Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Şuşa şəhərində avqustun 21-dən 27-dək 18 yaşdan yuxarı olan üzvlərimiz (səyyah və böyükyaşlı könüllü yaş kateqoriyaları) üçün ənənəvi “Shusha 2023” – skautların beynəlxalq humanitar fəaliyyət üçün hazırlıq düşərgəsi baş tutacaq.
Beynəlxalq düşərgənin əsas məqsədi şanlı zəfərimizin Şuşa təntənəsinin şahidi olmaq, gənc skautların xüsusi bacarıqlara yiyələnmələri üçün xüsusi təlimlər təşkil etmək, türk mədəniyyəti paytaxtında yerli və xarici skautların iştiraki ilə sosial layihələri həyata keçirməkdir.
Düşərgədə iştirak etmək üçün 28 fevral 2023-cü il tarixinə, saat 23:59-dək (GMT+4) elektron ərizə ilə müraciəti tam olaraq təsdiqlənməlidir.
Diqqət: Düşərgəyə yalnız 18 yaşı 21 avqust 2023-cü il tarixindən əvvəl tamam olmuş Azərbaycan Skautlar Assosiasiyasının rəsmi qeydiyyatda olan üzvləri müraciət edə bilərlər.
Əlavə məlumat və əməkdaşlıq üçün shusha@scout.az ünvanına müraciət edə bilərsiniz.