MİLLİ TƏRƏKƏMƏ DÜŞƏRGƏSİ

“TƏRƏKƏMƏ” Düşərgəsi: Böyükyaşlı skautlar üçün macəra və qədim türk ənənələri ilə milli düşərgə!

Tarix: 23-26 avqust 2024
Yer: Göygöl rayonu, Xan Yaylağı, Milli Yaylaq Festivalı ərazisi
https://maps.app.goo.gl/3gmVntXMx2an4cSZ8
GPS koordinatları: 40.4966833,46.3243223

Böyükyaşlı skautların nəzərinə!

Sizi tarixi və mədəniyyətimizi yenidən yaşamaq üçün Azərbaycan Skautlar Assosiasiyası və “Cavad Xan” Tarix və Mədəniyyət Fondu tərəfindən birgə təşkil edilən böyükyaşlıların “Tərəkəmə” düşərgəsinə dəvət edirik! Bu unikal düşərgə, köçəri ənənələr, qədim türk adətləri və maraqlı fəaliyyətlər ilə zənginləşdirilmişdir.

Düşərgə proqramı:

  • Tərəkəmə və köçəri ənənələri: Qədim Türk köçəriləri kimi yaşamağın incəliklərini öyrənəcəyik;
  • Oxatma, atçılıq, atıcılıq, dağçılıq: Qədim döyüş sənətləri və atçılıq bacarıqlarını təcrübə edəcəyik, təcrübəli alpinistlərdən təlim alacağıq;
  • Ənənəvi oyunlar və rəqslər: Qədim dövrlərin oyunları ilə macəra yaşayacağıq və rəqslər ilə əylənəcəyik;
  • Təbiət və macəra: Xan yaylağının füsunkar təbiəti ilə tanış olacaq və Cavad Xan zirvəsinə yürüş edərək zirvə fəth edəcəyik!

Skaut iştirakçıların profili:

  • 18 yaşı 22 avqust 2024-cü il tarixindən əvvəl tamam olmuş olmaq;
  • 6 aydan az olmayan skaut təcrübəsi və lideri tərəfindən tövsiyə olunmaq;
  • Azərbaycan Skautlar Assosiasiyası qarşısında maddi öhdəliyi olmamaq;

Qeydiyyat və əlaqə:

  • Qeydiyyat zamanı ilk müraciət etmiş və iştirakını elektron müraciət ərizəsini (aşağıda) doldurmuş ən azı 6 ay skaut təcrbəsi olan 60 nəfər və qeyri-skaut 20 nəfər iştirak imkanı qazanacaq.
  • Qeydiyyat üçün son tarix: 10 avqust 2024-cü il;
  • Düşərgəyə qoşulmaq üçün elektron ərizə:
  • Əlaqə: +994 70 242 03 79 (Raul Abbaszadə)
  • İştirak haqqı Skaut iştirakçıların profilinə uyğun olanlar üçün transport nəzərə alınmamaqla 70 AZN təşkil edir. (Düşərgəyə digər təşkilatçı tərəfindən dəstək olunacağı üçün iştirakhaqqı olduqca sərfəli təyin edilmişdir)
  • Qeyri-skaut iştirakçılar üçün iştirak haqqı 135 AZN təşkil edir.

İştirak haqqına daxildir:

  • qədim türk yaşayış məskənlərində (yurdlarda) yerləşmə;
  • gün ərzində 4 dəfə qidalanma;
  • proqrama daxil olan bütün fəaliyyətlərdə iştirak;
  • “Tərəkəmə” düşərgəsinin nişanı.

Gələcəyimizə dair mədəniyyətimiz və tarixi köklərimizə daha dərindən bələd olmaq üçün gəlin həmrəy olaq və yurdun ocağı ətrafında birləşək!

Related Posts

Azərbaycan Skautlar Assosiasiyası yenilənmiş Milli Sub-komitə strukturunu təqdim etdi.

Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyət istiqamətlərinin daha sistemli və funksional idarə olunması məqsədilə ASA-nın sub-komitə strukturu yenilənmiş və aşağıdakı 11 Milli Sub-komitə təsis edilmişdir: Bu struktur ASA-da fəaliyyətlərin…

“Skautlar sual verir” adlı görüşlər silsiləsinin ilk tədbiri baş tutub

Bu gün Azərbaycan Skautlar Assosiasiyasının yeni və davamlı formatda həyata keçirilən “Skautlar sual verir” adlı görüşlər silsiləsinin ilk tədbiri baş tutub. Görüşün qonaqları Xalq artisti Qurban İsmayılov…

Azərbaycan Skautlarının Milli Dəyərlər Forumunun ikinci günü

Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Dəyərlər Forumun ikinci günü liderlik bacarıqlarının inkişafına yönəlmiş interaktiv təlim ilə başladı. Təlim zamanı…

ASA-nın 2026–2028-ci illər üzrə Strateji Prioritetləri Milli Komitə üzvləri arasında aşağıdakı qaydada bölüşdürülmüşdür:

Bu bölgü ASA-da hər yeni Milli Komitə formalaşdıqdan sonra tətbiq olunan ənənəvi idarəetmə prosesinin tərkib hissəsidir və strateji istiqamətlər üzrə məsuliyyətin aydınlaşmasına oc ümlədən fəaliyyətlərin daha sistemli…

Azərbaycan Skautlarının Milli Dəyərlər və Liderlik Forumu birinci günün fəaliyyətini təqdim edirik.

Forum Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilir və gənclərin Konstitusiyada əks olunmuş milli və hüquqi dəyərlər, liderlik məsuliyyəti və vətəndaş mövqeyi mövzularında bilik…

Azərbaycan Skautları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda göstərdiyi iradənin, birlik və fədakarlığın simvoludur. Bu gün Azərbaycan Skautları olaraq Şəhidlər xiyabanını ziyarət etdik. Eyni zamanda bölgələrdə fəaliyyət…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir