Azərbaycan Skautlarının növbəti “Wonderland Azərbaycan” skaut düşərgəsi başa çatıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən ənənəvi düşərgənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik hislərinin yüksəldilməsi, ekstrimal hallardan çıxış yollarının öyrədilməsi, yeniyetmə və gənclər arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də skaut hərəkatının regionlarda inkişafına dəstək olmaqdan ibarətdir.

And içmiş skautlara sədr tərəfindən fəxri nişan təqim olunarkən

9 rayondan 150-dən çox skautun iştirak etdiyi düşərgə bu il iki hissədən ibarət olub və ilk hissə ötən həftə Masallı rayonunda baş tutub.

Mövzusu “Sirlər xəzinəsi” olan düşərgə “Nizami Gəncəvi İli”nə həsr edilib və 5 günlük proqram dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı üzərində qurulub.

Skaut düşərgəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən 10 ildən çoxdur həyata keçirilir və indiyədək Xacmaz, Quba, Lerik, Şəmkir, Gəncə, Masallı, Şamaxı, Qax və digər rayonlarda təşkil edilib. Növbəti düşərgənin məktəblilərin payız tətili ərəfəsində təşkili planlaşdırılır.

HACIKƏNDDƏ “XƏMSƏ” ADLI DÜŞƏRGƏ BAŞ TUTUB

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Gəncə Gənclər Evi SXM-nin dəstəyi ilə Hacıkənd qəsəbəsində Nizami Gəncəvi İli çərçivəsində “Xəmsə” adlı yay düşərgəsi təşkil edilib.

Düşərgəyə yerləşən skautlar nahardan sonra “Ebru sənəti”, “Atıcılıq”, “Pionerinq”, “Hərbi və sıra hazırlığı” və s. kimi intellektual, sosial, psixoloji, fiziki inkişafı artıran təlimlərə qoşulublar.

Axşam yeməyindən sonra düşərgə tonqalı ətrafında toplaşan skautlar müxtəlif oyun və fəaliyyətlər edərək əyləniblər.

XALIT – 2 DÜŞƏRGƏSİ BAŞLAYIB

“Xalıt”adlı skautların macəralı yay düşərgəsi Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən Şahdağ Milli Parkının qoynunda salınıb. Düşərgənin adı da elə kənddən 3 km məsafədə yerləşən ecazkar Xalıt şəlaləsindən götürülüb. Şəlalə meşəliklə əhatə olunmuş təxminən 30 metr hündürlükdə qayalardan axaraq ağacların bağrında gizlənmiş əsrarəngiz gözəlliyə sahib, dağların qoynuna sığınmış təbiət incisidir.

3 gün davam edən “Xalıt” adlı skautların macəralı yay düşərgəsinin ikinci hissəsi həyata keçirildir. Düşərgənin ikinci hissəsini də uğurla həyata keçirən skautlara eyniylə psixoloji, sosial, fiziki, əqli, emosional və xarakterlərinin inkişafı məqsədilə “Free Being Me”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Oxatma”, “Atıcılıq”, “Komanda quruculuğu”, “Zərərdən müdafiə” və digər təlimlər həyata keçirilib.