“TƏRƏKƏMƏ” Düşərgəsi: Böyükyaşlı skautlar üçün macəra və qədim türk ənənələri ilə milli düşərgə!
Tarix: 23-26 avqust 2024
Yer: Göygöl rayonu, Xan Yaylağı, Milli Yaylaq Festivalı ərazisi
https://maps.app.goo.gl/3gmVntXMx2an4cSZ8
GPS koordinatları: 40.4966833,46.3243223
Böyükyaşlı skautların nəzərinə!
Sizi tarixi və mədəniyyətimizi yenidən yaşamaq üçün Azərbaycan Skautlar Assosiasiyası və “Cavad Xan” Tarix və Mədəniyyət Fondu tərəfindən birgə təşkil edilən böyükyaşlıların “Tərəkəmə” düşərgəsinə dəvət edirik! Bu unikal düşərgə, köçəri ənənələr, qədim türk adətləri və maraqlı fəaliyyətlər ilə zənginləşdirilmişdir.
Düşərgə proqramı:
- Tərəkəmə və köçəri ənənələri: Qədim Türk köçəriləri kimi yaşamağın incəliklərini öyrənəcəyik;
- Oxatma, atçılıq, atıcılıq, dağçılıq: Qədim döyüş sənətləri və atçılıq bacarıqlarını təcrübə edəcəyik, təcrübəli alpinistlərdən təlim alacağıq;
- Ənənəvi oyunlar və rəqslər: Qədim dövrlərin oyunları ilə macəra yaşayacağıq və rəqslər ilə əylənəcəyik;
- Təbiət və macəra: Xan yaylağının füsunkar təbiəti ilə tanış olacaq və Cavad Xan zirvəsinə yürüş edərək zirvə fəth edəcəyik!
Skaut iştirakçıların profili:
- 18 yaşı 22 avqust 2024-cü il tarixindən əvvəl tamam olmuş olmaq;
- 6 aydan az olmayan skaut təcrübəsi və lideri tərəfindən tövsiyə olunmaq;
- Azərbaycan Skautlar Assosiasiyası qarşısında maddi öhdəliyi olmamaq;
Qeydiyyat və əlaqə:
- Qeydiyyat zamanı ilk müraciət etmiş və iştirakını elektron müraciət ərizəsini (aşağıda) doldurmuş ən azı 6 ay skaut təcrbəsi olan 60 nəfər və qeyri-skaut 20 nəfər iştirak imkanı qazanacaq.
- Qeydiyyat üçün son tarix: 10 avqust 2024-cü il;
- Düşərgəyə qoşulmaq üçün elektron ərizə:
- Əlaqə: +994 70 242 03 79 (Raul Abbaszadə)
- İştirak haqqı Skaut iştirakçıların profilinə uyğun olanlar üçün transport nəzərə alınmamaqla 70 AZN təşkil edir. (Düşərgəyə digər təşkilatçı tərəfindən dəstək olunacağı üçün iştirakhaqqı olduqca sərfəli təyin edilmişdir)
- Qeyri-skaut iştirakçılar üçün iştirak haqqı 135 AZN təşkil edir.
İştirak haqqına daxildir:
- qədim türk yaşayış məskənlərində (yurdlarda) yerləşmə;
- gün ərzində 4 dəfə qidalanma;
- proqrama daxil olan bütün fəaliyyətlərdə iştirak;
- “Tərəkəmə” düşərgəsinin nişanı.
Gələcəyimizə dair mədəniyyətimiz və tarixi köklərimizə daha dərindən bələd olmaq üçün gəlin həmrəy olaq və yurdun ocağı ətrafında birləşək!