NİZAMNAMƏ

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
“Qeydə alınmışdır”
Qeyd № 10/9
«25» 10 2000-сi il
Nazir___________F.Məmmədov
“Təsdiq edilib”
Azərbaycan Skautlar
Assosiasiyasının
növbədənkənar Baş
Assambleyasında
3 may 2000-ci il
Prezident Namiq Cəfərov

AZƏRBAYCAN SKAUTLAR ASSOSİASİYASININ

Nizamnaməsi

(yeni redaksiyada)

Bakı şəhəri – 2000 – ci il

Azərbaycan Skautlar Assosiasiyasının Nizamnaməsi

Ümumi müddəalar

  • 1.1. Skaut hərəkatı 1907-ci ildə İngiltərədə lord Baden Pauel tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılmışdır.
  • 1.2. Azərbaycan Skautlar Assosiasiyası (bundan sonra ACA adlandırılacaq) Azərbaycan Respublikasının Konstitutsiyasına, respublikanın mövcud qanunvericiliyinə, Ümumdünya Skaut hərəkatı Təşkilatının Konstitutsiyasına, habelə bu nizamnaməyə müvafiq surətdə fəaliyyət göstərən təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş gənclərin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökümət təşkilatıdır.
  • 1.3. ASA perspektiv və cari vəzifələri, işinin üsul və formalarını Ümumdünya Skaut hərəkatı təşkilatının məqsədi prinsiplərinə və qaydalarına əsasən qurur.
  • 1.4. ASA beynəlxalq, habelə digər milli (qeyri-hökümət) birliklərə daxil ola, birbaşa ünsiyyət və əlavə saxlaya, müvafiq müqavilələr bağlana bilər.

I hissə

Skaut hərəkatı – təyini, məqsədi və prinsipləri

  • 1.1. Skaut hərəkatı – yaradıcısı tərəfindən işlənmiş və aşağıda göstərilən, prinsiplər və üsullara uyğun fəaliyyət göstərən, mənşəyindən, irqi mənsubiyyətindən və dinindən asılı olmayaraq, hər kəs üçün açıq olan – gənclərin könüllü, qeyri-siyasi ictimai, tərbiyəvi hərəkatıdır.
  • 1.2.Məqsədi – Skaut hərəkatının məqsədi gənclərin mənəvi, zehni və ictimai kamilliyə tam çatmaları, onların yerli, milli, beynəlxalq birliklərin üzvü və fərd kimi, həmçinin layiqli ölkə vətəndaşı kimi yetişmələri sahəsində göstərdiyi səylərə dəstək verməkdir.
  • 1.3.Prinsipləri: – Allah qarşısında borc: Dini dəyərləri dərketmə, ona sadiq olma və dinin prinsiplərinə həyatda riayət etmə nəzərdə tutulur.
    Başqaları qarşısında borc: Öz ölkəsinə sədaqətli olmaq, onun dünya ölkələri ilə birlikdə harmonik inkişaf etməsində iştirak etmək, bütün həmvətənlərin şəxsiyyətinə hörmət olunması, təbiət dünyasının vahidliyinin qəbul edilməsi.
  • 1.4 Özünə qarşı münasibətdə borc: Şəxsi inkişafı üçün məsuliyyət daşımaq.
    Skaut hərəkatının bütün üzvləri Skautun vədinə və Skautun qanunlarına sədaqətli olmalıdırlar.
  • 1.5 Skaut – Öz şərəfimə and içirəm, məndən asılı olan hər bir şeyi edəcəyəm ki, Allah və Azərbaycan qarşısında öz borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim və Skaut qanunlarına tabe olum.
  • 1.5.Skaut qanunları.
    • 1. Skautun şərəfinə etibar olunmalıdır.
    • 2. Skaut sadiqdir.
    • 3. Skautun borcu – faydalı olmaq və başqalarına kömək etməkdir.
    • 4. Skaut hamının dostudur və hər bir başqa Skautun qardaşıdır.
    • 5. Skaut nəzakətlidir.
    • 6. Skaut heyvanların və bütün təbiətin dostudur.
    • 7. Skaut öz valideynlərinin, patrul rəisinin, və Skaut ustadının əmrinə tabe olur.
    • 8. Skaut şəndir və heç vaxt ruhdan düşmür.
    • 9. Skaut təvazökar və qənaətcildir.
    • 10. Skaut fikirlərində, səylərində və hərəkətində pakdır.
  • 1.6. Mauqli – skautların andı: Mən çalışacağam ki, sözə qulaq asan olum. Allah və Azərbaycan qarşısında öz borcumu yerinə yetirim, mauqli skautların qanunlarına riayət edim və hər gün xeyirxah iş görüm.

Mauqli – skautların qanunu

  • 1. Mauqli – Skaut düzgündür.
  • 2. Mauqli – Skaut başqalarına kömək edir.
  • 3. Mauqli – Skaut zəhmətsevərdir.
  • 1.7.Skaut üsulu – proqressiv özünü tərbiyə sistemi olaraq: özündə aşağıdakıları cəmləşdirir.
    • vəd və qanundur;
    • fəaliyyət vasitəsi ilə öyrənmə;
    • kiçik qruplarda üzvlük; (məsələn, patrul).

Burada xarakterin inkişaf etdirilməsi, biliklərə yiyələnmə, özünə inam hisslərinin aşılanması, etibarlı olma, əməkdaşlıq etmə və rəhbərlik vərdişlərinə çatmaq üçün proqressiv dərketmə, məsuliyyəti öz üzərinə götürmə və böyüklərin köməyi ilə özünə nəzarət nəzərdə tutulur;

  • Əsasən açıq havada, təbiət ilə birbaşa təmasda olaraq, iştirakçıların maraqlarına uyğun (məsələn oyunlar, faydalı vərdişlər, cəmiyyətə xidmət göstərmə) proqressiv və həvəsləndirici proqramların, müxtəlif tədbirlərin keçirilməsi.

II hissə

ASA: Məqsədi, vəzifələri və fəaliyyət formaları.

2.1. ASA-nın məqsədi – öz ölkəsinin layiqli vətəndaşlarının tərbiyə olunmasına kömək etmək, həmçinin Skaut hərəkatının məqsəd, prinsipləri və üsulu vasitəsi ilə uşaq və yeniyetmələrdə şəxsi keyfiyyətlərin, vətəndaşlıq hisslərinin, qanunlara riayət etmə vərdişlərinin formalaşdırılmasıdır.

2.2. ASA-nın məqsədləri aşağıdakılardır.

2.2.1. Uşaq, yeniyetmə və gənclərin qüvvə yaradıcılıq potensialını dövlətin qüdrətlənməsinə, iqtisadi və sosial inkişafına səfərbər etmək;

2.2.2. Vətənin tarixini, mənəvi dəyərlərini öyrənməklə, layiqli ölkə vətəndaşlarını tərbiyə etmək;

2.2.3. Ümumdünya – Skaut hərəkatı təşkilatı və digər təşkilatlar ilə əlaqələri genişləndirmək, uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq tədbirlərin işində iştirak etmək;

2.3. ASA-nın fəaliyyət formaları:

ASA qarşıda duran məqsədlərə nail olmaq üçün aşağıda qeyd olunan fəaliyyət formalarından istifadə edəcəkdir.

2.3.1. İctimai və dövlət təşkilatları ilə birlikdə mühazirələr, konsertlər, seminarlar, məktəblər, diskussiyalar, simpoziumlar, konfranslar, tədqiqat qrupları və digər tədbirlər keçirmək;

2.3.2. Ailə tərbiyəsi problemlərinin həlli istiqamətində fəaliyyət göstərmək, ailə istirahətinin və asudə vaxtlarının təşkilində kömək göstərmək.

2.3.3. ASA-nın məqsəd və vəzifələrinin həyata keçirilməsinə vəsait cəlb edilməsi məqsədi ilə müəyyən olunmuş qaydada kommersiya müəssisələri, kustar sənət birlikləri və kooperativləri yaradır.

Üzərində ASA-nın rəmzləri olan malların buraxılmasını təşkil edir.

2.3.4. ASA-nın məqsəd və vəzifələrinə çatmaq üçün qanunvericilikdə qadağan olunmamış digər fəaliyyət formalarından istifadə edir.

III hissə

ASA-ya üzvlük

  • 3.1. ASA-ya onun nizamnaməsini qəbul edən Skaut hərəkatının məqsədi, prinsipləri və iş qaydalarını qəbul edən, Azərbaycan Respublikasının vətəndaşları, həmçinin Azərbaycan Respublikasında qanuni əsaslarla yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üzv ola bilərlər.
  • 3.2.ASA-ya üzvlüyün üç dərəcəsi var.
  • a) Skaut vədini qəbul edən və üç qrupa mənsub olan gənclər:
  • Mauqli Skautlar
  • Skautlar
  • Cəngavər skautlar
  • b) Fəal liderlər, hansılarki, gənclərin tərbiyə olunmasında iştirak edir, Baş Assambleyada səs hüququna malik olur və öz tərkibindən ASA-nın rəhbər orqanlarına seçirlər.
  • 3.3.​ Fəxri üzvlər: ASA-nın fəaliyyətinə nəzərə çarpacaq dərəcədə kömək edən və ASA-nın Nizamnaməsini qəbul edən fərdi şəxslər.
  • 3.4. ASA-ya üzvlük dayandırıla bilər:
    • könüllü əgər üzvün ASA qarşısında heç bir maddi öhdəliyi yoxdursa;
    • avtomatik olaraq, üzvlük haqqının ödənilməməsi və yaxud öz rəhbəri ilə 6 aydan çox əlaqələrdə fasilə yarandıqda;
    • tərbiyə məqsədi ilə Milli Komitənin qərarı ilə;
    • ASA-nın hər bir üzvü üzvlükdən çıxarılması ilə bağlı ASA-nın yuxarı orqanlarına müraciət edə bilər;
  • 3.5. ASA-nın üzvləri aşağıdakı hüquqlara malikdirlər:
    • ASA-nın üzvləri bərabər hüquqludurlar.
    • ASA-nın rəhbər orqanlarının və təşəbbüs qruplarının fəaliyyətində yaxından iştirak etmək, namizədliyini irəli sürmək, seçmək və seçilmək (3.2. maddənin b) bəndinə müvafiq olaraq)
    • ASA-nın fəaliyyətinə dair təkliflər vermək, müzakirələrdə iştirak etmək öz fikrini müdafiə etmək;
    • ASA-da üzvlüyünü dayandırmaq;
    • Öz hüquqlarını qorumaq üçün ASA-nın rəhbər orqanlarına müraciət etmək və məhkəməyə şikayət etmək;
  • 3.6. ASA üzvlərini vəzifələri.
    • ASA-nın direktiv sənədlərinə əməl etmək, qərarları yerinə yetirmək;
    • Təşkilatın ləyaqətini qorumaq, üzvlük haqqı ödəmək;
    • Təşəbbüskar olmaq, təşkilatın idealarının və layihələrinin həyata keçirilməsində iştirak etmək;
    • Təşkilat daxili nizam-intizamı qorumaq;
    • Azərbaycan Respublikasının məsuliyyətli vətəndaşı olmaq.

IV hissə

ASA-nın strukturu

4.1. ASA-nın ilk təşkilatları Skaut qruplarıdır. Yerli səviyyə-ərazi əlamətlərinə uyğun təşkil olunur.

Yerli səviyyə

4.2. Skaut komandası – iki və bir neçə ya səviyyələrinə uyğun komandalarından ibarət olaraq, özünün fərqli proqressiv tərbiyə proqramına və quruluşuna malikdir.

– mauqli skautların komandası-Milli Komitə tərəfindən təyin olunmuş, bir və ya bir neçə könüllü lider tərəfindən idarə olunan, hər birində 6 mauqli skaut olaraq, 2 və daha çox qrupdan ibarətdir.

– skaut qrupları- 2 və daha çox patruldan ibarətdir və onların hər biri öz tərkibindən olan patrulun liderlərinə malikdir. Skaut qruppası iki və daha böyük könüllü lider tərəfindən idarə olunurlar.

– cəngavər skautların qrupu, bir və yaxud bir neçə məsləhətçi kimi fəaliyyət göstərən könüllü liderlər tərəfindən idarə olunurlar.

Bir və ya bir neçə yaş dərəcəsi olan skaut – qrupları – qrupun böyük lideri tərəfindən idarə olunurlar. Lider- qrupun idarə olunmasının ümumi koordinasiyasına, gənclər proqramlarının həyata keçirilməsinə və himayədarlardan yardım alınmasına cavabdehdir.

Zonalar üzrə quruluş

4.3 Milli komitə ölkənin ərazisində, özünün coğrafi filiallarını, (məsələn, rayon və Naxçıvan Muxtar Respublikası) qura bilər. ASA-nın filialları hüquqi şəxs deyil və ASA-nın adından təsdiq olunan əsasnaməyə əsasən fəaliyyət göstərir. ASA filialların fəaliyyətinə görə məsulliyyət daşıyır.

Filialların rəhbərləri ASA tərəfindən təyin edilir və ASA tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir. Onların yaradılmasının məqsədi yerli skaut qruplarına praktiki dəstəyin göstərilməsi və ASA ilə ikitərəfli əlaqə kanalını təmin etməkdir.

Onların təşkil edilməsi seçici orqanları və fəaliyyəti xüsusi əsasnaməyə müvafiq müəyyənləşdirilir.

Milli səviyyə

Milli səviyyə – ASA-nın rəhbər orqanları – Baş Assambleya, Milli Komitə və Milli Auditor komissiyasıdır.

V Baş Assambleya

5.1. ASA-nın Ali orqanı – Baş Assambleyadır. O, ASA üzvləri olan (3.2. maddənin b) bəndinə müvafiq olaraq) fəal skaut liderlərdən ibarətdir. Baş Assambleya zərurət yaranan vaxt amma üç ildə bir dəfədən az olmayaraq çağırılır.

  • Baş Assambleya Milli Komitə tərəfindən çağırılır.
  • Çağırış və gündəlik məsələ, iki aydan gec olmayaraq elan olunur.
  • Növbədənkənar Assambleya, onun 2/1 hissəsindən az olmayan tərkibinin tələbi ilə çağırıla bilər.
  • Baş Assambleya, onun tərkibinin yarısından çoxu iştirak etdikdə tam hüquqlu hesab olunur.
  • Baş Assambleyanın qərarları səsvermə hüququ olan iştirak edənləri sadə səs çoxluğu (50% +1 səs) ilə qəbul olnur, əgər bu əsasnamədə başqa hallar nəzərdə tutulmayıbsa. əgər nizamnamənin dəyişdirilməsi və yaxud ASA-nın ləğv olunması məsələsinə toxunularsa, bu halda iştirak edənlərin 3/2 səs çoxluğu ilə qərar qəbul olunur.

5.1 Baş Assambleyanın qərarları, protokollar ilə tərtib olunaraq sədr və katib tərəfindən imzalanır.

  • Baş Assambleyada iştirak edə bilməyən nümayəndə, yazılı etibarnamə ilə öz səsini digər nümayəndəyə verə bilər. Heç bir nümayəndə bir etibarnamədən çox ola bilməz.
  • Səsvermə əl qaldırma yolu ilə həyata keçirilir. Seçki vaxtı və yaxud iştirakçıların 3/1 tələbi ilə səsvermə gizli keçirilə bilər.

5.2 Baş Assambleyanın səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.2.1. ASA-nın fəaliyyətinin bütün məsələləri üzrə qərarlar qəbul edir, ASA-nın fəaliyyətinin strategiyası və taktikasını müəyyənləşdirir;

5.2.2. ASA-nın nizamnaməsini qəbul edir və ona əlavələr və dəyişikliklər edir;

5.2.3. illik hesabatı təsdiq edir,Milli Komitənin hesabatını auditor komissiyasının məruzəsini təsdiq edir;

5.2.4. Milli Komitənin, yerli və yaxud zona üzrə nümayəndələrinin vəsatətlərinə baxır;

5.2.5. Prezidenti və Milli Komitənin digər üzvlərini seçir;

5.2.6. Auditor komissiyasının üzvlərini seçir;

5.2.7. Məsləhətçi funksiyasını yerinə yetirən ASA-nın Fəxri prezidentini seçir;

5.2.8. Üzvlük haqqının qaydalarını və məbləğini təyin edir, ASA-nınn əmlakının formalaşma və istifadə prinsiplərini müəyyən edir;

5.2.9. ASA-nın fəaliyyətini dayandırmaq (yenidən təşkilini və ləğv edilməsi) haqqında qərar qəbul edir;

5.2.10. Bu əsasnaməyə, 3/2 səsvermədən sonra, qabaqcadan Ümumdünya Skaut Hərəkatı Təşkilatı ilə məsləhətdən və təsdiq edildikdən sonra, əlavə və düzəlişləri edir;

5.2.11. İştirak edənləri və səsverməni 3/2 nəticəsi olaraq, ASA-nın yenidən təşkilatlanması və yaxud ləğv edilməsi haqda qərar qəbul edir.

VI Milli Komitə

6.1. Milli Komitə – Baş Assambleyanın iclasları arası ASA-nın işinə rəhbərlik edir.

6.2. Milli Komitə cəmi 7 nəfərdən ibarətdir. Onlar Baş Assambleya tərəfindən üç il müddətinə seçilərək, təkrar bir dəfə seçilmək hüququna malikdirlər.

  • Milli Komitənin 5 nəfər üzvünün iştirakı, icalasın keçirilməsi üçün kvorum təşkil edir.
  • Milli Komitənin hər bir üzvü, bir səsə malikdirlər və qərarlar sadə səs çoxluğu ilə qəbul olunur.

6.3. Milli Komitənin tərkibi aşağıdakı kimidir;

  • ASA-nın Prezidenti
  • Beynəlxalq əlaqələr üzrə səlahiyyətli nümayəndələr- Ümumdünya Skaut Hərəkatı Təşkilatı və digər milli skaut təşkilatları ilə əlaqə saxlayır.
  • Resurslar üzrə səlahiyyətli nümayəndə “Böyüklər skautinqdə” proqramının həyata keçirilməsini təmin edir, təlim və dəstək məsələləri daxil olmaqla.
  • Gənclər proqramları üzrə səlahiyyətli nümayəndə – uşaq və gənclər üçün proqramların tərtib olunması və həyata keçirilməsi.
  • Xəzinədar-maliyyə məsələləri
  • İctimai əlaqələr üzrə səlahiyyətli nümayəndə
  • Katib
  • Seçkilərdən sonr Prezidentdən əlavə olaraq seçilən 6 nəfər milli komitənin üzvləri, öz aralarında vəzifə bölgüsünü aparırlar.

6.4. ASA-nın prezidenti Milli Komitənin sədridir və vəzifəsinə görə onun tərkibinə daxildir. ASA-nın prezidenti:

6.4.1. Baş Assambleyanın vı Milli Komitənin qərarlarının həyata keçirilməsini təmin edir.

6.4.2. ASA-nın adından fəaliyyət göstərir və üçüncü şəxs ilə münasibətlərdə onun maraqlarını təqdim edir.

6.4.3. Milli Komitənin razılığı ilə ASA-nın əmlakı, maliyyəsi, maddi ehtiyatlarını idarə edir, ASA-nın filiallarının rəhbərlərini təyin edir.

6.4.4. ASA-nın adından kontraktları, razılıqları imzalayır və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər vəzifələri həyata keçirir.

6.4.5. Təyin edilmiş liderləri təsdiq edir.

6.4.6. Xüsusi əsasnaməyə uyğun rütbələri verir.

6.4.7. ASA-nın xüsusi əsasnamələrini tərtib edir və Baş Assambleyada iştirak edənlərin səs çoxluğu ilə iştirak edilməsini təqdim edir.

6.4.8. Milli Komitənin tələbi ilə ASA-nın Gənclər Proqramlarının və liderlər üçün hazırlıq proqramlarının tərtib olunması üçün komissiyalar yaradır.

6.5. Mənəvi və dini tərbiyənin təmin olunması üçün, Milli Komitə tərəfindən mənəvi tərbiyə üzrə Milli Komissiya yaradılır.

Milli Komitə tərəfindən təyin olunmuş səlahiyyətli nümayəndə müvafiq ruhani idarəsinin, həmçinin dini qurumların rəhbərləri ilə razılaşdırıldıqdan sonra, milli komissiyanın fəaliyyətinə rəhbərlik edir.

Milli komissiyanın tərkinbinə ASA-nın ruhani idarəsini təklifi ilə Din nümayəndəsi daxil olur.

Komisiyanın səlahiyyətli nümayəndələri, Milli Komitənin iclaslarında Dini tərbiyə məsələləri müzakirə edildiyi vaxt həmin iclaslarda iştirak etmək hüququna həmçinin müşahidəçi statusuna malikdirlər. Səlahiyyətli nümayəndələrin təklifi ilə, milli komitənin iclasına müzakirə üçün məsələ çıxarıla bilər.

Milli Komissiyanın səlahiyyətli nümayəndələri, dinindən asılı olaraq, koordinasiyaedici funksiyasını daşıyan beynəlxalq qurumlara daxil ola bilərlər. Onlar Ümumdünya Skaut Hərəkatı Təşkilatında məsləhətçi statusuna malikdirlər.

Milli Komissiyanın bütün əlaqələri, Beynəlxalq əlaqələr üzrə səlahiyyətli nümayəndə ilə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.

VII Auditor komissiyası

7.1. Auditor komissiyası, Baş Assambleya tərəfindən, bir dəfə təkrar seçilmək hüququ ilə, 3 illiyə seçilir və üç nəfərdən ibarətdir. Onun üzvləri ASA-nın rəhbərliyində vəzifə tuta bilməz. Yerli səviyyəni çıxmaq şərti ilə, Auditor komissiyası öz tərkibindən sədri seçir.
7.2. Auditor Komissiyası illik mühasibat hesablarının yoxlanılmasına cavabdehdir və Baş Assambleyaya illik hesabatları təqdim edir.

Milli Komitə Auditor Komissiyasına, ASA-nın tərkibinə daxil olan hər bir yerli və ərazi təşkilatının yoxlanılması haqda tapşırıq verə bilər.

VIII ASA-nın əmlakı və əmlakın formalaşdırma mənbələri

8.1. ASA-nın mülkiyyətində və ya operativ idarəsində qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

8.2. ASA öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun özgəninləşdirilə bilər.

8.3. ASA-nın əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:

8.3.1. ASA-nın üzvlərinin müntəzəm üzvlük haqları (3.5 maddənin b bəndinə uyğun);

8.3.2. Könüllü əmlak haqları və ianələri;

8.3.3. Malların satışından, xidmətər göstərilməsindən, işlər görülməsindən daxil olmalar;

8.3.4. səhmdar, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

8.3.5. Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

8.3.6. Qrantlar;

8.3.7. Qanunvericilikdə qadağan olunmayan başqa gəlirlər.

IX Digər müddəalar

(müxtəlif)

9.1. Azərbaycan Skautlar Assosiasiyasının möhürü, ştampı və rəmzi vardır.

9.2. Möhürün və ştampın və rəmzin nümunələri Milli Komitə tərəfindən təsdiq olunur.

9.3. ASA müstəqil mətbuat orqanlarına və nəşr hüququna malikdir. Orqanın adı, forması və çıxma vaxtı, redaksiya şurası və s. Milli Komitənin qərarı ilə təsdiq olunur.

9.4. ASA-nın respublikanın banklarında xüsusi hesabı və valyuta hesabı vardır. ASA Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçən dövrdən hüquqi şəxsdir.

9.5. Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsi, Bakı şəhərində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin binasında yerləşir. Ünvan: Fətəli Xan Xoyski prospekti, 98 “A”

X ASA-nın nizamnaməsində dəyişikliklər edilməsi və fəaliyyətinin dayandırılması

  1. ASA-nın Nizamnaməsinə əlavələr və dəyişikliklər Baş Assambleyanın qərarı ilə eilə bilər (5.2.9. maddəyə uyğun olaraq). Dəyişikliklərin layihəsi Baş Assambleyanın keçirilməsi müddətindən 2 ay əvvəl Milli Komitəyə təqdim edilməlidir.
  2. ASA-nın fəaliyyəti Baş Assambleyanın qərarı ilə dayandırıla bilər nümayəndələrin 3/2 səs çoxluğunun olması tələb olunur. Ləğv edilmə haqda qərardan sonra Baş Assambleya 3 nəfərdən ibarət kiçik komitə yaradır və ASA-nın bütün borcları ödənildikdən sonra qalan əmlak Azərbaycan Respublikasının mülki məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

XI Nizamnamənin qəbulu

Bu Nizamnamə Azərbaycan Skaut Assosiasiyasının Bakı şəhərində 3 may 2000-ci il tarixli növbədənkənar Baş Assambleyasında qəbul olunub.

O Azərbaycan Skaut Assosiasiyasının 11 oktyabr 1997-ci ildə qəbul edilmiş Nizamnaməsini X hissəsinin 10.1. maddəsinə uyğun olaraq qüvvəyə minir.