Əziz skaut bacı və qardaşlar,
Yay Fest 2024 çərçivəsində keçiriləcək düşərgələrdə Skautların iki formada: işçi heyətdə və iştirakçı kimi iştirakı nəzərdə tutulur. Bu elan iştirakçı qismində qoşulmaq istəyənlər üçündür. İyul-sentyabr aylarında hər biri beş gün olmaqla 8 fərqli mövzuda düşərgələr təşkil ediləcək. Ümumilikdə 2 min gənc bir araya gələrək, maraqlı fəaliyyətlərə qoşulacaq, yeni biliklər və dostluqlar qazanacaqlar!
Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər. Qeydiyyatdan keçərkən sizə uyğun tarixi və mövzunu seçməyi unutmayın.
Qeyd:
- Festivalda iştirak ödənişsizdir;
- Seçim zamanı namizədlərin skautinqdə aktiv fəaliyyəti əsas meyar olacaqdır;
- 18-29 yaş arası gənclər qeydiyyatdan keçə bilər;
- Skautlar üçün ayrılmış kontingent limitlidir. Düşərgəyə seçilməyinizlə bağlı sizinlə əlaqə saxlanılacaqdır.
- Qeydiyyat üçün son tarix : 9 iyul 2024-cü il, 18:00.
Əlaqələndirici şəxs: Fərid Əliyev, Milli Baş Müvəkkilin köməkçisi
secretary@scout.az, +994503687688
Skaut kimi festivalda iştirakçı olmaq üçün “Yay Fest”in linkindən əlavə aşağıdakı linkdən qeydiyyatdan keçməyiniz vacibdir: