Belçikanın Brüssel şəhərində baş tutmuş S.Y.S.P.U.C. (Strengthening Youth Spaces and Participation for Underrepresented Communities) layihəsində üzvümüz Günel Osmanova iştirak edərək gənclərin qeyri-formal təhsili və ictimai iştirakçılığının artırılmasına yönəlmiş mühüm bir təşəbbüsün bir hissəsi olub.
Layihə az imkanlı və sosial cəhətdən təcrid olunmuş gəncləri, o cümlədən az təmsil olunan xalqları hədəf alır və onların daha fəal vətəndaşlar kimi yetişdirilməsini məqsəd qoyur.
Günel Osmanova layihə çərçivəsində keçirilən bir sıra təlim və seminarlar vasitəsilə gənclərin liderlik bacarıqları və könüllülük fəaliyyəti ilə bağlı təcrübələrini artırıblar. Bu təcrübə onların yalnız peşəkar inkişafına deyil, eyni zamanda sosial inklüzivliyə və müxtəlif mədəniyyətlərə qarşı anlayışlarının güclənməsinə də töhfə verib.
Layihənin digər mühüm istiqaməti isə Brüsseldə keçiriləcək konfransda siyasət tövsiyələrinin təqdim olunmasıdır. Bu, Günel Osmanova kimi iştirakçılara əldə etdikləri nəticələri beynəlxalq səviyyədə paylaşmaq və daha geniş şəbəkə qurmaq imkanı yaradır.





