Dəstə lideri olmaq istəyənlərin nəzərinə: ASA-MTP006-TL23-1 LİDERLİK KURSU BAŞ TUTACAQ!

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində “ASA-MTP006-TL23-1” nömrəli “Skautlar şimala doğru – Gənc skaut liderlərinin aşkar olunması və potensiallarının artırılması” adlı liderlik kursu həyata keçiriləcəkdir!

14-16 iyun 2023-cü il tarixlərində Qəbələ rayonunda baş tutacaq liderlik kursunda Şəki-Zaqatala və Dağlıq Şirvan regionlarından olan dəstə lideri olmaq istəyən 22 yaş və yuxarı olan şəxslər iştirak edəcəkdir.
Baş tutacaq layihənin məqsədi skaut hərəkatı vasitəsilə regionlarda yeniyetmə və gəncləri vətənpərvər ruhda tərbiyə etmək, onların ictimai fəallığını artırmaq, Respublika səviyyəsində hərəkatın inkişafına nail olmaq və bununla da ölkəmizdə uğurlar davam etdirilən gənclər siyasətinə tövhə vermək üçün Skaut Liderləri yetişdirməkdir.

MÜRACİƏT ÜÇÜN ƏRİZƏ-ANKET:

Skautlar Şimala doğru (#28)

Qeydiyyatdan keçmiş və skaut lideri olmağa uyğun olan hər kəs ikinci mərhələyə – müsahibəyə dəvət ediləcəklər.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə NAYORA tərəfindən həyata keçirilən “ŞƏBƏKƏ” proqramı çərçivəsində dəstəklənir. Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin inkişafına dəstək vermək və gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaqdır.

Related Posts

WikiScout Təlimi ilə siz də Vikipediyaçı Skautlarımızdan biri ola bilərsiniz

Vikipediya çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platformasıdır.Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində həyata keçirilən bu təlim, Azərbaycan dilində vikiməzmunu zənginləşdirmək, başqa…

Azərbaycan Skautlarının Liderlik Kursu

Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Skautlarının Liderlik Kursu”na qeydiyat başladı. Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da…

Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə!

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilir! Təhsil sahəsində…

“SKAUTLAR ŞİMALA DOĞRU” – TƏMƏL LİDERLİK MƏKTƏBİ YEKUNLAŞIB

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində 15-17 iyun 2023-cü il tarixlərində Qəbələ rayonunun Nic qəsəbəsində “Skautlar şimala doğru – Gənc skaut liderlərinin aşkar olunması və potensiallarının…

WoodBadge təlimi 14-18 iyun 2023-cü il tarixdə yenidən baş tutacaq!

Əziz skautlar. Skautların ən yüksək dərəcəli təlim proqramı #WoodBadge təlimi 14-18 iyun 2023-cü il tarixdə yenidən baş tutacaq. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata…

VAHİDLƏŞDİRİLMİŞ TƏLİMÇİLƏR BAZASI YARADILIB

Azərbaycan Skautlar Assosaisiyasının Milli Gənclər Proqramı və Milli Təlim Proqramı çərçivəsində tədris, fəaliyyət sahələri üzrə təlim kurslarından keçmiş, ASA-nın fəaliyyətinə dəstək vermək istəyən qeyri-skaut təlimçilərin məlumat bazası…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir