Bu gün düşərgədə skautlar üçün maraqlı və faydalı fəaliyyətlər təşkil olunub.![]()
İstiqamət təyini (yön tapma) üzrə keçirilən təlimdə skautlar kompasdan, xəritədən istifadə, təbii əlamətlərlə istiqamətin müəyyənləşdirilməsi və sahə üzrə hərəkət bacarıqları qazanıblar.
Düyümçülük məşğələlərində isə müxtəlif düyüm texnikaları öyrənilib və praktiki tətbiqlər yerinə yetirilib.
Bu fəaliyyətlər skautların həm şəxsi bacarıqlarını, həm də komandada işləmə qabiliyyətini inkişaf etdirməyə xidmət edir. ![]()










