Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin icrasına başlanılıb.
Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi çərçivəsində “səyyah” yaş qrupuna (18-22 yaş) mənsub gənc skautların bilik və bacarıqlarının peşəkar şəkildə inkişafına yönəlmiş təlimlərin həyata keçirilməsi məqsədilə həyata keçirilən layihənin təlimlər hissəsi Şamaxıda 2-4 yanvar 2023-cü ildə düşərgə şəklində baş tutacaq. Təlimlərdə iştirakçılara Dayanıqlı İnkişaf Məqsədlərinin onların növbəti fəaliyyətlərindəki rolu, bu fəaliyyətin təşkil edilmə metodları, skautların bu məqsədlərə nail olmaq üçün göstərəcəkləri səylərin necə artırılması öyrədiləcəkdir. Daha sonra onlar öz icmalarında bunu təbliğ və tədris edəcəklər.
Layihənin əsas məğzi bu il Azərbaycan Gənclər Fondunun dəstəyi ilə GTFD proqramı həyata keçirilən “Skaut liderləri dayanıqlı inkişaf naminə” layihəsinin davamlılığı üçün Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi çərçivəsində “səyyah” yaş qrupuna (18-22) mənsub gənc skautların bilik və bacarıqlarının peşəkar şəkildə inkişafına yönəlmiş təlimlərin həyata keçirilməsidir. Gənc skautların həm ekoloji, həm də DİM istiqamətində bilik və bacarıqlarını artırmaq istəyirik. Çünki Azərbaycan Skautlar Assosiasiyasının “Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” adlı proqramı çərçivəsində səyyah skautlar və skaut liderləri skautları bu istiqamətdə maarifləndirirlər. Onların bu fəaliyyəti həyata keçirməsi üçün özləri maariflənməlidir və bu biliyə tam sahib olmalıdırlar. Layihəyə peşəkar təlimçi və könüllülərdən ibarət layihə komandasının formalaşdırılması ilə start veriləcəkdir.
Layihədən Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət göstərmək və öz icmalarındakı skautları bu istiqamətdə maarifləndirmək istəyən ictimai fəal olan gənc skautlar yararlanacaqlar.
? İştirakçının profili:
— Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisinə maraqlı olmalı;
— Səyyah yaş qrupuna aid olmalı (18-22 yaş);
— Ən azı 3 ay fəal skaut olmalı;
Layihə çərçivəsində qarşılanır:
— Qalınacaq yer (mövsümə uyöun olaraq kotteclərdə qalınacaq);
— Qidalanma;
— Təlim proqramında və proqrama daxil digər fəaliyyətlərdə iştirak;
Layihə çərçivəsində qarşılanmır:
— Şamaxıya və geri nəqliyyat xərci (Hamının düşərgə yerinə və geri birgə gəlməsi üçün nəqliyyat danışılacaq və ödəniş iştirakçılar tərəfindən ödəniləcək)
?️Son müraciət tarixi:
26.12.2022, 23:59 GMT+4
Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası və “Global Shapers Shamakhi Hub” layihənin tərəfdaşlarıdır.
Müraciət üçün aşağıdakı ərizəni doldurmaq lazımdır: