ELAN: “Qışlaq” düşərgəsi

Yaylaq skautlar üçün “Qışlaq” düşərgəsinin məskəninə çevrildi! ❄️

Yeni ildə sizə yeni şad xəbərimiz var! ? Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin əlavə dəstəyi ilə 27-31 yanvar 2023-cü il tarixlərində Göygöl rayonunda “Qışlaq” adlı növbəti qış düşərgəsi təşkil ediləcəkdir.

❓ Məqsəd:

Uşaq, yeniyetmə və gənclərin 6 istiqamət üzrə inkişafına, maarifləndirilməsinə və tətil günlərində onların asudə vaxtlarnı səmərəli keçirməsinə dəstək verməkdir. Eyni zamanda düşərgə zamanı iştirakçılara soyuq və ekstrimal şəraitlərdə yaşamaq, soyuq iqlimdə davranış qaydalarını kimi müxtəlif həyatı bacarıqlar öyrədiləcəkdir.

❓ Düşərgə zamanı iştirakçılar əldə edəcəklər:

❄ Xizək və snowboard sürmədə ilkin bacarıqlar;

❄ Qarda yürüyüş, yaşayış və iztapma qaydaları;

❄ Qış pionerinqi və biliklərin yoxlanılması;

❄ Qarda yaşam və qar evlərinin (iqlu) düzəltmək;

❄ Skautların həyat tərzi, öyrənmə metodları və dinamik (ekstrim) proqrama uyğun digər

fəaliyyətlər;

❓❓ KİMLƏR İŞTİRAK EDƏ BİLƏR:

✔ 6-17 yaş skautlar (mauqli, skaut, cəngavər yaş qrupları);

✔ 18-22 səyyah skautlar;

✔ 22+ böyükyaşlı skautlar;

? İŞTİRAK HAQQI:

İştirak haqqı hər kəs üçün 70₼ müəyyən olunmuşdur.

QİYMƏTƏ DAXİLDİR:

✔ Nəqliyyat (avtobus): Gəncə-Göygöl-Gəncə;

✔ Gündə 3 dəfə qidalanma;

✔ Qalacaq yer (Yurtlar);

✔ Təlimlər və müxtəlif proqramlarda iştirak;

? DİQQƏT:

– Skautların qeydiyyatı Liderləri tərəfindən həyata keçirilir, liderlər isə siyahıları Könül Məmmədovaya təqdim etsinlər (051-235-02-22);

– Böyükyaşlı skautlar birbaşa baş katib Ülvi Məmmədovla əlaqə saxlasınlar qeydiyyat üçün (070-502-23-91);

– Qeydiyyat iştirak haqqını ödəməklə təsdiqlənir;

– Düşərgədə iştirak yalnız dəstə daxilində mümkündür.

? XÜSUSİ QEYDLƏR:

Qeydiyyatdan keçənlərə ləvazimatlar, proqram və s. detallar haqqında məlumatlar liderlər vasitəsi ilə göndəriləcəkdir.

? SON MÜRACİƏT TARİXİ:

17 yanvar 2023-cü il tarixidir;

Son tarixdən sonrakı müraciətlər qəbul olunmayacaqdır.

Düşərgə üzrə əlaqələndirici şəxs:

Raul Abbaszadə

+994 70 242 03 79

Related Posts

4 ÜNSÜR NOVRUZ DÜŞƏRGƏSİNƏ STAFF ÜÇÜN QEYDİYYAT AÇILIB

Əziz böyükyaşlı skautlar,Skautlarımızın 22-25 mart tarixlərində baharın gəlişini Daşkəsəndə birgə qeyd edəcəkləri “4 Ünsür – 2024” Novruz düşərgəsinin təşkilində və idarəedilməsində STAFF-da iştirak etmək istəyənlər üçün qeydiyyat…

“Qış nağılı” düşərgəsi

Azərbaycan Skautlar Assosiasiyasının və “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin təşkilatçılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində “Qış nağılı” adlı düşərgə təşkil edilir! ? ?? 2024-cü ilin ilk…

“SummerProgram” növbəti düşərgəsini elan edir

Bu payız tətilini həqiqətən yaddaqalan etməyə hazırsınız? “SummerProgram” növbəti düşərgəsini elan edir. Hər gün kəşf, öyrənmək və əyləncə üçün yeni fürsət olan #AdventureCamp bu dəfə sizi #AdventurePayız…

Azərbaycan Skautları MAG efrində Jamboree2023Korea təcrübələrindən danışdılar

Link: https://youtu.be/9LyFVdexeeU?si=lqg_HXRLri4xB-YC Post Views: 352

Azərbaycan Skautları Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti dəvət ediliblər

Azərbaycan Skautları Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti ilə səfirlikdə keçirilən yemək festivalına dəvət ediliblər. Səfir Lee Eun Yong avqustda Dünya Skautlarının Koreyada baş tutan 25-ci Camborisində…

Növbəti AdventureCamp`dan görüntüləri təqdim edirik

Düşərgələr uşaqlara geniş spektrli təsirlər yaratmaqla onların sosial, psixoloji, fiziki, əqli, emosional və xarakter inkişafına töhfə verir. @summerprogram.az çərçivəsində həyata keçirilmiş növbəti #AdventureCamp`dan görüntüləri təqdim edirik. —…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir