Xaçmaz çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirilib

Sentyabrın 1-də Azərbaycan Sakutlar Assosiasiyasının da dəstəkçisi olduğu və Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Xaçmaz çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirilib.

Bu ilin ilk aksiyası Xaçmazın Xəzər dənizi sahillərində baş tutub və Xaçmaz Skautlarının iştirakı ilə sahilyanı ərazilər tullantılardan təmizlənib.

Qeyd edək ki, Xaçmaz Skautlarının aksiyada iştirakı dəstə lideri Təranə Fərzəliyevanın beynəlxalq kurs olan “Wood Badge” tapşırığı çərçivəsində baş tutub. Aksiyada 20-yə yaxın Xaçmazlı skautlar, dəstə liderləri və Milli Baş Müvəkkil Ülvi Məmmədov iştirak edib.

Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etmək məqsədilə keçirilən aksiyada bir neçə hektar ərazidən ümumilikdə 500 kiloqrama yaxın tullantı toplanılıb.

Son 30 ildən çox müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabrın üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 12 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.

Xatırladaq ki, Azərbaycanda son 12 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Bu il təkcə Bakı deyil, ölkəmizin Xəzəryanı rayonlarında aksiyalar keçiriləcəkdir.

Related Posts

Azərbaycan Skautlar Assosiasiyasının üzvləri “Xəzəri Qoruyaq!” adlı beynəlxalq layihədə iştirak ediblər

ASA bu il də “Xəzəri qoruyaq” adlı Beynəlxalq Sahil Təmizləmə kampaniyasının tərəfdaşı olub. Beynəlxalq kampaniya bu il bir sıra beynəlxalq və yerli şirkətlərin o cümlədən Azərbaycan Respublikasının…

Salyan Skautlarının iştirakı ilə Xəzərin Neftçala sahillərini tullantılardan təmizlədik

Azərbaycan Skautlar Assosiasiyasının da dəstəkçisi olduğu “Xəzəri Qoruyaq!” layihəsində Salyan Skautlarının iştirakı ilə Xəzərin Neftçala sahillərini tullantılardan təmizlədik Post Views: 123

Lənkəran Skautlarının iştirakı ilə Xəzərin Lənkəran sahillərini tullantılardan təmizlədik

Azərbaycan Skautlar Assosiasiyasının da dəstəkçisi olduğu “Xəzəri Qoruyaq!” layihəsində Lənkəran Skautlarının iştirakı ilə Xəzərin Lənkəran sahillərini tullantılardan təmizlədik Post Views: 126

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir