Beynəlxalq Müvəkkil Kamil Fətəliyev Dünya Skaut Komitəsinin Maliyyə Komitəsinin 6 tamhüquqlu üzvündən biri seçilmişdir

Böyük qürur hissi ilə bildiririk ki, Azərbaycan Skautlar Assosiasiyasının WOSM (DSHT) üzrə Beynəlxalq Müvəkkili Kamil Fətəliyev, WOSM qəbul komissiyasının təqdimatı və Dünya Skaut Komitəsinin Sədrinin qərarına əsasən, 2024–2027-ci illəri əhatə edən dövr üçün Dünya Skaut Komitəsinin Maliyyə Komitəsinin 6 tamhüquqlu üzvündən biri seçilmişdir.

Maliyyə Komitəsi Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) ali idarəedici orqanı olan Dünya Skaut Komitəsinin daimi strukturlarından biri olmaqla, təşkilatın maliyyə siyasətinə və maliyyə məsələlərinə cavabdehdir.

Bu təyinat yalnız fərdi uğur deyil, eyni zamanda Azərbaycan Skautlar Assosiasiyasının beynəlxalq arenada artan nüfuzunun və fəallığının bariz göstəricisidir.

Kamil Fətəliyevi bu məsuliyyətli və şərəfli vəzifəyə seçilməsi münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

🇬🇧 ENG:

We are proud to announce that Kamil Fataliyev, the WOSM International Commissioner of the Association of Scouts of Azerbaijan, has been appointed as one of the six voting members of the Finance Committee of the World Scout Committee for the 2024–2027 triennium. His appointment follows the nomination by the selection committee and the official decision of the Chairperson of the World Scout Committee.

The Finance Committee is a permanent structure within the World Scout Committee—the highest governing body of the World Organization of the Scout Movement (WOSM)—and is responsible for overseeing the organization’s financial policies and matters.

This appointment is not only a personal achievement but also a clear reflection of the growing influence and active engagement of the Association of Scouts of Azerbaijan in the global Scouting movement.

We extend our heartfelt congratulations to Kamil Fataliyev and wish him great success in this prestigious and responsible role!

Related Posts

Azərbaycan Skautlar Assosiasiyası yenilənmiş Milli Sub-komitə strukturunu təqdim etdi.

Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyət istiqamətlərinin daha sistemli və funksional idarə olunması məqsədilə ASA-nın sub-komitə strukturu yenilənmiş və aşağıdakı 11 Milli Sub-komitə təsis edilmişdir: Bu struktur ASA-da fəaliyyətlərin…

“Skautlar sual verir” adlı görüşlər silsiləsinin ilk tədbiri baş tutub

Bu gün Azərbaycan Skautlar Assosiasiyasının yeni və davamlı formatda həyata keçirilən “Skautlar sual verir” adlı görüşlər silsiləsinin ilk tədbiri baş tutub. Görüşün qonaqları Xalq artisti Qurban İsmayılov…

Azərbaycan Skautlarının Milli Dəyərlər Forumunun ikinci günü

Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Dəyərlər Forumun ikinci günü liderlik bacarıqlarının inkişafına yönəlmiş interaktiv təlim ilə başladı. Təlim zamanı…

ASA-nın 2026–2028-ci illər üzrə Strateji Prioritetləri Milli Komitə üzvləri arasında aşağıdakı qaydada bölüşdürülmüşdür:

Bu bölgü ASA-da hər yeni Milli Komitə formalaşdıqdan sonra tətbiq olunan ənənəvi idarəetmə prosesinin tərkib hissəsidir və strateji istiqamətlər üzrə məsuliyyətin aydınlaşmasına oc ümlədən fəaliyyətlərin daha sistemli…

Azərbaycan Skautlarının Milli Dəyərlər və Liderlik Forumu birinci günün fəaliyyətini təqdim edirik.

Forum Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilir və gənclərin Konstitusiyada əks olunmuş milli və hüquqi dəyərlər, liderlik məsuliyyəti və vətəndaş mövqeyi mövzularında bilik…

Azərbaycan Skautları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda göstərdiyi iradənin, birlik və fədakarlığın simvoludur. Bu gün Azərbaycan Skautları olaraq Şəhidlər xiyabanını ziyarət etdik. Eyni zamanda bölgələrdə fəaliyyət…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir