Another day for #restorekarabakh

Our scouts continued their visits to the liberated territories within the framework of the project “Youth participation in the environmental assessment of the liberated territories”, organized by IDEA Campaign, organized by the Ministry of Ecology and Natural Resources and financially supported by the Youth Foundation.Members of the Association of Scouts of Azerbaijan, along with other members of the group, visited Zangilan, Gubadli, Khojavend, Aghdam and Shusha districts after Jabrayil and Fuzuli districts.Our scouts took part in the tree-planting campaign and planted trees and oak seeds in place of the destroyed mulberry trees. They then took water samples from the Hakari River.

IDEA Campaign təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin işğaldan azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi çərçivəsində skautlarımız işğaldan azad edilən ərazilərə səfərlərini davam etdiriblər. Azərbaycan Skautlar Assosiasiyasının üzvləri qrupun digər üzvləri ilə birlikdə Cəbrayıl və Füzuli rayonlarından sonra Zəngilan, Qubadlı, Xocavənd, Ağdam və Şuşa rayonlarına növbəti səfərlərini həyata keçiriblər.Ağacəkmə aksiyasında iştirak edərən skautlarımız məhv edilmiş tut ağaclarının yerində çinar tingləri və palıd toxumları əkiblər. Daha sonra onlar Həkəri çayından su nümunələri götürüblər.

Skautlar Mingəçevirdə festivalda

“Güclü Atalar, Güclü Qızlar – Qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində ilk festival Mingəçevir şəhərində baş tutub.Azərbaycan Skautlarının böyükyaşlı üzvləri tərəfindən möhtəşəm şəkildə başa vurulan gündə ümumilikdə 200 ata və qızın iştirakı ilə açıq səma altında maraqlı fəaliyyətlər və hədiyyəli oyunlar həyata keçirilib.

National Assembly of Youth Organizations of the Republic of Azerbaijanın (NAYORA) təşkilatçılığı ilə baş tutan layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun (UNFPA) həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilir.

KOMANDAMIZA QOŞULUN: EKO-SKAUT DÜŞƏRGƏSİ

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Skautlar Assosiasiyası “Təbiətin keşiyində” adlı növbəti düşərgəyə start verir.


Hirkan Milli Parkında 16-18 oktyabr tarixində keçiriləcək “Təbiətin keşiyində” adlı düşərgənin idarə olunması hər il olduğu kimi bu il də Azərbaycan Skautlar Assosiasiyasının böyükyaşlı üzvləri, səyyah skautlar tərəfindən həyata keçiriləcək.


Qeyd: Düşərgənin müddəti 2 gecə 3 gündür. İştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar.
Komandada yer almaq üçün qeydiyyatdan keçməyə tələsin!


Qeydiyyatdan keçmək üçün link

Son qeydiyyat tarixi: 5 oktyabr 2021-ci il, saat 20:00

HACIKƏNDDƏ KEÇİRİLƏN “XƏMSƏ” DÜŞƏRGƏSİ YEKUNLAŞIB

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gəncə Gənclər evi SMX-nin dəstəyi ilə Gəncədə Hacıkənd qəsəbəsində baş tutan “Xəmsə” macəralı yay düşərgəsi uğurla yekunlaşmışdır.

Düşərgənin ikinci günü müxtəlif təlimlər skautlara tədris edilmişdir ki, bu da onların fiziki, psixoloji, emosional, sosial, əqli və karakter inkişafının təmin olunmasına kömək etmişdir.

Düşərgə tonqalı ətrafında skautlar müxtəlif fəaliyyətlər həyata keçirərək öz asudə vaxtlarını səmərəli, əyləncəli və dəyərli təşkil ediblər.Düşərgənin sonuncu günü iştirakçılar macəralı “Xəzinə axtarışında” adlı oyuna qoşularaq dəyərli hədiyyələr qazanıblar.

Daha sonra isə skautlar birgə Nizami Gəncəvi Muzeyinə və Nizami Gəncəvinin anım məqbərəsinə ekskursiya ediblər.

HACIKƏNDDƏ “XƏMSƏ” ADLI DÜŞƏRGƏ BAŞ TUTUB

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Gəncə Gənclər Evi SXM-nin dəstəyi ilə Hacıkənd qəsəbəsində Nizami Gəncəvi İli çərçivəsində “Xəmsə” adlı yay düşərgəsi təşkil edilib.

Düşərgəyə yerləşən skautlar nahardan sonra “Ebru sənəti”, “Atıcılıq”, “Pionerinq”, “Hərbi və sıra hazırlığı” və s. kimi intellektual, sosial, psixoloji, fiziki inkişafı artıran təlimlərə qoşulublar.

Axşam yeməyindən sonra düşərgə tonqalı ətrafında toplaşan skautlar müxtəlif oyun və fəaliyyətlər edərək əyləniblər.