Skautlar üçün Yay Fest 2024 həyəcanı başlayır!

Əziz skaut bacı və qardaşlar,

Yay Fest 2024 çərçivəsində keçiriləcək düşərgələrdə Skautların iki formada: işçi heyətdə və iştirakçı kimi iştirakı nəzərdə tutulur. Bu elan iştirakçı qismində qoşulmaq istəyənlər üçündür. İyul-sentyabr aylarında hər biri beş gün olmaqla 8 fərqli mövzuda düşərgələr təşkil ediləcək. Ümumilikdə 2 min gənc bir araya gələrək, maraqlı fəaliyyətlərə qoşulacaq, yeni biliklər və dostluqlar qazanacaqlar!

Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər. Qeydiyyatdan keçərkən sizə uyğun tarixi və mövzunu seçməyi unutmayın.

Qeyd:

  • Festivalda iştirak ödənişsizdir;
  • Seçim zamanı namizədlərin skautinqdə aktiv fəaliyyəti əsas meyar olacaqdır;
  • 18-29 yaş arası gənclər qeydiyyatdan keçə bilər;
  • Skautlar üçün ayrılmış kontingent limitlidir. Düşərgəyə seçilməyinizlə bağlı sizinlə əlaqə saxlanılacaqdır.
  • Qeydiyyat üçün son tarix : 9 iyul 2024-cü il, 18:00.

Əlaqələndirici şəxs: Fərid Əliyev, Milli Baş Müvəkkilin köməkçisi
secretary@scout.az, +994503687688

Skaut kimi festivalda iştirakçı olmaq üçün “Yay Fest”in linkindən əlavə aşağıdakı linkdən qeydiyyatdan keçməyiniz vacibdir:

Related Posts

Ülvi Məmmədovun Azərbaycan Skautlar Assosiasiyasının Baş Katibliyi vəzifəsindən ayrılması ilə bağlı məlumat

Əziz skaut ictimaiyyəti, bacılar və qardaşlar, Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkili (Baş Katibi) Ülvi Məmmədovun Assosiasiyanın sədrinə ünvanladığı müraciət məktubunun nəticəsi olaraq, 31 mart 2025-ci il…

Elan: “Təməl Liderlik Kursu”na qeydiyat başladı

Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər.Azərbaycan Skautlarının Milli Təlim Proqramı çərçivəsində “Təməl Liderlik Kursu”na (№ ASA-MTP002-TL22-1) qeydiyat başladı. Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa…

Skautlar Mingəçevirdə festivalda

“Güclü Atalar, Güclü Qızlar – Qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində ilk festival Mingəçevir şəhərində baş tutub.Azərbaycan Skautlarının böyükyaşlı üzvləri tərəfindən möhtəşəm şəkildə başa…

“Skaut Liderlərinin Sertifikatlaşdırılması” proqramı

Azərbaycan Skautlar Assosiasiyası Milli Komitəsinin 06.11.2021-ci il qərarına əsasən Liderlərin təkmilləşdirilməsi və effektliyinin artırılması məqsədi ilə 2022-ci ilin ilk rübündən “Skaut Liderlərinin Sertifikatlaşdırılması” proqramı həyata keçiriləcək. Qərarə…

WoodBadge təlimi ilk dəfə Azərbaycanda!

Wood Badge proqramı iştirakçılara Skaut bacarıqlarından daha çox Liderlik bacarıqlarını öyrənmək və inkişaf etdirməkdən ibarətdir. Bu bacarıqlar Skautinqlə yanaşı həyatın bütün sahələrində istifadə edilə bilən bacarıqlardır.

ELAN:MİLLİ BAŞ ASSAMBLEYA – 2022

AZƏRBAYCAN SKAUTLAR ASSOSİASİYASININ ÜZVLƏRİNİN NƏZƏRİNƏ. “Azərbaycan Skautlar Assosiasiyasının IX Qurultayı 2022-ci ilin mart ayının 13-də Bakı şəhərində keçiriləcəkdir. Baş Assambleyanın gündəliyinə aşağıdakı məsələlər daxildir: Azərbaycan Skautlar Assosiasiyası…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir