Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Dəyərlər Forumun ikinci günü liderlik bacarıqlarının inkişafına yönəlmiş interaktiv təlim ilə başladı. Təlim zamanı iştirakçılar komanda işi, ortaq qərarvermə və məsuliyyətli liderlik prinsipləri üzrə praktiki biliklər əldə etdilər.


Günə Zərərdən Müdafiə (Safe From Harm) çərçivəsində “Etik əsaslar və şəxsi davranış – skaut yanaşması” mövzusu üzrə təlimlərlə davam edib. Təlimlər zamanı təhlükəsiz mühitin qorunması, məsuliyyətli davranış və dəyər əsaslı liderlik prinsipləri müzakirə olunur



