Azərbaycan Skautlar Assosiasiyasında fəaliyyət göstərən səyyah üzvlər və böyükyaşlı skautların təşkilatdakı vəzifəsindən irəli gələn skaut funksiyalarını lazımi qaydada yerinə yetirməsi üçün gərəkli olan xüsusi bilik və bacarıqların artırılması, skautinq savadlılığının təkmilləşdirilməsi və dəstə liderlərinin “Dünya Skaut Gənclər Proqramı” çərçivəsində tədrisin daha keyfiyyətli şəkildə təmin edilməsinə yardım məqsədilə Milli Təlim Proqramı çərçivəsində Skaut təkmilləşdirmə məktəbi 1 noyabr tarixindən etibarən başlayır!
2 ay ərzində həftədə 1 dərs olmaqla 6 dərsdən ibarət olacaq. Dərslərdə davamiyyəti 100% olan, eyni zamanda tədrisin yekununda qiymətləndirmə zamanı özünü doğruldan skautlar xüsusi şəhadətnamə əldə edəcəklər. Təkmilləşdirmə məktəbi yerli və beynəlxalq dərəcəli təlim sessiyaları, dərslərdən ibarət olacaqdır.
Qeydiyyat üçün son tarix: 26 oktyabr 2023-cü il, saat 19:00
Qeydiyyat üçün link: https://scout.az/telime-qeydiyyat/
