SCOUTS FOR SDGs

Azərbaycan Skautlar Assosiasiyasının üzvlərinin Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi çərçivəsində bilik və bacarıqlarının peşəkar şəkildə inkişafına yönəlmiş təlimlərin həyata keçirilməsi proqramın əsas missiyasıdır.
ÜMUMİ MƏLUMAT
Məlum olduğu kimi skaut hərəkatı dünyanın bir çox ölkələrində çox geniş yayılmışdır. Hərəkatın yarandığı dövrdən bu vaxta qədər, yəni 114 il ərzində 500 milyondan çox üzvü olmuşdur. Hal-hazırda isə 57 milyondan çox üzvü vardır. Skaut hərəkatı dünyanın ən böyük könüllülərdən ibarət gənclər hərəkatıdır. Skaut hərəkatının devizi “Daha yaxşı dünya yaradaq!”dır. Dayanıqlı İnkişaf Məqsədləri də məhz bu istiqamətdə fəaliyyət göstərir. Skaut hərəkatı gənclərin müxtəlif metodlar vasitəsi ilə 5 istiqamətdə (intellektual, fiziki, emosional, sosial və psixoloji) inkişaf etdirilməsi ilə məşğul olur.

Azərbaycan Skautlar Assosiasiyası 1997-ci ildə yaradılmış, 2000-ci ildə isə Dünya Skaut Hərəkatı Təşkilatına üzv olmuşdur. Son illərdə ASA uğurlu inkişaf yolu keçməklə Dayanıqlı İnkişaf Məqsədləri üçün öz töhvəsini verməkdədir.  Son 6 ildə təşkilatın ölkə gənclərinə verdiyi tövhəyə, müxtəlif təbəqələrdən olan gəncləri fəal ictimai həyata cəlb etməsinə baxmayaq, bir sıra problem və çətinliklər hələ də mövcuddur.
MƏQSƏD
Proqramın əsas məqsədiASA-nın üzvlərinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bilik və bacarıqlarının peşəkar şəkildə inkişafını həyata keçirtməkdir. Skaut dəstələrində liderlər TL kursunda DİM ilə bağlı öyrəndikləri bilik və bacarıqları uşaqlara tədris edəcəklər.
HƏDƏF QRUPU:
Proqramdan Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət göstərmək və skautlarını bu istiqamətdə maarifləndirmək istəyən ictimai fəal olan gənc skautlar yararlanacaqlar. Yaş həddinə gəlincə isə layihədən əsasən faydalananlar 10-23 yaşlı uşaq, yeniyetmə və gənclər olacaqdır.
Proqramın qiymətləndirmə indikatorları:
– gənc liderlərin DİM barədə bilik və bacarıqlarının peşəkar səviyyədə inkişaf etdirilməsi;  
– gənclərin ictimai fəaliyyətinin artırılmasında,
– onların skaut hərəkatı vasitəsilə region səviyyəsində bir birilərinə inteqrasiya etməsində və dostlar əldə etməsi;
– dünya görüşlərinin artması
– bunların öyrənilməsi üçün sorğular həyata keçiriləcək

TƏLİMÇİLƏR VƏ LİDERLƏR ÜÇÜN VƏSAİTLƏR:

KİTABLAR:
Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı – bələdçi kitabı
:

TƏQDİMATLAR (.ppt):

PROQRAM KOMANDASI:

AdSoyadTəşkilatda vəzifəsiProqramda vəzifəsi
ÜlviMəmmədovMilli Baş MüvəkkilProqram rəhbəri
ÜlkərXanlarovaMilli Komitə üzvüTəlimçi
RezidaRzayevaBeynəlxalq MüvəkkilTəlimçi
SəadətAğayevaBöyükyaşlı skautTəlimçi
VəfaMusayevaDəstə lideriTəlimçi
GülsarəQasımovaBöyükyaşlı skautTəlimçi
İslamŞükürovBöyükyaşlı skautPR mütəxəssisi

https://instagram.com/scoutsforsdgs/