Milli Təlim Proqramının liderlik kurslarına start verilib

Azərbaycan Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olmuş “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start verilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə baş tutan layihənin əsas məqsədi yeni skaut liderlərinin yetişdirilməsi, onların liderlik bacarıqlarının ortaya çıxarılması, skaut metodları və patrul təcrübəsini yaşatmaq, eyni zamanda skaut liderlərimizin peşəkar səviyyədə həyata keçirilən beynəlxalq liderlik kursunda iştirakını təmin etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, ABŞ və Türkiyə skautmasterləri və Azərbaycan Skautlar Assosiasiyasının rəsmiləri öz növbələrində skautinqin gənclərə və ətraf mühitə verdiyi faydaları bir daha xatırladıb, daha uğurlu lider olmaqda praktiki liderlik təlimlərinin önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu ediblər.

Related Posts

WikiScout Təlimi ilə siz də Vikipediyaçı Skautlarımızdan biri ola bilərsiniz

Vikipediya çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platformasıdır.Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində həyata keçirilən bu təlim, Azərbaycan dilində vikiməzmunu zənginləşdirmək, başqa…

Azərbaycan Skautlarının Liderlik Kursu

Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Skautlarının Liderlik Kursu”na qeydiyat başladı. Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da…

Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə!

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilir! Təhsil sahəsində…

“Qış nağılı” düşərgəsi

Azərbaycan Skautlar Assosiasiyasının və “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin təşkilatçılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində “Qış nağılı” adlı düşərgə təşkil edilir! ? ?? 2024-cü ilin ilk…

“Düşərgə quruculuğu” və “Yanğın təhlükəsizliyi” mövzularında praktiki təlimlər həyata keçirilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Quba rayonunda həyata keçirdiyi “İdman Festivalı 2023” çərçivəsində Azərbaycan Skautları gənc idmançılara “Düşərgə quruculuğu” və @sarusazerbaijan tərəfindən “Yanğın təhlükəsizliyi” mövzularında praktiki…

“SummerProgram” növbəti düşərgəsini elan edir

Bu payız tətilini həqiqətən yaddaqalan etməyə hazırsınız? “SummerProgram” növbəti düşərgəsini elan edir. Hər gün kəşf, öyrənmək və əyləncə üçün yeni fürsət olan #AdventureCamp bu dəfə sizi #AdventurePayız…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir