Bu gün ərzində skautlar üçün zəngin və maraqlı fəaliyyətlər təşkil olunub.
Badminton oyunları skautların həm fiziki aktivliyini, həm də komanda ruhunu gücləndirib. Liderlərin də qatıldığı bu oyunlarda qarşılıqlı anlaşma və əyləncə ön planda olub.
Qız skautlar üçün düyümçülük təlimi təşkil olunub. Onlar müxtəlif düyüm növlərini öyrənərək həm əl bacarıqlarını, həm də praktiki biliklərini inkişaf etdiriblər.
Skautlar oxçuluq fəaliyyətlərində iştirak edərək diqqət və səbr bacarıqlarını sınayıblar.
Ritm və musiqi məşğələləri zamanı iştirakçılar musiqi alətləri ilə ritm qurmaq, birlikdə hərəkət etmək və yaradıcı ifadə imkanlarını inkişaf etdirmək imkanı qazanıblar.
Günün sonunda isə ənənəvi kamp odunun ətrafında skautlar musiqi, oyun və dostluq atmosferi ilə bir araya gələrək günü unudulmaz anlarla yekunlaşdırıblar.
Bu gün keçirilən fəaliyyətlər skautların bir-birini daha yaxından tanımasına, komanda daxilində əməkdaşlıq etməsinə və mədəniyyətlərarası anlayışın dərinləşməsinə töhfə verib. ![]()









