“Wonderland Azerbaijan 2022 – Tovuz” başa çatıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən 2022-ci ilin “Gənclər Paytaxtı” Tovuzun Kirən kəndində 25-31 avqust tarixlərdə “Wonderland Azerbaijan 2022 – Tovuz” adlı skautların yay düşərgəsi baça çatıb.

Düşərgənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik hislərinin yüksəldilməsi, ekstrimal hallardan çıxış yollarının öyrədilməsi, yeniyetmə və gənclər arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də skaut hərəkatının regionlarda inkişafına dəstək olmaqdır.

20 rayondan 400-ə yaxın skautun iştirak etdiyi düşərgədə “Komanda quruculuğu”, “Bionik əl”, “Algoritm”, “Robotexnika”, “Tullantıdan sənətə”, “Liderlik nəzəriyyələri”, “Oxatma”, “Sığınacaq və ocaq qalama”, “Düyünlər”, “Ağac emalı alətlərindən düzgün və təhlükəsiz istifadə” təlimləri keçirilib. Hər günün sonunda skautlar düşərgə tonqalı ətrafında öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Related Posts

“WONDERLAND AZERBAIJAN – Shusha, 2023” düşərgəsinin işçi heyətinə müraciət açıldı!

21-27 avqust 2023-cü il tarixində Şuşa şəhərində baş tutması planlaşdırılan Skautların “Shusha 2023” beynəlxalq humanitar fəaliyyət düşərgəsinin təşkilində və idarəedilməsində STAFF-da kimi iştirak etmək istəyənlər üçün qeydiyyat…

Skautlar 2 ay YAYFEST-də!

8 düşərgədən və ümumilikdə 2 aydan ibarət olan festival müddətində Azərbaycan Skautlarının “#SARUS” qrupu gecə və gündüz düşərgə risklərinə nəzarət edərək ola biləcək təhlükələri sıfıra endirmişdir. Azərbaycan…

Lənkəran Skautlarının keçirdiyi “Bizim düşərgə” başa çatıb

Lənkəran skautlarının həyata keçirdiyi 3 günlük “Bizim düşərgə” başa çatıb Lənkəranın “Xan skaut” dəstəsinin böyük yaşlı qrupları yeni üzvləri ilə yenidən fəaliyyətə başlayıblar. Dəstənin yeni üzvlərinə Azərbaycan…

Şuşada ilk çadır düşərgəsini skautlar qurub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Şuşa şəhərində avqustun 8-dən 14-dək yuxarı yaşlı skautlar üçün “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi…

WONDERLAND AZERBAIJAN 2021 – FOTOLAR

Azərbaycan Skautlarının növbəti “Wonderland Azərbaycan” skaut düşərgəsi – 2021

Azərbaycan Skautlarının növbəti “Wonderland Azərbaycan” skaut düşərgəsi başa çatıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən ənənəvi düşərgənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir