Skautların Ekstrimal düşərgəsi

Skautların Ekstrimal Düşərgəsi: Qışın soyuq nəfəsində macəra axtaranlar üçün unikal təcrübə! ❄️🔥

📅 Tarix: 6-10 dekabr 2024

📍 Yer: Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi

🌐 GPS Koordinatları: 40°27’13″N 46°02’34″E

⚡ Macəra dolu 5 gün sizi gözləyir!

Azərbaycan Skautlar Assosiasiyası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə sizi qışın çətin hava şəraitində bacarıqlarınızı sınamaq üçün “Ekstrimal düşərgə”yə dəvət edir! Dağlarda keçiriləcək bu düşərgədə təcrübəli skautlarla birlikdə yaşanacaq unudulmaz anlar sizi gözləyir.

🗻 Düşərgə proqramı:

• Ekstrimal yürüş: Dağlıq şəraitdə sağ qalma üsulları, qış sığınacaqlarının qurulması;
• Dağçılıq: Təlimatçılar tərəfindən xüsusi texnikalar öyrədiləcək;
• Təbiət və istirahət: Gənclərin Təlim və İstirahət Mərkəzinin ətrafındakı füsunkar qış mənzərələrindən zövq alma imkanı;
• Komanda oyunları və liderlik məşğələləri: Güclü komanda qurma bacarıqları ilə yanaşı liderlik keyfiyyətlərinizi inkişaf etdirəcəksiniz.

İştirak şərtləri:

– Cəngavər, səyyah və ya böyükyaşlı olmaq;
– 6 aydan az olmayan skaut təcrübəsi;
– Fərdi sağlamlıq vəziyyətinizin düşərgənin çətin şəraitinə uyğun olması:
– Azərbaycan Skautlar Assosiasiyası qarşısında maddi öhdəliyi olmamaq;
– Lideri tərəfindən tövsiyə olunması

🎟️ İştirak haqqı:

– Nəqliyyat, qidalanma və yaşam xərcləri ARGİN tərəfindən qarşılanır.
– Ekstrimal düşərgə nişanı üçün ödəniş +3 AZN

Plan:

Çıxış 6 dekabr tarixində saat 17:30-da “Gənclik” metro stansiyası ərazisindən olacaq. Gecə Daşkəsənə yerləşdirildikdən sonra 7, 8, 9 dekabr tam gün və 10 dekabr günortayadək düşərgə proqramı əhatə edir. 10 dekabr tarixində günorta yeməyindən dərhal sonra Bakıya yola düşüləcək.

📄 Qeydiyyat və əlaqə:

Səyyahlar üçün: Qeydiyyat liderlərin tövsiyəsi əsasında təqdim edilmiş siyahı üzrə aparılacaq. Bu səbəblə liderinizə iştirakla bağlı istəyinizi bildirin. Hər dəstə üçün kvota müəyyən edilib.
Böyükyaşlılar üçün: Ulduz Yaqublu +994 55 728 21 64
📞 Düşərgə lideri: Famil Məmmədov +994 70 971 99 96
📌 Qeydiyyat üçün son tarix: 26 noyabr 2024-cü il, saat 18:00
⏳ İştirakçı sayı məhduddur – yalnız 45 nəfər səyyah və 15 nəfər böyükyaşlı

Gücünüzü, iradənizi və macəra həvəsinizi sınamaq üçün bu unikal fürsəti qaçırmayın! Qarlı zirvələrdə görüşənədək! 🏔

Related Posts

Azərbaycan Skautlar Assosiasiyası “Sülh” Skaut Düşərgəsini elan edir.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq “Sülh” Skaut Düşərgəsi sizi gözləyir! Azərbaycanın gözəl bölgələrindən biri olan Xaçmaz…

Şamaxıda məktəblilər üçün 3 günlük skaut düşərgəsi təşkil olundu

Liderlik, dostluq və həyat bacarıqları ilə zəngin 3 günlük düşərgə Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə innovasiyalar üzrə VIII qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan…

Göygöldə “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində 3 günlük yay düşərgəsi keçirildi

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi olan “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində Göygöl rayonunun Köşkü kəndində 3 günlük möhtəşəm yay düşərgəsi…

Xaçmazda məktəblilər üçün qeyri-formal təhsilə əsaslanan yay düşərgəsi təşkil olundu

Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində məktəblilər üçün yay düşərgəsi təşkil edilib. Düşərgə Samur-Yalama Milli Parkının füsunkar təbiəti qoynunda baş tutub. Düşərgə…

“Qış nağılı” düşərgəsi

Azərbaycan Skautlar Assosiasiyasının və “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin təşkilatçılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində “Qış nağılı” adlı düşərgə təşkil edilir! ? ?? 2024-cü ilin ilk…

“SummerProgram” növbəti düşərgəsini elan edir

Bu payız tətilini həqiqətən yaddaqalan etməyə hazırsınız? “SummerProgram” növbəti düşərgəsini elan edir. Hər gün kəşf, öyrənmək və əyləncə üçün yeni fürsət olan #AdventureCamp bu dəfə sizi #AdventurePayız…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir