Türk İzci Toyu – Turkic Scout Jamboree: İkinci gün!

Bu gün ərzində skautlar üçün zəngin və maraqlı fəaliyyətlər təşkil olunub.

🏸 Badminton oyunları skautların həm fiziki aktivliyini, həm də komanda ruhunu gücləndirib. Liderlərin də qatıldığı bu oyunlarda qarşılıqlı anlaşma və əyləncə ön planda olub.

🪢 Qız skautlar üçün düyümçülük təlimi təşkil olunub. Onlar müxtəlif düyüm növlərini öyrənərək həm əl bacarıqlarını, həm də praktiki biliklərini inkişaf etdiriblər.

🎯 Skautlar oxçuluq fəaliyyətlərində iştirak edərək diqqət və səbr bacarıqlarını sınayıblar.

🥁 Ritm və musiqi məşğələləri zamanı iştirakçılar musiqi alətləri ilə ritm qurmaq, birlikdə hərəkət etmək və yaradıcı ifadə imkanlarını inkişaf etdirmək imkanı qazanıblar.

🔥 Günün sonunda isə ənənəvi kamp odunun ətrafında skautlar musiqi, oyun və dostluq atmosferi ilə bir araya gələrək günü unudulmaz anlarla yekunlaşdırıblar.

Bu gün keçirilən fəaliyyətlər skautların bir-birini daha yaxından tanımasına, komanda daxilində əməkdaşlıq etməsinə və mədəniyyətlərarası anlayışın dərinləşməsinə töhfə verib. 🌍

Related Posts

Türk İzci Toyu – Turkic Scout Jamboree 2025: Xatirələrlə dolu anlar!

10 gün ərzində İstanbulun Beykoz bölgəsində təşkil olunan bu beynəlxalq skaut düşərgəsi 20-dən çox ölkədən yüzlərlə skautu bir araya gətirdi. Bu görüşdə iştirak edənlər skaut ruhunu, mədəniyyətlərini…

Türk İzci Toyu – Turkic Scout Jamboree çərçivəsində skautlar üçün ebru sənəti üzrə yaradıcı təlim təşkil olunub.

Türk İzci Toyu – Turkic Scout Jamboree çərçivəsində qız skautlar üçün biləklik hazırlama təlimindən maraqlı anlar.

Türk İzci Toyu – Turkic Scout Jamboree: Mədəniyyət Günü

Bu gün düşərgədə bütün iştirakçı ölkələrin skautları milli mədəniyyətlərini nümayiş etdirib və unudulmaz anlar yaşanıb. Azərbaycan Skautları fəal şəkildə mədəniyyət günündə iştirak ediblər. Xüsusi qonaq kimi tədbirdə…

Türk İzci Toyu – Turkic Scout Jamboree: Üçüncü gün

Bu gün düşərgədə skautlar üçün maraqlı və faydalı fəaliyyətlər təşkil olunub. İstiqamət təyini (yön tapma) üzrə keçirilən təlimdə skautlar kompasdan, xəritədən istifadə, təbii əlamətlərlə istiqamətin müəyyənləşdirilməsi və…

Azərbaycan Skautları kamp odunun ətrafında – Turkic Scout Jamboree

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir