq Beynəlxalq Skaut Mərkəzində qısamüddətli könüllülük imkanı

Yaxın günlərdə Kanderşteq Beynəlxalq Skaut Mərkəzində yay 2024 mövsümü üçün qısamüddətli işçi heyəti üzrə vakansiyaya müraciət başlayacaqdır. Müraciətçilər üçün məlumatlar aşağıdakı kimidir: Kanderşteq Beynəlxalq Skaut Mərkəzi  Yay…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir