Ülvi Məmmədovun 13 mart 2025-ci il tarixli müraciəti, Baş Katib, Azərbaycan Skautlar Assosiasiyası

“Əziz skaut dostlarım, yoldaşlarım, bacılarım və qardaşlarım. Bu gün çox vacib bir qərarımı sizinlə paylaşmaq istəyirəm. 31 mart 2025-ci ildən etibarən Azərbaycan Skautlar Assosiasiyasında Baş katib vəzifəsində fəaliyyətimi sona çatdıracağam. 2021-ci ilin may ayında başladığım bu yolda 4 ilədək müddət ərzində böyük bir əzmlə çalışdım, hər zaman məqsədim Azərbaycan Skautlar Assosiasiyasını inkişaf etdirmək və gənclərə daha yaxşı imkanlar yaratmaq oldu. İnanıram ki, skaut hərəkatı ölkəmizdə hər gün daha da irəliləyir və bu yolda qətiyyətli addımlarla irəliləyirik. Mənim üçün ən böyük qürur, hər bir skautun həyatına müsbət toxunuşlar eləmək idi. Təbii ki, bu yol təkcə mənim deyil, bu böyük komandanın, hər bir skautun uğurudur. Birlikdə çox gözəl xatirələr yaratdıq. Mən bu xatirıləri cümlələrə sığışdırmaqda çətinlik çəkirəm və bu mümkün deyil. Yeni istiqamətlərə yönəlmək qərarım asan olmadı. Lakin bilirəm ki, hər bir dəyişiklik həm şəxsi, həm də ümumi inkişaf üçün vacibdir. Mənim bu yolda keçdiyim hər an, qazandığım hər təcrübə mənim üçün olduqca önəmli idi və bir insan olaraq Allahın mənə verdiyi ömrün ilk 25 illiyini necə dəyərli və rəngarəng etməsini unutmayacağam.

Mənə dəstək olan hər kəsə, yanımda olan hər bir skauta və dostuma minnətdaram. Sizinlə birgə bu yolu keçmək mənim üçün şərəf idi. Həmçinin yeni nəslin bu hərəkatı daha da irəlilədəcəyinə inanıram. Mən Baş katib təyin ediləndə sədr Emin Babayev idi, daha sonra isə İlyas İsmayıllı. Hər ikisi mənə əsl müəllim oldu. Ədalətli yanaşma, yetkin insan davranışları düzgün təhlil və qərar vermək kimi bütün həyatım boyu istifadə edəcəyim səriştələri onlardan öyrəndim. Əlbəttə ki, ən böyük müəllimim mənim komandam oldu. Onlar saysız hesabsız töhfələri ilə məni kamil insan kimi yetişdirdi. Həyatımın bundan sonrakı yeni dövrü ilə bağlı düşüncəliyəm. Bu qərarı verən zaman çox tərəddüdlü idim, amma şəxsi mənafeyimi təşkilatın gələcəyi haqqında düşünməyim kölgədə qoydu. İndi ona yeni nəfəs lazımdır. 4 il bəsdir… Bacardığım qədər enerjimi səfərbər etdim və dəstəyimi əsirgəmədim. Skaut hərəkatı və Assosiasiya mənim üçün həmişə çox dəyərli olacaq. Bunu unutmayın ki, bu hərəkatda hər birimizin rolu var və hər zaman bir-birimizi dəstəkləyəcəyik. Gələcəkdə hər birinizə ən yaxşısını arzulayıram. Mənim üçün ən böyük anlam həyatımda olduğunuz üçün sizə minnətdar olmaqdır. Mən isə ömrümün sonunadək skaut olaraq qalacağam və ASA üçün dəstəklərimi əsirgəməyəcəyəm. Necə deyərlər, “Bir dəfə skaut, hər zaman skaut!”

Sizə dərin təşəkkürlərim və hörmətimlə!”

13.03.2025

Ülvi Üzeyir oğlu Məmmədov Camalsoy
Baş Katib, Azərbaycan Skautlar Assosiasiyası

Related Posts

ƏNƏNƏVİ QAX YÜRÜŞÜ

Böyükyaşlı Skautların nəzərinə! Bir neçə illik fasilədən sonra nəhayət ki, 21-23 fevral 2025-ci il tarixlərində Qax rayonunun İlisu kəndində yerləşən hamamlara skautların ənənəvi yürüşü olacaqdır. Qeyd: Düşərgəyə…

? Registration FORM: International Scout Symposium (for only foreign applicants)

We are proud to announce the International Scout Symposium, hosted in beautiful ?? Azerbaijan! Scouts from ?? Türkiye, ?? Georgia, ?? Hungary, and ?? Kazakhstan are invited…

Vakansiyalar elan edilir! 22.09.2024

Azərbaycan Skautlar Assosiasiyasının Nizamnaməsinin və Milli Müvəkkillər Şurası haqqında qaydalarının müvafiq maddə və bəndlərinə uyğun olaraq Milli Komitənin 18.09.2024-cü il tarixli qərarına əsəsasən aşağıdakı əsas vəzifələr üzrə…

Sertifikasiya nəticələri – 01.09.2024

01 avqust 2024-cü il tarixində Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin nəzdində yaradılan Liderlərin Sertifikasiyasının aparılması üzrə 1 aylıq müvəqqəti Komissiyasının rəyi ilə Milli Baş Müvəkkilin təqdimatı əsasında…

MİLLİ TƏRƏKƏMƏ DÜŞƏRGƏSİ

“TƏRƏKƏMƏ” Düşərgəsi: Böyükyaşlı skautlar üçün macəra və qədim türk ənənələri ilə milli düşərgə! Tarix: 23-26 avqust 2024Yer: Göygöl rayonu, Xan Yaylağı, Milli Yaylaq Festivalı ərazisihttps://maps.app.goo.gl/3gmVntXMx2an4cSZ8GPS koordinatları: 40.4966833,46.3243223…

Kanderşteq Beynəlxalq Skaut Mərkəzində qısamüddətli könüllülük imkanı

Yaxın günlərdə Kanderşteq Beynəlxalq Skaut Mərkəzində yay 2024 mövsümü üçün qısamüddətli işçi heyəti üzrə vakansiyaya müraciət başlayacaqdır. Müraciətçilər üçün məlumatlar aşağıdakı kimidir: Kanderşteq Beynəlxalq Skaut Mərkəzi  Yay…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir