“Türk İzci Toyu – Turkic Scout Jamboree” tədbiri çərçivəsində Azərbaycan Skautlar Assosiyasiyasının (ASA) sədri İlyas İsmayıllı ilə Türkiyə İzcilik Federasiyasının prezidenti Hasan Dinçer Subaşının görüşü baş tutub.
Görüş zamanı Azərbaycan skautlarının dostluq və təşəkkür mesajını ifadə edən xatirə hədiyyəsi Türkiyə İzcilik Federasiyasının sədrinə təqdim olunub.
Bu hədiyyə Türk dünyası skautları arasında əməkdaşlığın, qarşılıqlı hörmətin və birlik ruhunun bir rəmzi kimi təqdim olunub.
![]()
Bu cür qarşılıqlı əlaqələr Azərbaycan və Türkiyə skautlarının birgə dəyərlər ətrafında daha da yaxınlaşmasına və gələcək əməkdaşlıqların möhkəmlənməsinə töhfə verir.



