Avropa Dayanıqlılıq Forumunda iştirak et!

Avropa İttifaqının Erasmus+ qrantı tərəfindən maliyyələşdirilən “European Earth Tribe” layihəsi çərçivəsində sizi 16-20 oktyabr 2024-cü il tarixlərində Yunanıstanda keçiriləcək Avropa Dayanıqlılıq Forumunun ikinci buraxılışında iştirak etməyə dəvət etməkdən məmnunuq.


Məqsəd:
Avropa Dayanıqlılıq Forumu Avropa Regionuna daxil olan milli skaut təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədləri üzrə daha çox iş görmək, əlaqələndirmək, bölüşmək və növbəti addımları qurmaq üçün əhəmiyyətli bir tədbirdir.

Tarixlər və tədbirin keçiriləcəyi məkan:
– Avropa Dayanıqlılıq Forumu 16 oktyabr 2024-cü il tarixində, Çərşənbə günü axşam başlayacaq və 20 oktyabr 2024-cü il tarixində, Bazar günü günortadan sonra başa çatacaq.
– Tədbir Yunanıstanın Peloponnese bölgəsindəki Sofiko (Korinf) kiçik qəsəbəsində, Afina Beynəlxalq Hava Limanından təxminən 120 kilometr aralıda yerləşən “The Ranch”da baş tutacaq. Təşkilatçılar hava limanından və hava limanına gediş-gəlişdə köməklik göstərəcəklər.

Kimlər iştirak edə bilər?
– Azərbaycan Skautlar Assosiasiyasının “Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” Proqramının heyəti;
– “Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” Proqramı çərçivəsində həyata keçirilmiş təlim və layihələrdə, daha dəqiq desək, “Gənc skautlar dayanıqlı inkişaf məqsədləri naminə” və “Gənc skaut liderləri dayanıqlı inkişaf məqsədləri naminə” təlimlərini uğurla başa vuraraq şəhadətnamə almış böyükyaşlılar;
– Yaşı 15 oktyabr 2024-cü il tarixinədək 18 olmuş və həmin tarixədək 30 olmayan böyükyaşlı üzvlər.

İşçi dil:
Avropa Davamlılıq Forumunun işçi dili ingilis dili olacaqdır.

İştirak haqqı:
1. Avropa İttifaqının Erasmus+ proqramının maliyyəsi sayəsində tədbirin tam müddəti üçün (ortaq otaqlarda yerləşmə, bütün yeməklər və çay/qəhvə fasilələri və əlavə proqram) yalnız 100 avro məbləğində endirimli iştirak haqqı təklif edə bilir.
2. Bundan əlavə, 250 avrodan çox olmayan səyahət xərclərinin 80%-ni maliyyələşdirəcəyik, Səyahət xərcləri 250 avronu keçərsə, fərq iştirakçının hesabına olacaq (məsələn, 250 avro və ya daha çox səyahət xərcləri üçün, kompensasiya 200 Avro təşkil edəcək ki, bu da 250 Avro məbləğində nəzərdə tutulmuş maksimum büdcənin 80%-nə uyğundur).

Yerli qeydiyyat:
İştirak üçün ilkin müraciətlər 31 may 2024-cü il, saat 20:00-dan etibarən, 10 iyun 2024-cü il, saat 15:00-dək aparılacaqdır.

Viza və Səyahət Tənzimləmələri
Təsdiqlənmiş iştirakçılar öz səyahət tənzimləmələrini etmək üçün məsuliyyət daşıyacaqlar.

Yerli qeydiyyat necə aparılır?
Aşağıda tələb olunan sənədlər qeyd olunan tarix və saatadək secretary@scout.az elektron poçt ünvanına “Avropa Davamlılıq Forumu” başlığı ilə göndərilməlidir:
(* olanlar zəruridir)
– Müraciətçinin CV-si (tərcümeyi hal); *
– Müraciətçinin ümumvətəndaş passportunun skan versiyası; *
– Ən azı 15 cümləlik motivasiya məktubu (“Word” faylda); *
– Bu sahədə ASA tərəfindən keçirilmiş sözügedən təlimlərdə iştirak haqqında şəhadətnamənin skan versiyası;
– “Tee-Pee” sistemində “Üzv” statusunda olması barədə ekran şəkli.*

Əlaqələndirici şəxs:
Ülvi Məmmədov
ASA-nın Baş katibi,
“Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” Proqramının rəhbəri
ulvi.mammadov@scout.az

Related Posts

“Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi baş tutub

2-4 yanvar 2023-cü il tarixində Şamaxı şəhərində Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş və Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri…

Azərbaycan Skautlarının növbəti “Wonderland Azərbaycan” skaut düşərgəsi başa çatıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən ənənəvi düşərgənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli…

HACIKƏNDDƏ KEÇİRİLƏN “XƏMSƏ” DÜŞƏRGƏSİ YEKUNLAŞIB

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gəncə Gənclər evi SMX-nin dəstəyi ilə Gəncədə Hacıkənd qəsəbəsində baş tutan “Xəmsə” macəralı yay düşərgəsi uğurla yekunlaşmışdır. Düşərgənin ikinci…

HACIKƏNDDƏ “XƏMSƏ” ADLI DÜŞƏRGƏ BAŞ TUTUB

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Gəncə Gənclər Evi SXM-nin dəstəyi ilə Hacıkənd qəsəbəsində Nizami Gəncəvi İli çərçivəsində “Xəmsə” adlı yay düşərgəsi təşkil edilib. Düşərgəyə yerləşən skautlar nahardan…

XALIT – 2 DÜŞƏRGƏSİ BAŞLAYIB

“Xalıt”adlı skautların macəralı yay düşərgəsi Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən Şahdağ Milli Parkının qoynunda salınıb. Düşərgənin adı da elə kənddən 3 km məsafədə yerləşən ecazkar Xalıt şəlaləsindən…

XALIT – 1 DÜŞƏRGƏSİ YEKUNLAŞIB

3 gün davam edən düşərgədə skautların psixoloji, sosial, fiziki, əqli, emosional və xarakterlərinin inkişafı məqsədilə “Free Being Me”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Oxatma”, “Atıcılıq”, “Komanda quruculuğu”, “Zərərdən müdafiə”…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir