Sentyabrın 12-də gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı və Arzu Tairquliyeva-Nağıyeva ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib. Nazir müsabiqə qaliblərinin fəaliyyətləri ilə, həmçinin tədbirlərdə qazandıqları təcrübələri ilə maraqlanıb. Görüş zamanı, proqramın effektivliyinin artırılması və geniş təbliğatı üçün növbəti addımlar müzakirə edilib, yeni təkliflər barədə fikir mübadiləsi aparılıb.

