Assosiasiyanın sədri “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində gənclər və idman naziri Fərid Qayıbovla görüş keçirib

Fevralın 8-də gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Arzu Tairquliyeva-Nağıyeva və İlyas İsmayıllı ilə görüş keçirib. Nazir onları ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında olmaları münasibətilə təbrik edib və idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb. Fərid Qayıbov müsabiqə qaliblərinin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasına dəstək olacağını qeyd edib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq Fərid Qayıbov bir illik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib. Bildirib ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində gənclər və idman nazirinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Assosiasiyamızın sədri İlyas liderə müvəffəqiyyətlər arzu edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir