Azərbaycan Skautlar Assosiasiyasının Nizamnaməsinin və Milli Müvəkkillər Şurası haqqında qaydalarının müvafiq maddə və bəndlərinə uyğun olaraq Milli Komitənin 20.08.2023-cü il tarixli qərarına əsəsasən aşağıdakı vəzifələr üzrə könüllü əsaslarla vakansiyalar elan olunur:
- Milli Böyükyaşlılar üzrə Müvəkkil.;
- Milli Mauqli Skautlar Müvəkkili;
- Milli Skautlar Müvəkkili;
- Milli Cəngavər Skautlar Müvəkkili;
- Milli Etika üzrə Müvəkkil;
- Milli Resurslar üzrə Müvəkkil;
- Milli Nişanlar və Mükafatlar üzrə Müvəkkil;
- Milli Layihələr üzrə Müvəkkil;
Qeyd olunan vakansiyalar üzrə Assosiasiyanın rəsmi saytının müvafiq şöbəsindən (Keçid 1) vəzifə öhdəliklərinə (Keçid 2) uyğun namizədlər müraciət ərizələrini təqdim edə bilərlər.
Keçidlər:
Namizədlər üçün seçim mərhələləri üzrə tarixləri aşağıdakı kimidir:
- 21.08.2023-27.08.2023 – Namizədlərin vakansiya üzrə müraciət müddəti (27 avqust saat 16:00);
- 27.08.2023-29.08.2023 – Namizədlərin müraciət ərizələrinə seçim komissiyası tərəfindən baxış və ilkin seçmə (birinci tur);
- 29.08.2023-02.09.2023 – İkinci tura keçmiş namizədlər üçün müsahibə mərhələsinin keçirilməsi.
Əlaqələndirici şəxs: secretary@scout.az