Təlimçilər Bazasına müraciət başladı!

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində tədris, fəaliyyət sahələri üzrə təlimçilər və ASA-nın üzvü olmayan, digər sahələr üzrə sertifikatlı təlimçilərin məlumat bazası – Vahidləşdirilmiş Təlimçilər Bazası (VTB) yaradılacaqdır.

Skautinq sahəsində qeyri-formal təhsil imkanlarının keyfiyyətinin artırılması üçün yaradılan peşəkar təlimçilərdən ibarət vahid və davamlı bazaya skaut və ya skaut olmayan, təlimçilik sahəsində fəaliyyət göstərən 18 yaşından yuxarı şəxslər müraciət edə bilərlər.

Vahidləşdirilmiş Təlimçilər Bazasına müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

Qeydiyyatdan keçdikdən sonra müvafiq sahə üzrə əgər varsa təlimçilik sertifikatlarınızın və şəxsiyyəti təsdiq edən sənədin skan versiyasını trainings@scout.az electron poçt ünvanına göndərməyiniz lazımdır.

Əlaqələndirici şəxs: Səadət Ağayeva – Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim üzrə Müvəkkili / (050) 630-55-71

Müraciət üçün son tarix: 31 oktyabr 2022-ci il

Related Posts

“Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” öz işinə başlayıb.

Azərbaycanda ilk dəfə keçirilən “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” beynəlxalq layihəsi 18 fevral tarixindən etibarən öz işinə başlayıb. Bu proqram skautların ən yüksək dərəcəli təlim…

Milli Təlim Proqramının liderlik kurslarına start verilib

Azərbaycan Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olmuş “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start…

Elan: “Təməl Liderlik Kursu”na qeydiyat başladı

Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər.Azərbaycan Skautlarının Milli Təlim Proqramı çərçivəsində “Təməl Liderlik Kursu”na (№ ASA-MTP002-TL22-1) qeydiyat başladı. Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa…

WoodBadge proqramı Azərbaycanda

Skaut Hərəkatını qurduqdan qısa müddət sonra Robert Baden-Pauell lider hazırlığına ehtiyac olduğunu gördü. İlkin Skautmaster təlim düşərgələri London və İngiltərənin şimalında yerləşən Yorkşire’də təşkil edildi. Baden-Pauell düşərgə…

KOMANDAMIZA QOŞULUN: EKO-SKAUT DÜŞƏRGƏSİ

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Skautlar Assosiasiyası “Təbiətin keşiyində” adlı növbəti düşərgəyə start verir. Hirkan Milli Parkında 16-18 oktyabr tarixində keçiriləcək “Təbiətin keşiyində”…

“Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsində skautlar

Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri başladı Azərbaycan Respublikasının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və National Assembly of Youth Organizations of the Republic of Azerbaijanın təşkilatçılığı ilə həyata…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir