SKAUTLAR ZƏLZƏLƏDƏN ZƏRƏRÇƏKMİŞ TÜRKİYƏ ƏHALİSİ ÜÇÜN SƏFƏRBƏR OLUBLAR

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkəninsanlara humanitar yardımla bağlı Azərbaycanvətəndaşlarına etdiyi müraciətdən sonra Bakı şəhərindəyardımtoplama məntəqəsi yaradılıb. Azərbaycan SkautlarAssosiasiyası bu kampaniyaya  qoşulmuşdur. Belə ki, təşkilatın Bakı şəhəri, Ceyhun Hacıbəyli 30L ünvanındayerləşən baş ofisi bir müddət həm də zəlzələdən zərərçəkənlər üçün yardım məntəqəsi kimi fəaliyyət göstərəcək. Bu məntəqəyə yardımlar həm Bakı şəhərindən, həm də rayonlardan gətirilir.

Prosesin optimallaşdırılması və səmərəliləşdirilməsi məqsədilə Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyət göstərdiyi 14 rayon və şəhərlərdə ( Bakı, Balakən, Biləsuvar, Cəlilabad, Gəncə, Göygöl, Xaçmaz, Qax, Quba, Lənkəran, Salyan, Şəki, Tovuz və Yevlax) yardım dayaq məntəqələri formalaşdırılmışdır. Dayaq məntəqələrində bu gün səhər saatlarından etibarən həmvətənlərimizin izdihamı müşahidə olunur. Yardım edənlər əsasən qış paltarları – gödəkçə, şalvar, əlcək, corab, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləriilə dəstək olmağa çalışırlar. 

Toplanmış humanitar yardımlar rayonlarda fəaliyyət göstərən böyükyaşlı skautlardan ibarət formalaşdırılmış müvəqqəti qruplar tərəfindən çeşidlənərək, qablaşdırılaraq göndərilmək üçün hazır vəziyyətə gətirilir. Bu qruplar 14 rayon və şəhərdə növbəlilik prinsipi ilə çalışırlar. Dayaq məntəqələri əsasən skaut ofisləri, komanda üzvlərinin şəxsi məkanlarında yaradılmışdır. 

Dayaq məntəqələrinin yarısı gün ərzində növbəlilik prinsipi üzrə fasiləsiz fəaliyyət göstərir. Yardım etmək istəyən həmvətənlərimiz Azərbaycan Skautlar Assosiasiyası tərəfindən rayon və şəhərlərdə yaradılmış məntəqələr barədə məlumat almaq üçün https://scout.az/support internet ünvanına daxil ola və əlaqələri tapa bilərlər. Proseslə bağlı ümumi zəng və WhatsApp xidməti mövcuddur: +994 55 484 37 38

Related Posts

Xaçmaz skautları ahılları ziyarət ediblər

Ziyarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi və Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına dəstək İB-nin “Ahıllar üçün Günərzi Qayğı Mərkəzlərinin Fəaliyyətinin Təşkili”…

Zəlzələdən zərərçəkmişlərə dəstək üçün dayaq məntəqələri yaradıldı!

Qardaş Türkiyədə baş vermiş üzücü fövqəladə hal səbəbilə Türkiyədəki bacı və qardaşlarımız üçün yardım xətti yaradılmışdır. Yardım prosesinə dəstək məqsədi ilə Azərbaycan Skautlar Assosiasiyasının baş ofisi bir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir