“SKAUTLAR ŞİMALA DOĞRU” – TƏMƏL LİDERLİK MƏKTƏBİ YEKUNLAŞIB

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində 15-17 iyun 2023-cü il tarixlərində Qəbələ rayonunun Nic qəsəbəsində “Skautlar şimala doğru – Gənc skaut liderlərinin aşkar olunması və potensiallarının artırılması” adlı təməl liderlik məktəbi həyata keçirilmişdir.

Düşərgənin ilk günündə iştirakçılar düşərgə ərazisinə çatdıqdan sonra qeydiyyatdan keçmiş və müəyyən olunmuş proqramla tanış olmuşlar. Daha sonra ümumi tanışlıq görüşü baş tutmuş və düşərgə müddətində layihənin məqsədi və yaxın günlər üçün fəaliyyətlər haqqında müzakirələr aparılmışdır. Daha sonra isə düşərgə öz fəaliyyətini günün proqramına uyğun davam etdirilmişdir. İştirakçılar tonqal növləri, çadırqurma, düyünlər və s. bu kimi skaut bilik və bacarıqlarına yiyələnmək üçün təlimlərdə də iştirak etmişlər. İştirakçılar düşərgə ərazisi və qaydaları ilə tanış olduqdan sonra ilk təlimin mövzusuna uyğun olaraq kiçik qruplara – patrullara bölünmüşlər.  Düşərgə günün sonuna düşərgə tonqalı ilə yekun vurulumuşdur.

Təlim düşərgəsinin 2-ci günü də maraqlı və səmərəli təlimlərlə yadda qalmışdır. Günə səhər düzülüşü – bayraqların qaldırılması və dövlət himninin səsləndirilməsi ilə start verilmişdir. Düzülüşdən sonra iştirakçılar gün ərzində 4 təlimdə iştirak etmişlər. Təlimlər: “Skauting: qeyri-formal təhsil kimi”, “Metodika və pedaqoqika” və “Liderlik nədir? Necə olmalıdır?” mövzularını əhatə etmişdir. Onlar üçün günün ikinci yarısı Kürün sol qolu olan “Türyançay”a yürüş təşkil olunmuşdur. Günün sonuna axşam vida tonqalı ilə yekun vurulmuşdur.

Təməl Liderlik məktəbi düşərgəsinin növbəti gününə də iştirakçılar çox fəal şəkildə başlamışlar. Belə ki, iştirakçılar səhəri idmanla başlayaraq yeni təlim gününə gümrah hislə qatılmışlar. Onlar liderlik kursundan sonra atmalı olduqları addımlar ilə tanış olmuşdur. Bayraqların endirilməsi ilə düşərgənin rəsmi bağlanış mərasimi həyata keçirilmişdir.

Qəbələ rayonunda təşkil edilən liderlik kursunun məqsədi yeniyetmə və gəncləri vətənpərvər ruhda tərbiyə etmək, onların ictimai fəallığını artırmaq, Respublika səviyyəsində hərəkatın inkişafına nail olmaq və bununla da ölkəmizdə uğurlar davam etdirilən gənclər siyasətinə tövhə vermək üçün Skaut Liderləri yetişdirməkdir.

Həmçinin qeyd edək ki, layihənin növbəti mərhələsində müxtəlif regionlardan olan liderlik məktəbi iştirakçıları 3 ay ərzində öz bölgələrində skaut dəstələri formalaşdıracaqlar.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə NAYORA tərəfindən həyata keçirilən “ŞƏBƏKƏ” proqramı  çərçivəsində dəstəklənir. Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin inkişafına dəstək vermək və gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaqdır.

Related Posts

Dəstə lideri olmaq istəyənlərin nəzərinə: ASA-MTP006-TL23-1 LİDERLİK KURSU BAŞ TUTACAQ!

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində “ASA-MTP006-TL23-1” nömrəli “Skautlar şimala doğru – Gənc skaut liderlərinin aşkar olunması və potensiallarının artırılması” adlı liderlik kursu həyata keçiriləcəkdir! 14-16…

WoodBadge təlimi 14-18 iyun 2023-cü il tarixdə yenidən baş tutacaq!

Əziz skautlar. Skautların ən yüksək dərəcəli təlim proqramı #WoodBadge təlimi 14-18 iyun 2023-cü il tarixdə yenidən baş tutacaq. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata…

VAHİDLƏŞDİRİLMİŞ TƏLİMÇİLƏR BAZASI YARADILIB

Azərbaycan Skautlar Assosaisiyasının Milli Gənclər Proqramı və Milli Təlim Proqramı çərçivəsində tədris, fəaliyyət sahələri üzrə təlim kurslarından keçmiş, ASA-nın fəaliyyətinə dəstək vermək istəyən qeyri-skaut təlimçilərin məlumat bazası…

Təlimçilər Bazasına müraciət başladı!

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində tədris, fəaliyyət sahələri üzrə təlimçilər və ASA-nın üzvü olmayan, digər sahələr üzrə sertifikatlı təlimçilərin məlumat bazası – Vahidləşdirilmiş Təlimçilər Bazası…

“Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” öz işinə başlayıb.

Azərbaycanda ilk dəfə keçirilən “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” beynəlxalq layihəsi 18 fevral tarixindən etibarən öz işinə başlayıb. Bu proqram skautların ən yüksək dərəcəli təlim…

Milli Təlim Proqramının liderlik kurslarına start verilib

Azərbaycan Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olmuş “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir