NOMADS CAMP (5-11 avqust 2024)
Ümumi məlumatlar
Təşkilatçı | Qazaxıstan Skautları |
Tarixlər | Düşərgə 5-11 avqust 2024-cü il tarixlərində keçiriləcək. İştirakçıların 4 avqustda gəlişləri gözlənilir və 12 avqust 2024-cü il tarixində tərk edə bilərlər. |
Məkan | Akmola regionu, Astanadan 120 km aralıda – Qazaxıstanın paytaxtı |
NOMADS CAMP-da sizi nələr gözləyir | Böyük Çölün adət və ənənələri (köçərilərin adət və ənənələri ilə tanışlıq, ənənəvi ev (yurt) tikmək, ənənəvi oyunları öyrənmək);köçəri mətbəxi (ənənəvi qazax yeməklərinin hazırlanması və dadına baxılması: baursak, kurt, talkhan);döyüşçü ata-baba sənəti (qartallarla qədim ov – “Bərkutçi”, oxatma, qədim silahlarla tanışlıq, qılınc döyüşü, katapult tikintisi);çöllərdə sağ qalma dərsləri (ekstremal maneə kursunu keçmək, ulduzlar üzərində səmti müəyyən etmək, müxtəlif növ tonqallar, düşərgələrin təşkili);xalq sənətkarlığı emalatxanası (dulusçuluq emalatxanası, ənənəvi qazax yorğanının hazırlanması, keçədən mobil telefon qutusu və dəri bilərzik toxuması). |
İstiqamət | Siz Astanaya çatmalısınız, ev sahibi komitə Astanadan Nomads Camp-a transferi təmin edəcək. Astanadan Köçərilər düşərgəsinə 2 saatdır. |
İştirak haqqı | Adambaşına 120 ABŞ dolları Qeydiyyat haqqına daxildir Gündəlik 4 dəfə yemək;bütün yaşayış yerləri;Burabay Milli Parkı ətrafında görməli yerlərə ekskursiya;Astana şəhərindən Köçərilər düşərgəsinə və geriyə transfer;Köçərilər düşərgəsi nişanı Gediş-gəliş transport xərcləri iştirakçı tərəfindən qarşılanmalıdır (təxminən 350 ABŞ dolları) |
İştirakçılar | Heyətdə ümumi 5 nəfər ASA qarşısında heç bir maddi öhdəliyi olmayan, son 1 il ərzində fəal olmuş 18-26 yaş arası iştirakçılar |
Qidalanma | Avropa qidaları (iştirakçıların məhdudiyyət və üstünlüklərinə uyğun olaraq) |
Yerləşmə | Forest Glamping Safari Tents |
Sığorta | Hər bir qrup öz sağlamlıq sığortası ilə məşğul olmalıdır |
Nomands düşərgəsinin dili | Qazax və rus dili (İngilis dilinə tərcümə olunacaq) |
Əlaqələndirici şəxs | Ülvi Məmmədov – Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkili Nomand Camp kontinqent rəhbəri +99450-366-75-64 Ulvi.Mammadov@Scout.Az |
Müraciət qaydası | Əlaqələndirici şəxsə müraciət etməklə |
Heyət üzrə son müraciət tarixi | 1 may 2024-cü il, saat 18:00 |