Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə!

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilir!

Təhsil sahəsində yeni bir perspektiv yaradaraq şagirdlərimizin qeyri-formal təhsil prosesi zamanı təhsilin keyfiyyətini skaut metodu ilə yaxşılaşdırmaq, onların fiziki, intellektual, xarakter, emosional, sosial və mənəvi inkişafını dəstəkləmək məqsədi güdən layihənin “ASA-MTP010-TL24-2” nömrəli təməl liderlik təlimi Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində 5 gün müddətinə baş tutacaq.

21-25 mart 2024-cü il tarixlərində Azərbaycanın dilbər guşələrindən olan Quba rayonunda həyata keçirilməsi planlaşdırılan təməl liderlik təlimində ölkəmizin ümumtəhsil məktəblərində fəaliyyət göstərən dəstə lideri olmaq istəyən 30 müəllim və təhsil işçiləri iştirak haqqı qazanacaq.

Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da onları yetişdirən, inkişaf etməsində bir başa zəhməti keçən, öz cığırlarını tapmasında, gələcəyə uğuru addımlar atmasında, əsl skaut dəyərlərini mənimsənilməsində dəstək göstərən, ailə və məktəb arasındakı boşğuqları tamamlamaq üçün böyük əziyyəti olanlar isə skaut liderləridir. Qısaca Liderlər təşkilatın sütununu möhkəm saxlayan və daim ona nəzarət edən əsas qəhrəmanlardır. Siz də əsl skaut lideri kimi yetişmək, cəmiyyətə fayda vermək, gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin inkişafına töhfə vermək, ən əsası öyrədərək öyrənmək istəyirsinizsə Novruz bayramı müddətində baş tutacaq MTP/Təməl Liderlik Məktəbinə qatılmaq üçün qeydiyyatdan keçin.

Qeydiyyatdan keçmiş və skaut lideri olmağa uyğun olan hər kəs ikinci mərhələyə – müsahibəyə dəvət ediləcəklər. (Qeydiyyatdan keçərkən özünüzü dolğun ifadə etməyi unutmayın.)
Yaş: 25+
Tarix: 21-25 mart 2024-cü il

Siz həqiqətən də lider olduğunuza inanırsınızsa, biz də bunu hiss edəcəyik!


MÜRACİƏT ÜÇÜN ƏRİZƏ FORMASI:

MÜRACİƏT MÜDDƏTİ BİTMİŞDİR…

Related Posts

WikiScout Təlimi ilə siz də Vikipediyaçı Skautlarımızdan biri ola bilərsiniz

Vikipediya çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platformasıdır.Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində həyata keçirilən bu təlim, Azərbaycan dilində vikiməzmunu zənginləşdirmək, başqa…

Azərbaycan Skautlarının Liderlik Kursu

Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Skautlarının Liderlik Kursu”na qeydiyat başladı. Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da…

“SKAUTLAR ŞİMALA DOĞRU” – TƏMƏL LİDERLİK MƏKTƏBİ YEKUNLAŞIB

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində 15-17 iyun 2023-cü il tarixlərində Qəbələ rayonunun Nic qəsəbəsində “Skautlar şimala doğru – Gənc skaut liderlərinin aşkar olunması və potensiallarının…

Dəstə lideri olmaq istəyənlərin nəzərinə: ASA-MTP006-TL23-1 LİDERLİK KURSU BAŞ TUTACAQ!

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində “ASA-MTP006-TL23-1” nömrəli “Skautlar şimala doğru – Gənc skaut liderlərinin aşkar olunması və potensiallarının artırılması” adlı liderlik kursu həyata keçiriləcəkdir! 14-16…

WoodBadge təlimi 14-18 iyun 2023-cü il tarixdə yenidən baş tutacaq!

Əziz skautlar. Skautların ən yüksək dərəcəli təlim proqramı #WoodBadge təlimi 14-18 iyun 2023-cü il tarixdə yenidən baş tutacaq. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata…

VAHİDLƏŞDİRİLMİŞ TƏLİMÇİLƏR BAZASI YARADILIB

Azərbaycan Skautlar Assosaisiyasının Milli Gənclər Proqramı və Milli Təlim Proqramı çərçivəsində tədris, fəaliyyət sahələri üzrə təlim kurslarından keçmiş, ASA-nın fəaliyyətinə dəstək vermək istəyən qeyri-skaut təlimçilərin məlumat bazası…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir