Sumqayıtda “Skautlar kimlərdir?” adlı interaktiv seminar baş tutub

Azərbaycan Skautlar Assosiasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən seminarın əsas məqsədi gənclərin dünyagörüşünün artırılması və əhatə dairəsinin genişləndirilməsi, skaut hərəkatı barədə məlumatlandırılması, həmçinin təbiəti qorumaq, resurslardan qənaətlə və düzgün istifadə etmək istiqamətində onların maarifləndirilməsidir.

Seminarda Azərbaycan Skautlar Assosiasiyasının baş katibi Ülvi Məmmədov tərəfindən skaut hərəkatının tarixi, ölkəmizdə inkişafı, skautinqin əsas prinsipləri, çöl şəraitində və kamplarda qeyri-adi vəziyyətlərdən çıxış üsulları barədə ətraflı məlumat verilmiş, Assosiasiya tərəfindən təşkil edilən düşərgələrdə iştirakçı olmaq istəyən gənclərə şərtlər və tələblər izah edilmişdir.

Seminarın sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir