“The Scout Guide Academy 2024″də iştirak şansını qaçırma! – Polşa, Krakov

Assosiasiyamızın lider və müvəkkillərinin inkişafı və təcrübə mübadiləsi üçün əvəzolunmaz imkan yaradan “The Academy 2024” beynəlxalq skaut tədbiri üçün qeydiyyat açıq elan olunur!

📍 Məkan: Krakov, Polşa
📅 Tarix: 22 – 27 noyabr 2024-cü il

Tədbirin əsas xüsusiyyətləri və simvolik çərçivəsi:

“The Academy 2024” tədbirinin əsas mövzusu “Fəxr Edəcəyimiz bir Dünya” yaratmaqdır. Bu istiqamətdə hər gün fərqli bir dünya növünü yaratmağa fokuslanacaq:
🌍 Birləşmiş dünya – Skautinqin və Geydlərin əsas prinsiplərini necə inkişaf etdirib, yüksək keyfiyyətli proqramı təşkilat olaraq böyüməyə davam etdikcə necə qoruyub saxlaya bilərik?
🕊 Sülh dolu dünya – Həm fiziki, həm də psixoloji təhlükəsizliyə önəm verərək dünyanın çətinlikləri ilə üzləşən sülh dolu bir dünyanı necə yarada bilərik?
♻ Dayanıqlı dünya – Yeni rəqəmsal dövrə uyğunlaşarkən təşkilatlarımızın möhkəm qalmasını və ekoloji mərkəzli fəaliyyət göstərərək dayanıqlı gələcəyə doğru irəliləməsini necə təmin edə bilərik?
🎯 Məqsədli dünya – Təşkilatlarımızın bütün səviyyələrində üzvləri necə məqsədlərinə bağlaya və onları gələcəklərini formalaşdırmağa necə gücləndirə bilərik?
🌱 Dəyişmək istədiyim dünya – Tədbirdən sonra iştirakçılar öz ölkələrinə nə kimi dəyərlər və təcrübələr aparacaq və əldə etdikləri bilikləri necə davamlı olaraq tətbiq edəcəklər?

İştirak Şərtləri:
🔹 Kimlər müraciət edə bilər? – Tee-Pee üzvlük sistemində “ÜZV” olaraq qeydiyyatı olan liderlər və müvəkkillər.
🔹 Dil Biliyi: Minimum B1 (pre-intermediate) səviyyədə ingilis dili tələb olunur.
🔹 İştirak haqqı: QEYD! Minimum iştirak haqqı €450 olaraq müəyyənləşdirilmişdir. Yerləşmə zamanı seçəcəyiniz otağın bir, iki, yaxud üç nəfərlik olmasına görə qiymətlər dəyişəcəkdir. Əlavə olaraq səyahət xərcləri də iştirakçı tərəfindən qarşılanmalıdır. Ətraflı məlumat üçün məlumat toplusuna nəzər yetirə bilərsiniz.
🔹 Son Müraciət Tarixi: 7 oktyabr 2024-cü il.

Əgər siz lider, yaxud müvəkkil kimi özünüzü motivasiyalı və bu təcrübədən faydalanmağa hazır hiss edirsinizsə, elə indi müraciət edin!

Qeydiyyat linki: Tee-Pee-yə keçid

Daha ətraflı məlumat üçün paylaşımda qeyd edilmiş məlumat toplusuna nəzər yetirə, yaxud international@scout.az elektron poçt ünvanına yaza bilərsiniz.

Related Posts

Köçərilər düşərgəsi

NOMADS CAMP (5-11 avqust 2024) Ümumi məlumatlar Təşkilatçı Qazaxıstan Skautları Tarixlər Düşərgə 5-11 avqust 2024-cü il tarixlərində keçiriləcək. İştirakçıların 4 avqustda gəlişləri gözlənilir və 12 avqust 2024-cü…

ALLAHUƏKBƏR DAĞI ŞƏHİDLƏRİNİN ANIM DÜŞƏRGƏSİ

TİF TƏRƏFİNDƏN ELAN: FƏALİYYƏT SAHƏSİNƏ İLK GİRİŞ TARİXİ VƏ ZAMANI: 22 dekabr 2023-cü il Saat: 10.00FƏALİYYƏT SAHƏSİNƏ SON GİRİŞ TARİXİ VƏ VAXT: 22 dekabr 2023 Saat: 14.00FƏALİYYƏTİN…

Beynəlxalq məlumat manşeti

Əziz skautlarımız, beynəlxalq məlumat manşetimiz yayındadır! Özünüzə uyğun beynəlxalq iştirakçılıq və təmsilçilik fürsətlərini seçin və müraciət edin.

Qız skautlarımız və qadın bələdçilərimiz üçün Hindistanda könüllülük imkanı!

Hindistanda yerləşən Sangam WAGGGS dünya mərkəzində könüllü ol! Fəaliyyət sahələri: 18-35 yaş arası qadın üzvlərimiz üçün! Müraciət aidiyyatı üzrə liderinizin tövsiyəsi əsasında həyata keçirilir. Daha ətraflı məlumat…

“European Networking Event” adlı tədbiri baş tutub

Noyabrın 23-26 tarixlərində Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) tərəfindən Budapeşt Avropa Gənclər Mərkəzində “European Networking Event” adlı tədbiri baş tutmuşdur. Tədbirdə Azərbaycan Skautlar Assosasiyasının sədri İlyas İsmayıllı…

Kanderşteq Beynəlxalq Skaut Mərkəzində qısamüddətli könüllülük imkanı

Yaxın günlərdə Kanderşteq Beynəlxalq Skaut Mərkəzində yay 2024 mövsümü üçün qısamüddətli işçi heyəti üzrə vakansiyaya müraciət başlayacaqdır. Müraciətçilər üçün məlumatlar aşağıdakı kimidir: Kanderşteq Beynəlxalq Skaut Mərkəzi  Yay…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir