5–8 dekabr 2024-cü il tarixlərində Maltanın Qawra şəhərində Avropa Beynəlxalq Müvəkkillər Forumu (European IC Forum) baş tutdu. Azərbaycan Skautlar Assosiasiyasını bu mötəbər tədbirdə Milli Komitənin üzvü Ülkər Xanlarova-Mutaşku (Avropa Regional Skaut Komitəsinə 2025–2028-ci illər üzrə namizəd) və WOSM üzrə Beynəlxalq Müvəkkil Kamil Fətəliyev təmsil etdilər.
Forum çərçivəsində iştirakçılar arasında qarşıdan gələn Avropa Regional Skaut Konfransı (iyul 2025, Vyana), 2025–2028-ci illəri əhatə edən Regional Skaut Planı və Milli Skaut Təşkilatlarının (NSO) inkişafı ilə bağlı aktual məsələlər geniş şəkildə müzakirə olundu.
Bu forum yalnız fikir mübadiləsi üçün deyil, həm də Avropa skautları arasında əməkdaşlığın gücləndirilməsi və gələcək təşəbbüslərə zəmin yaratmaq baxımından vacib bir addım oldu.
ASA nümayəndələri isə bu yolda ölkəmizin səsini beynəlxalq səviyyədə uğurla çatdırdılar – Vyanaya gedən yol artıq başlayıb!




