Azərbaycan Skautlar Assosiasiyası Sizi 22-26 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Masallı rayonunda təşkil olunacaq “Wonderland Azərbaycan 2021” adlı Beynəlxalq Skaut Düşərgəsinə dəvət edir!
►Qısa məlumat:
İlk “Wonderland” adlı beynəlxalq skaut düşərgəsi 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Şəkidə təşkil olunmuşdur və ənənəvi illik skaut düşərgəsinə çevirilmişdir. 2014-cü ildə artıq Azərbaycanın cənubunda 208 nəfərlik çadır düşərgəsində dünyanın bütün qitələrindən skautlar toplanmışdırlar. 2015-ci ildə Gədəbəy rayonu ərazisində xarici skautların da iştirakı ilə 230 nəfərlik düşərgə təşkil olunmuşdur. 2016-cı ildə Azərbaycanın gözəl – dilbər guşələrindən olan, eyni zamanda 2016-ci ili Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində, Hacıkənd ərazisində keçirilmişdir. 2017-ci ildə ölkəmizin əsas turistik məkanlarından olan və öz təbiəti, tarixi və infrastrukturu ilə tanınan Qəbələ şəhərində keçirilmişdir. 2018-ci ildə isə Nabranda 479 iştirakçı ilə növbəti beynəlxalq “Wonderland – 2018” düşərgəsi keçirilmişdir. 2019-cu ildə isə İsmayıllıda baş tutmuşdur. Bu il ölkəmizin əsas turistik məkanlarından olan və öz təbiəti, tarixi və infrastrukturu ilə tanınan Masallı rayonunda keçirtmək qərarına gəlmişik.
• Tarix:
Düşərgə üç hissədən ibarət olacaqdır:
▬ 20-21 sentyabr: Düşərgənin tikinti işlərinin aparılması;
▬ 22-26 sentyabr: Masallı rayonunda düşərgə;
▬ 26-27 sentyabr: Düşərgənin yığışdırılması.
• Yer: Masallı rayonu
https://goo.gl/maps/iiaZYDaqc7VMvMh46
GPS koordinatarı: 38°58’44.2″N 48°34’06.9″E
• Yaş həddi:
– İştirakçılar: 6-17 yaş; (yalnız dəstə şəklində)
– STAFF Könüllülər: 18 yaşdan yuxarı;
• Yaşayış:
Yaşayış mövsümə uyğun olaraq kotteclərdə olacaq.
(Öz çadırınızı gətirmək istədiyiniz halda bizə öncədən məlumat verin.)
• Aktivitilər:
Pionerinq, Atıcılıq, Atçılıq, Səmti müəyyən etmə, Beynəlxalq təlimlər və fəaliyyətlər, Oxatma, Trekkinq, İdman oyunları, Ekstremal gecələmə, Maneələr zolağının keçilməsi və digər macəralı fəaliyyətlər.
• Düşərgə haqqı:
40 AZN – ASA-nın mövcud üzvləri (Bakıdan və bölgələrdən qoşulanlar) üçün (21 sentyabr 2021-ci il tarixinədək ödənişlə iştiraklarını təsdiqlədiyi halda)
80 AZN – ASA-ya bu elandan sonra qoşulmaq istəyənlər üçün (21 sentyabr 2021-ci il tarixinədək ödənişlə iştiraklarını təsdiqlədiyi halda)
Qeydiyyat üçün: İştirakla bağlı qrup və ya dəstə liderləriniz ilə əlaqə saxlayın.
Qeyri-skautlar qeydiyyata görə +994 70 502 23 91 vatsap nömrəsinə aşağıdakı məlumatları göndərsin:
- Şəxsiyyət vəsiqəsinin üz tərəfi;
- Yaşayış yeri;
- Elektron poçt ünvanı;
- Ödənişin ödənilməsi ilə bağlı qəbzin şəkli
- Ödəniş məlumatları:
E-manat
Beynəlxalq Bank
Fiziki şəxs karta mədaxil
Müştəri kodu və Fin ilə
FIN kod:
7CUY5Y0
ULVİ MAMMADOVKartdan karta: 4127208122845273 (Beynəlxalq Bank)
QEYD:
– Düşərgə ərazisinə gediş-dönüş qiymətə daxil deyil.
– İştirakla bağlı qrup və ya dəstə liderləriniz ilə əlaqə saxlayın.
– STAFF birbaşa müraciət edə bilər.
– Elandan sonra düşərgədə iştirak etmək və gələcəkdə təşkilata üzv olmaq istəyən şəxslər (11 yaşdan yuxarı) fərdi şəkildə müraciət etsinlər.
Tələsin yerlər məhduddur.Qeyri skautların iştirakı seçimlə və limitlidir.
