Əməkdaşlarımız Gürcüstanda Səyyahlar üçün Proqram ilə bağlı vörkşopda iştirak ediblər

Son illərdə Avrasiya Skaut Regionunda mühüm səylər göstərilmişdir ki, Milli Skaut Təşkilatları skautinq təhsil fəaliyyətinin əsas elementi olan Gənclər Proqramlarını hazırlayıb həyata keçirə bilsinlər.

Çox sayda Milli Skaut Təşkilatları əsasən uşaqlar və yeniyetmələr üçün cəlbedici və mənalı fəaliyyətlər təklif etmək üzərində çox çalışır. Bununla belə, skautinqin təhsil təklifi gənclər yetkinliyə keçənə qədər dayanmamalıdır; şəxsi inkişafın son mərhələsi üçün Skautinq Səyyah Skaut proqramını təklif edir.

İştirakçılar artıq Gürcüstandadır.

Məhz Azərbaycan Skautlar Assosiasiyasının bir neçə ildir ki, üzərində çalışdığı Milli Gənclər Proqramının Səyyahlar bölməsinin təkmilləşdirilməsi üçün çalışan şəxslərin bu sahədə biliklərini artırmaq və yerli sosial və mədəni xüsusiyyətləri nəzərə alaraq Milli Skaut Təşkilatının onu həyata keçirməyə başlaması üçün əsaslı zəmin yaratmaq üçün bir qrup əməkdaşı  11-13 noyabr 2022-ci il tarixində Gürcüstanda yerləşən Rustavi Beynəlxalq Skaut Mərkəzində “Səyyahlar Proqramı barədə vörkşop” adlı tədbirdə iştirak edib.

7 ölkədən 30-dək iştirakçı iştirak edib.

Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan və Ermənistanın milli skaut təşkilatlarından səyyah skautlar bölməsinə  məsul olan şəxslərin iştirak etdiyi seminarın məqsədi hər bir skaut təşkilatı üçün vahid və tam Gənclik Proqramını təmin etmək üçün Səyyahlar bölməsinin  inkişafı və həyata keçirilməsinin daha yaxşı başa düşülməsi üçün əməkdaşlıq edilməsi olub. Təlimlər İrlandiya, Portuqaliya və digər ölkələrdən olan təlimçi və fasilitatorlar tərəfiondən tədris edilib.

Beynəlxalq tədbirdə Azərbaycan Skautlar Assosiasiyasını Milli Baş Müvəkkil Ülvi Məmmədov, Beynəlxalq işlər üzrə Müvəkkil Fərid Süleyman və Səyyahlar Dəstəsinin Lideri İslam Şükürov təmsil ediblər. Layihənin ilk günü onlar “Gənclərin xüsusiyyətlərini araşdırmaq”, “Yetkinlik dövrü və bunun proqrama təsiri”, “Skautinq dəyərlərinin praktiki tətbiqini və onun Rover Skautları tərəfindən görülən tədbirlərdə necə göründüyünü qiymətləndirmək”, “Simvolik Çərçivə”, “Komanda sistemi”, “Təbiət və Ətraf Mühit”, “Öyrənmə imkanlarını araşdırmaq” adlı təlimlərdə iştirak ediblər.

Layihənin ilk günü “Beynəlxalq Gecə” ilə bitib. Təmsilçilərimiz digər ölkələrdən olan iştirakçıları Azərbaycanın mədəniyyət nümunələri, rəqslər və milli mətbəximizlə, o cümlədən Azərbaycanda skautinq hərəkatının həyata keçirilməsi ilə bağlı məlumatlarla tanış ediblər.

Bol enerji ilə başlayan layihənin ikinci günü iştirakçılar “Böyükyaşlıların dəstəyi”, “Səyyahlar Bölməsində böyükyaşlıların hərəkətlərinin mühüm balansını qiymətləndirmək”, “Səyyahlar nə edir”, “Güclü Səyyah skaut bölməsinin nə olduğunu və bunu milli skaut təşkilatında reallığa çevirmək üçün nəyin lazım olduğunu bilmək”, “Səyyahlarla layihələr” adlı seminarlarda iştirak ediblər.

Günün sonunda bütün düşərgə heyəti Rustavi Beynəlxalq Skaut Mərkəzinin düşərgə tonqalı bölməsində – “Kollizeydə” toplanaraq müxtəlif maraqlı fəaliyyətlər icra ediblər. Onlar öz ölkələrində axşam proqramlarında icra etdikləri oyun və fəaliyyətləri nümayiş etdirərək bir-birindən öyrəniblər.

İştirakçılar layihənin son günü  ilk 2 gün ərzində öyrənilən bilik və bacarıqları təkrarlayaraq bu günə qədər verilən bilikləri nəzərə almaq və qarşıdakı fəaliyyətə hazırlamaq üçün birgə fikir mübadiləsi aparıblar. Qiymətləndirmə mərhələsindən sonra hamı öz ölkəsinə getmək üçün yola düşüb.

İştirakçılara 33 saatlıq tədris prosesini keçdiklərinə dair sertifikatlar təqdim edilib.

Beynəlxalq tədbirdə Azərbaycan Skautlar Assosiasiyasını Ülvi Məmmədov, Fərid Süleyman və İslam Şükürov təmsil ediblər. Dünya Skaut Hərəkatı Təşkilatının Gənc məsləhətçisi Fatimə Əliyeva da layihəyə öz töhvəsini verib. Layihə bitdikdən sonra layihədə iştirak edən kontinqent Tbilisidə şəhər turuna çıxıblar.

Onlar öyrəndikləri yeni bilik və bacarıqları yaxın müddətdə skaut icması  ilə bölüşərək ASA-nın Milli Gənclər Proqramına öz töhvələrini verəcəklər.

14.11.2022

Related Posts

ALLAHUƏKBƏR DAĞI ŞƏHİDLƏRİNİN ANIM DÜŞƏRGƏSİ

TİF TƏRƏFİNDƏN ELAN: FƏALİYYƏT SAHƏSİNƏ İLK GİRİŞ TARİXİ VƏ ZAMANI: 22 dekabr 2023-cü il Saat: 10.00FƏALİYYƏT SAHƏSİNƏ SON GİRİŞ TARİXİ VƏ VAXT: 22 dekabr 2023 Saat: 14.00FƏALİYYƏTİN…

Beynəlxalq məlumat manşeti

Əziz skautlarımız, beynəlxalq məlumat manşetimiz yayındadır! Özünüzə uyğun beynəlxalq iştirakçılıq və təmsilçilik fürsətlərini seçin və müraciət edin. Post Views: 119

Qız skautlarımız və qadın bələdçilərimiz üçün Hindistanda könüllülük imkanı!

Hindistanda yerləşən Sangam WAGGGS dünya mərkəzində könüllü ol! Fəaliyyət sahələri: 18-35 yaş arası qadın üzvlərimiz üçün! Müraciət aidiyyatı üzrə liderinizin tövsiyəsi əsasında həyata keçirilir. Daha ətraflı məlumat…

“European Networking Event” adlı tədbiri baş tutub

Noyabrın 23-26 tarixlərində Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) tərəfindən Budapeşt Avropa Gənclər Mərkəzində “European Networking Event” adlı tədbiri baş tutmuşdur. Tədbirdə Azərbaycan Skautlar Assosasiyasının sədri İlyas İsmayıllı…

Kanderşteq Beynəlxalq Skaut Mərkəzində qısamüddətli könüllülük imkanı

Yaxın günlərdə Kanderşteq Beynəlxalq Skaut Mərkəzində yay 2024 mövsümü üçün qısamüddətli işçi heyəti üzrə vakansiyaya müraciət başlayacaqdır. Müraciətçilər üçün məlumatlar aşağıdakı kimidir: Kanderşteq Beynəlxalq Skaut Mərkəzi  Yay…

Azərbaycan Skautlar Assosiasiyasının üzvləri 11-15 oktyabr 2023-cü il tarixində Şimali Makedoniyanın Skopye şəhərində keçirilmiş “10-cu Təhsil Metodları Forumu”nda iştirak ediblər

Azərbaycan Skautlar Assosiasiyasının üzvləri 11-15 oktyabr 2023-cü il tarixində Şimali Makedoniyanın Skopye şəhərində keçirilmiş “10-cu Təhsil Metodları Forumu”nda iştirak ediblər. ASA-nın Beynəlxalq müvəkkili Rezida Rzayeva və Bakı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir