“The Scout Guide Academy 2024″də iştirak şansını qaçırma! – Polşa, Krakov

Assosiasiyamızın lider və müvəkkillərinin inkişafı və təcrübə mübadiləsi üçün əvəzolunmaz imkan yaradan “The Academy 2024” beynəlxalq skaut tədbiri üçün qeydiyyat açıq elan olunur!

? Məkan: Krakov, Polşa
? Tarix: 22 – 27 noyabr 2024-cü il

Tədbirin əsas xüsusiyyətləri və simvolik çərçivəsi:

“The Academy 2024” tədbirinin əsas mövzusu “Fəxr Edəcəyimiz bir Dünya” yaratmaqdır. Bu istiqamətdə hər gün fərqli bir dünya növünü yaratmağa fokuslanacaq:
? Birləşmiş dünya – Skautinqin və Geydlərin əsas prinsiplərini necə inkişaf etdirib, yüksək keyfiyyətli proqramı təşkilat olaraq böyüməyə davam etdikcə necə qoruyub saxlaya bilərik?
? Sülh dolu dünya – Həm fiziki, həm də psixoloji təhlükəsizliyə önəm verərək dünyanın çətinlikləri ilə üzləşən sülh dolu bir dünyanı necə yarada bilərik?
♻ Dayanıqlı dünya – Yeni rəqəmsal dövrə uyğunlaşarkən təşkilatlarımızın möhkəm qalmasını və ekoloji mərkəzli fəaliyyət göstərərək dayanıqlı gələcəyə doğru irəliləməsini necə təmin edə bilərik?
? Məqsədli dünya – Təşkilatlarımızın bütün səviyyələrində üzvləri necə məqsədlərinə bağlaya və onları gələcəklərini formalaşdırmağa necə gücləndirə bilərik?
? Dəyişmək istədiyim dünya – Tədbirdən sonra iştirakçılar öz ölkələrinə nə kimi dəyərlər və təcrübələr aparacaq və əldə etdikləri bilikləri necə davamlı olaraq tətbiq edəcəklər?

İştirak Şərtləri:
? Kimlər müraciət edə bilər? – Tee-Pee üzvlük sistemində “ÜZV” olaraq qeydiyyatı olan liderlər və müvəkkillər.
? Dil Biliyi: Minimum B1 (pre-intermediate) səviyyədə ingilis dili tələb olunur.
? İştirak haqqı: QEYD! Minimum iştirak haqqı €450 olaraq müəyyənləşdirilmişdir. Yerləşmə zamanı seçəcəyiniz otağın bir, iki, yaxud üç nəfərlik olmasına görə qiymətlər dəyişəcəkdir. Əlavə olaraq səyahət xərcləri də iştirakçı tərəfindən qarşılanmalıdır. Ətraflı məlumat üçün məlumat toplusuna nəzər yetirə bilərsiniz.
? Son Müraciət Tarixi: 7 oktyabr 2024-cü il.

Əgər siz lider, yaxud müvəkkil kimi özünüzü motivasiyalı və bu təcrübədən faydalanmağa hazır hiss edirsinizsə, elə indi müraciət edin!

Qeydiyyat linki: Tee-Pee-yə keçid

Daha ətraflı məlumat üçün paylaşımda qeyd edilmiş məlumat toplusuna nəzər yetirə, yaxud international@scout.az elektron poçt ünvanına yaza bilərsiniz.

Related Posts

“Pieces of Peace” proqramında Azərbaycan nümayəndəsinin uğurlu iştirakı

Azərbaycan Skautlar Assosiasiyasının (ASA) fəal üzvlərindən biri olan Fərid Əliyev, 3–7 mart 2025-ci il tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilmiş “Pieces of Peace: Building Capacity with Youth Navigating…

Üzvlərimiz Avropa Beynəlxalq Müvəkkillər Forumunda iştirak etdilər

5–8 dekabr 2024-cü il tarixlərində Maltanın Qawra şəhərində Avropa Beynəlxalq Müvəkkillər Forumu (European IC Forum) baş tutdu. Azərbaycan Skautlar Assosiasiyasını bu mötəbər tədbirdə Milli Komitənin üzvü Ülkər…

24-cü “Scouts and Guides Academy” beynəlxalq tədbirində Azərbaycan Skautlar Assosiasiyasını Bakı üzrə müvəkkil Ruqiyyə Məmmədova və üzvümüz Elina Çerpakova təmsil ediblər

22–27 noyabr tarixlərində Polşanın Krakov şəhərində keçirilən 24-cü “Scouts and Guides Academy” beynəlxalq tədbirində Azərbaycan Skautlar Assosiasiyasını Bakı üzrə müvəkkil Ruqiyyə Məmmədova və üzvümüz Elina Çerpakova təmsil…

Skaut liderlərimizin səsi Amerikadan gəlir!

Azərbaycan Skautlar Assosiasiyasının İdarə Heyətinin üzvü Qoşqar Qurbanov və assosiasiyamızın üzvü Bahar Əbülfət ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Bir Müəllimin Manifesti” təhsil proqramına seçilərək ABŞ-ın Vaşinqton ştatında…

Azyaşlılar üzrə müvəkkilimiz Fransanın Jambville vilayətində keçirilən WAGGGS Growing and Learning (GAL) Event tədbirində iştirak edib

Azərbaycan Skautlar Assosiasiyasının azyaşlılar üzrə müvəkkili Günay Məmmədova 26 oktyabr – 3 noyabr tarixlərində Fransanın Jambville vilayətində keçirilən WAGGGS Growing and Learning (GAL) Event tədbirində iştirak edərək,…

Köçərilər düşərgəsi

NOMADS CAMP (5-11 avqust 2024) Ümumi məlumatlar Təşkilatçı Qazaxıstan Skautları Tarixlər Düşərgə 5-11 avqust 2024-cü il tarixlərində keçiriləcək. İştirakçıların 4 avqustda gəlişləri gözlənilir və 12 avqust 2024-cü…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir