22–27 noyabr tarixlərində Polşanın Krakov şəhərində keçirilən 24-cü “Scouts and Guides Academy” beynəlxalq tədbirində Azərbaycan Skautlar Assosiasiyasını Bakı üzrə müvəkkil Ruqiyyə Məmmədova və üzvümüz Elina Çerpakova təmsil ediblər.
Təxminən 200 iştirakçını bir araya gətirən Akademiya, gənclər təşkilatlarının inkişafı, liderlik bacarıqları və könüllülük sahəsində bilik və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Sessiyalar həm nəzəri biliklərin, həm də praktiki bacarıqların formalaşdırılmasına yönəlmişdir.
Tədbir Dünya Qız Skaut və Qız Bələdçilər Assosiasiyası (WAGGGS – DQSQBA) və Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM – DSHT) Avropa regionları tərəfindən təşkil olunmuşdur. İştirakçılar üçün yaradılan interaktiv və çoxmədəniyyətli mühit həm öyrədici, həm də motivasiyaedici xarakter daşıyır.




