Azərbaycan Skautlar Assosiasiyasının İdarə Heyətinin üzvü Qoşqar Qurbanov və assosiasiyamızın üzvü Bahar Əbülfət ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Bir Müəllimin Manifesti” təhsil proqramına seçilərək ABŞ-ın Vaşinqton ştatında baş tutan təcrübə səfərində iştirak ediblər.
Qeyd edək ki, dərslər Corc Vaşinqton Universitetinin professor-müəllim heyəti tərəfindən ADA Universitetinin Vaşinqton Mərkəzində həyata keçirilib.
Səfərin sonunda skautlarımız təqdim etdikləri layihəyə görə “The Best Impact” nominasiyası üzrə Oskar mükafatına layiq görülüb və diplomla təltif olunublar.
Bu nailiyyətin Göygöl və Yevlax rayonlarında fəaliyyət göstərən skaut liderlərimizin təkcə öz icmalarında deyil, ümumilikdə Azərbaycanda digər aktiv icma liderlərinə də stimul olacağına inanır və hər iki liderimizi səmimi qəlbdən təbrik edirik!





