Azərbaycan Skautları Küveytdə baş tutan beynəlxalq forumda iştirak edib

Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) Ərəb Skaut Regionu Ərəb Planlaşdırma İnstitutu və Küveyt Oğlan Skautlar Assosiasiyası (Kuwait Boy Scouts Association) ilə korporativ əməkdaşlıq edərək Küveyt Dövlətinin paytaxtı Əl-Küveyt şəhərində “Kreativlik və İnnovasiya” (“Creativity and Innovation”) tematikası üzrə “Rəqəmsal Transformasiya üçün Beynəlxalq Gənclər Forumu” (“The International Youth Forum for Digital Transformation”) adlı tədbir keçirilib.

2023-cü ilin sentyabr ayının 16-sından 22-dək Ərəb Planlaşdırma İnstitutunda keçirilən beynəlxalq forumda sözügedən institutun professorları Dr. Mohammad Batuyh,  Dr. Alamaddin Banga, Dr. Ehab Maqoubi, Dr. Faysal Əl-Munawar, Dr. Muhammad Amin Lezar və Dünya Skaut Hərəkatı Təşkilatının Ərəb regional bürosunun əməkdaşları və təlimçiləri cənab Rafeet Elsebai, cənab John Gameel, cənab Muhammad Ali Bu Şuyba tərəfindən “Rəqəmsal transformasiya sahəsində gənclərin mədəniyyətinin yenidən formalaşdırılması”, “Dünya Skaut Siyasətləri (Safe from Harm Policy – Youth Program – Youth Involvement – Adults in Scouting)”, “Süni İntellekt (AI) və rəqəmsal informasiya təhlükəsizliyi”, “Rəqəmsal transformasiyanın gücləndirilməsində təlimçilərin rolu”, “Kiçik və orta layihələrin inkişafında rəqəmsal transformasiyanın rolu”, “Rəqəmsal transformasiya – gələcəyin peşələri”, “Skautlar dayanıqlı inkişaf məqsədləri (SDGs) naminə”, “İqtisadi rəqəmsal transformasiya”, “Diversity and Inclusion (D&I) Policy” və s. mövzularda təlim və seminarlar baş tutub. 

Rəqəmsal transformasiya, süni intellekt, skautinqin siyasətləri, dayanıqlı inkişaf məqsədləri və ksər hissəsi ərəb regionundan olan 38 ölkənin iştirak etdiyi mötəbər tədbirdə ölkəmizi Azərbaycan Skautlar Assosiasiyasının (ASA) Baş katibi Ülvi Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil ediblər. Rəsmi sayt inzibatçısı İslam Şükürov heyət daxilində yer alıb.  

Nümayəndə heyətimiz tərəfindən idarə heyətinə “Rəqəmsal transformasiya erasında gələcəyin peşələri” adlı layihə təqdim edilmiş və forumun davamedici layihələrindən biri olaraq bəyənilmiş və təsdiqlənmişdir. Layihə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən də dəstəklənərək həyata keçirilməsi qərara alınmışdır. Layihənin əsas məqsədi Azərbaycanın skautlarını rəqəmsal transformasiya dövründə sürətlə inkişaf edən əmək bazarına öyrətmək və hazırlamaq, onları rəqəmsal əsrdə gələcək iş imkanları haqqında əsas bacarıq, bilik və məlumatlandırma ilə təchiz etməyi hədəfləyir. Layihənin hələki lokal formada, gələcəkdə isə ölkə miqyasında keçirilməsi planlaşdırılır.

Forumun sonuncu günü bağlanış mərasimi baş tutmuş, nümayəndə heyətimiz Küveyt Dövlətinin Ərəb Planlaşdırma İnstitunun baş direktoru cənab Dr. Badr Othman Malallah tərəfindən Ərəb Planlaşdırma İnstitunun Küveyt Dövlətindəki baş qərargahında rəsmi şəhadətnamə ilə təltif edilmişdir.

Forumda iştirak etmiş ASA-nın baş katibi Ülvi Məmmədov forum ilə bağlı düşüncələrini qeyd edir: “Bu beynəlxalq forumda iştirak Azərbaycan Skautları üçün ən böyük şərəf oldu. Forumun məqsədi rəqəmsal transformasiya, skautinqin siyasətləri, və gənclərimizin inkişafını dəstəkləyən layihələr kimi aktual mövzulara diqqət çəkmək idi. Forum boyu müxtəlif mövzuların müzakirəsi və təlimləri baş tutdu. Mən özümü ən çox “Rəqəmsal transformasiya sahəsində gənclərin mədəniyyətinin yenidən formalaşdırılması” mövzusu ilə əlaqələndirdim. Bu, rəqəmsal dövrümüzün tələblərinə cavab verən yaradıcı və innovativ yanaşmanın nə qədər əhəmiyyətli olduğunu göstərdi.

Dünya Skaut Siyasətləri, gənclərin iştirakı və rəhbərliyi, süni intellekt və rəqəmsal informasiya təhlükəsizliyi kimi mövzularda da çox maraqlı təlimlər təşkil edildi. Bu, skautlarımızın güvənliyini təmin etməkdə və onların rəqəmsal dünyada müstəqil və məsuliyyətli şəkildə hərəkət etməkdə kömək edir. Əlavə olaraq, dayanıqlı inkişaf məqsədləri, iqtisadi rəqəmsal transformasiya və çeşidlilik və inklüzivlik siyasətləri kimi sahələr də əhəmiyyətli mövzular idi. Bunların hamısı gənclərimizin inkişafına təkan verəcək və kömək edəcək sahələrdir.”

Forumun ölkəmiz üçün əhəmiyyətindən danışan Ülvi Məmmədov: “Bu forum Azərbaycan Skautlar Assosiasiyası üçün çox faydalı və müsbət təsirli bir tədbir oldu. Ölkəmizdə rəqəmsal transformasiyanın və innovasiyanın inkişafına kömək etmək üçün yeni fikirlər və enerji əldə etdik. Bu forumun təşkilatçılarına və iştirakçılarına təşəkkür edirik və bu cür tədbirlərin davamını arzu edirik!” – deyə qeyd edib.

Forumun məqsədi iştirakçıların potensialını artırmaq, onları rəqəmsal transformasiyanın praktiki bacarıqları ilə təchiz etmək və onlara skautinqdə rəqəmsal hadisələr və fəaliyyətləri inkişaf etdirmək üçün yeni vasitələrlə təmin etməkdir. Forum həm də gənclərin mövcud çağırışlara tab gətirə bilməsi və dövrün inkişaflarının öhdəsindən gələ bilmək üçün şəxsi bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.

Related Posts

“Pieces of Peace” proqramında Azərbaycan nümayəndəsinin uğurlu iştirakı

Azərbaycan Skautlar Assosiasiyasının (ASA) fəal üzvlərindən biri olan Fərid Əliyev, 3–7 mart 2025-ci il tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilmiş “Pieces of Peace: Building Capacity with Youth Navigating…

Üzvlərimiz Avropa Beynəlxalq Müvəkkillər Forumunda iştirak etdilər

5–8 dekabr 2024-cü il tarixlərində Maltanın Qawra şəhərində Avropa Beynəlxalq Müvəkkillər Forumu (European IC Forum) baş tutdu. Azərbaycan Skautlar Assosiasiyasını bu mötəbər tədbirdə Milli Komitənin üzvü Ülkər…

24-cü “Scouts and Guides Academy” beynəlxalq tədbirində Azərbaycan Skautlar Assosiasiyasını Bakı üzrə müvəkkil Ruqiyyə Məmmədova və üzvümüz Elina Çerpakova təmsil ediblər

22–27 noyabr tarixlərində Polşanın Krakov şəhərində keçirilən 24-cü “Scouts and Guides Academy” beynəlxalq tədbirində Azərbaycan Skautlar Assosiasiyasını Bakı üzrə müvəkkil Ruqiyyə Məmmədova və üzvümüz Elina Çerpakova təmsil…

Skaut liderlərimizin səsi Amerikadan gəlir!

Azərbaycan Skautlar Assosiasiyasının İdarə Heyətinin üzvü Qoşqar Qurbanov və assosiasiyamızın üzvü Bahar Əbülfət ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Bir Müəllimin Manifesti” təhsil proqramına seçilərək ABŞ-ın Vaşinqton ştatında…

Ülvi Məmmədovun Azərbaycan Skautlar Assosiasiyasının Baş Katibliyi vəzifəsindən ayrılması ilə bağlı məlumat

Əziz skaut ictimaiyyəti, bacılar və qardaşlar, Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkili (Baş Katibi) Ülvi Məmmədovun Assosiasiyanın sədrinə ünvanladığı müraciət məktubunun nəticəsi olaraq, 31 mart 2025-ci il…

Azyaşlılar üzrə müvəkkilimiz Fransanın Jambville vilayətində keçirilən WAGGGS Growing and Learning (GAL) Event tədbirində iştirak edib

Azərbaycan Skautlar Assosiasiyasının azyaşlılar üzrə müvəkkili Günay Məmmədova 26 oktyabr – 3 noyabr tarixlərində Fransanın Jambville vilayətində keçirilən WAGGGS Growing and Learning (GAL) Event tədbirində iştirak edərək,…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir