Elan: “Təməl Liderlik Kursu”na qeydiyat başladı

Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər.
Azərbaycan Skautlarının Milli Təlim Proqramı çərçivəsində “Təməl Liderlik Kursu”na (№ ASA-MTP002-TL22-1) qeydiyat başladı.

Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da onları yetişdirən, inkişaf etməsində bir başa zəhməti keçən, öz cığırlarını tapmasında, gələcəyə uğuru addımlar atmasında, əsl skaut dəyərlərini mənimsənilməsində dəstək göstərən, ailə və məktəb arasındakı boşğuqları tamamlamaq üçün böyük əziyyəti olanlar isə skaut liderləridir. Qısaca Liderlər təşkilatın sütununu möhkəm saxlayan və daim ona nəzarət edən əsas qəhrəmanlardır.

Siz də əsl skaut lideri kimi yetişmək, cəmiyyətə fayda vermək, gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin inkişafına töhfə vermək, ən əsası öyrədərək öyrənmək istəyirsinizsə 2022-ci ilin #Fevral ayında həyata keçiriləcək #MTP/”Təməl Liderlik Kursları”na qatılmaq üçün qeydiyyatdan keçin.

Qeydiyyatdan keç

Qeydiyyatdan keçmiş və skaut lideri olmağa uyğun olan hər kəs ikinci mərhələyə – müsahibəyə dəvət ediləcəklər.

Qeyd: Qeydiyyatdan keçərkən özünüzü dolğun ifadə etməyi unutmayın!

Yaş: 20+
Tarix: 18-24.02.2022
Təlim müddəti: 6 gün

Siz həqiqətən də lider olduğunuza inanırsınızsa, biz də bunu hiss edəcəyik!

WoodBadge proqramı Azərbaycanda

Skaut Hərəkatını qurduqdan qısa müddət sonra Robert Baden-Pauell lider hazırlığına ehtiyac olduğunu gördü. İlkin Skautmaster təlim düşərgələri London və İngiltərənin şimalında yerləşən Yorkşire’də təşkil edildi. Baden-Pauell düşərgə ərazilərində, açıq havada praktiki təlimlər keçmək istəyirdi.

Lakin Birinci Dünya Müharibəsi liderlik təlimlərini gecikdirdi. Buna görə də rəsmi Wood Badge kursu 1919-cu ilə qədər həyata keçirilmədi.Skautlar üçün daimi liderlik kurslarının təşkili məqsədilə 1919-cu ildə Gilwell Park Skaut Komissarı Uilyam Frederik de Bois Maklaren tərəfindən satın alınarq Böyük Britaniyanın Skautlar Assosiasiyasına verildi və 26 iyul 1919-cu ildə açılışı həyata keçirildi.

Bununla da 8-19 sentyabr 1919-cu ildə ilk rəsmi WoodBadge kursu həyata keçirildi. Gilwell Parkdakın ilk düşərgə lideri Francis Gidney ilk WoodBadge kursuna liderlik etdi. Tədris proqramına məsul şəxs isə komitə üzvü Percy Everett idi. 18 iştirakçının və mühazirəçilərin iştirak etdiyi kursda Baden-Pauell özü də dərsləri tədris edirdi.

Bu təlimdən sonra Wood Badge təlimləri Gilwell Parkda davam etməyə başladı və Skaut Hərəkatında Liderlik təlimlərinin evinə çevrildi.

Azərbaycanda isə ilk WoodBadge proqramı 18-24 Fevral 2022-ci il tairixlərdə həyata keçiriləcək. Bu barədə hələ də xəbərdar deyilsinizsə linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz. keçid

“Skaut Liderlərinin Sertifikatlaşdırılması” proqramı

Azərbaycan Skautlar Assosiasiyası Milli Komitəsinin 06.11.2021-ci il qərarına əsasən Liderlərin təkmilləşdirilməsi və effektliyinin artırılması məqsədi ilə 2022-ci ilin ilk rübündən “Skaut Liderlərinin Sertifikatlaşdırılması” proqramı həyata keçiriləcək.

Qərarə əsasən Dəstə və Qrup lideri kimi fəaliyyət göstərmək istəyən skautlar proqramı tamamlamalı və #FƏALİYYƏTSERTİFİKATI əldə etməlidirlər.

Sertifikatlaşdırılma proqramı həm cəri liderlər, həm də lider olmaq istəyən bütün böyükyaşlı skautlara şamil edilir.

Qeyd edək ki, sertifikatlar 1 il qüvvədə olacaq və növbəti il seritifikatı əldə etmək istəyən liderlərin fəliyyətlərinə və effektifliyə yenidən baxılacaq.

Proqramda iştirak və daha ətraflı məlumatlar tezliklə paylaşılacaq.

WoodBadge təlimi ilk dəfə Azərbaycanda!

Skautların ən yüksək dərəcəli təlim proqramı #WoodBadge təlimi ilk dəfə 18-24 fevral 2022-ci il tarixdə Azərbaycanda.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçiriləcək beynəlxalq sertifikatlı proqram sizə #ikitaxtalı nişanı qazanmağa imkan yaradacaq.

Beynəlxalq təlimçilərin həyata keçirəcəyi proqrama qoşulmaq üçün linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

“Wood Badge” peşəkar səviyyələrdə yetişkin liderlər üçün qabaqcıl liderlik təlimidir. Dünya üzərində bir və daha çox həftədən ibarət olan təlim, patrul metodundan istifadə edərək skaut metodlarından və peşəkar skaut ustadlarının təcrübəsini yaşamaqla öyrədilir.

Wood Badge proqramı iştirakçılara Skaut bacarıqlarından daha çox Liderlik bacarıqlarını öyrənmək və inkişaf etdirməkdən ibarətdir. Bu bacarıqlar Skautinqlə yanaşı həyatın bütün sahələrində istifadə edilə bilən bacarıqlardır.

Skautinqin qurucusu Lord Robert Baden-Powell, 1919-cu ildə Skautları üçün “yaxşı təlim keçmiş liderlər yetişdirməli” vizyonunun bir hissəsi olaraq Wood Badge kimi tanınan nişanı təqdim etdi. Wood Badge, böyüklərə yeni Skaut hərəkatında oğlanlarla işləmək üçün lazım olan bacarıqları öyrətmək vasitəsi olaraq başladı.

Keçən 100 il ərzində “Wood Badge”, Skaut liderlərinin liderlik bacarıqlarını inkişaf etməsində dəstək olan bir proqrama çevrildi və #Scoutcraft`la yanaşı digər müxtəlif təlim kursları ilə həyata keçirilməyə başladı.

Kriteriyalar üçün daxil ol

Azərbaycan Skautlarının növbəti “Wonderland Azərbaycan” skaut düşərgəsi başa çatıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən ənənəvi düşərgənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik hislərinin yüksəldilməsi, ekstrimal hallardan çıxış yollarının öyrədilməsi, yeniyetmə və gənclər arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də skaut hərəkatının regionlarda inkişafına dəstək olmaqdan ibarətdir.

And içmiş skautlara sədr tərəfindən fəxri nişan təqim olunarkən

9 rayondan 150-dən çox skautun iştirak etdiyi düşərgə bu il iki hissədən ibarət olub və ilk hissə ötən həftə Masallı rayonunda baş tutub.

Mövzusu “Sirlər xəzinəsi” olan düşərgə “Nizami Gəncəvi İli”nə həsr edilib və 5 günlük proqram dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı üzərində qurulub.

Skaut düşərgəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən 10 ildən çoxdur həyata keçirilir və indiyədək Xacmaz, Quba, Lerik, Şəmkir, Gəncə, Masallı, Şamaxı, Qax və digər rayonlarda təşkil edilib. Növbəti düşərgənin məktəblilərin payız tətili ərəfəsində təşkili planlaşdırılır.

HACIKƏNDDƏ KEÇİRİLƏN “XƏMSƏ” DÜŞƏRGƏSİ YEKUNLAŞIB

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gəncə Gənclər evi SMX-nin dəstəyi ilə Gəncədə Hacıkənd qəsəbəsində baş tutan “Xəmsə” macəralı yay düşərgəsi uğurla yekunlaşmışdır.

Düşərgənin ikinci günü müxtəlif təlimlər skautlara tədris edilmişdir ki, bu da onların fiziki, psixoloji, emosional, sosial, əqli və karakter inkişafının təmin olunmasına kömək etmişdir.

Düşərgə tonqalı ətrafında skautlar müxtəlif fəaliyyətlər həyata keçirərək öz asudə vaxtlarını səmərəli, əyləncəli və dəyərli təşkil ediblər.Düşərgənin sonuncu günü iştirakçılar macəralı “Xəzinə axtarışında” adlı oyuna qoşularaq dəyərli hədiyyələr qazanıblar.

Daha sonra isə skautlar birgə Nizami Gəncəvi Muzeyinə və Nizami Gəncəvinin anım məqbərəsinə ekskursiya ediblər.

HACIKƏNDDƏ “XƏMSƏ” ADLI DÜŞƏRGƏ BAŞ TUTUB

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Gəncə Gənclər Evi SXM-nin dəstəyi ilə Hacıkənd qəsəbəsində Nizami Gəncəvi İli çərçivəsində “Xəmsə” adlı yay düşərgəsi təşkil edilib.

Düşərgəyə yerləşən skautlar nahardan sonra “Ebru sənəti”, “Atıcılıq”, “Pionerinq”, “Hərbi və sıra hazırlığı” və s. kimi intellektual, sosial, psixoloji, fiziki inkişafı artıran təlimlərə qoşulublar.

Axşam yeməyindən sonra düşərgə tonqalı ətrafında toplaşan skautlar müxtəlif oyun və fəaliyyətlər edərək əyləniblər.

ŞƏBƏKƏLƏŞMƏ GÖRÜŞÜNDƏ SKAUTLAR

National Assembly of Youth Organizations of the Republic of Azerbaijanın təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər Təşkilatlarının Şəbəkələşmə Görüşü” layihəsi çərçivəsində NAYORA-nın və Azərbaycan Skautlar Assosiasiyasının İdarə heyətinin üzvü Ülkər Xanlarova, Azərbaycan Skautlar Assosiasiyasının Baş müvəkkili Ülvi Məmmədov və aktiv üzvlərimizdən Qoşqar Qurbanovun “Komanda quruculuğu və düzgün kommunikasiyanın qurulması” mövzusunda vörkşopu və “Şəbəkələşmə oyunu” adlı simulyasiyası keçirilib.

“Gənclər Təşkilatlarının Şəbəkələşmə görüşü”nün ikinci gününü skautlar öz maraqlı “Kokteyl” oyunu ilə davam ediblər. Komanda işini, doğru koordinasiya və operativ düşünməni özündə cəmləşdirən oyunda iştirakçılar rəqib komanda ilə sağlam rəqabəti aparmağı da aşılayır. Olduqca əyləncəli və öyrədici oyunun sonunda komandaların hazırladıqları kokteyllərin dadına baxmaq mümkün olub.

“Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsində skautlar

Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri başladı

Azərbaycan Respublikasının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və National Assembly of Youth Organizations of the Republic of Azerbaijanın təşkilatçılığı ilə həyata keçirilən “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsinə start verilib.Layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan, ölkə gəncləri üçün yaradılan imkanlardan xəbərdar olmayan, gənclər təşkilatları haqqında məlumatsız olan, həmçinin ictimai işlərdən və aktiv vətəndaşlıqdan geri qalan gənclərin məlumatlandırılması, ictimai fəaliyyətə gənclər təşkilatları vasitəsilə qoşulması və onların inkişafının təmin olunmasıdır.

Layihə çərçivəsində ilk səfər Tərtər rayonunun Seyidimli kəndinə edilmişdir. Səfərin ilk günü Azərbaycan Skautlar Assosiasiyası tərəfindən gənclər üçün müxtəlif təlim və vörkşoplar keçirilmişdir. Məlumat üçün qeyd edək ki, hər ucqar kəndə müxtəlif gənclər təşkilatları tərəfindən 2 günlük səfər edilməklə, layihə çərçivəsində ümumilikdə ölkəmizin 10 rayonunun ucqar kəndində 1 ay müddətində həyata keçiriləcək.

Tərtər rayonunun Seyidimli kəndində baş tutan layihədən olan görüntüləri sizinlə bölüşürük. #NAYORA#AzGF#GenclərFondu#BİRLİKDƏ#Gənclərtəşkilatları#ucqarkəndlər#ScoutsofAzerbaijan

XALIT – 2 DÜŞƏRGƏSİ BAŞLAYIB

“Xalıt”adlı skautların macəralı yay düşərgəsi Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən Şahdağ Milli Parkının qoynunda salınıb. Düşərgənin adı da elə kənddən 3 km məsafədə yerləşən ecazkar Xalıt şəlaləsindən götürülüb. Şəlalə meşəliklə əhatə olunmuş təxminən 30 metr hündürlükdə qayalardan axaraq ağacların bağrında gizlənmiş əsrarəngiz gözəlliyə sahib, dağların qoynuna sığınmış təbiət incisidir.

3 gün davam edən “Xalıt” adlı skautların macəralı yay düşərgəsinin ikinci hissəsi həyata keçirildir. Düşərgənin ikinci hissəsini də uğurla həyata keçirən skautlara eyniylə psixoloji, sosial, fiziki, əqli, emosional və xarakterlərinin inkişafı məqsədilə “Free Being Me”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Oxatma”, “Atıcılıq”, “Komanda quruculuğu”, “Zərərdən müdafiə” və digər təlimlər həyata keçirilib.