Milli Təlim Proqramının liderlik kurslarına start verilib

Azərbaycan Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olmuş “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start verilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə baş tutan layihənin əsas məqsədi yeni skaut liderlərinin yetişdirilməsi, onların liderlik bacarıqlarının ortaya çıxarılması, skaut metodları və patrul təcrübəsini yaşatmaq, eyni zamanda skaut liderlərimizin peşəkar səviyyədə həyata keçirilən beynəlxalq liderlik kursunda iştirakını təmin etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, ABŞ və Türkiyə skautmasterləri və Azərbaycan Skautlar Assosiasiyasının rəsmiləri öz növbələrində skautinqin gənclərə və ətraf mühitə verdiyi faydaları bir daha xatırladıb, daha uğurlu lider olmaqda praktiki liderlik təlimlərinin önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu ediblər.

Related Posts

“SummerProgram” növbəti düşərgəsini elan edir

Bu payız tətilini həqiqətən yaddaqalan etməyə hazırsınız? “SummerProgram” növbəti düşərgəsini elan edir. Hər gün kəşf, öyrənmək və əyləncə üçün yeni fürsət olan #AdventureCamp bu dəfə sizi #AdventurePayız…

Azərbaycan Skautları MAG efrində Jamboree2023Korea təcrübələrindən danışdılar

Link: https://youtu.be/9LyFVdexeeU?si=lqg_HXRLri4xB-YC Post Views: 119

Gənclər Təşkilatları üçün 17-ci Qrant Müsabiqəsinin nəticələri elan olundu.

Gənclər Təşkilatları üçün 17-ci Qrant Müsabiqəsinin nəticələri elan olundu. Azərbaycan Skautlar Assosiasiyasının “Azərbaycan Skautlarının Liderlik Kursu” layihəsi də qalib layihələr sırasındadır. Nəticələrlə aşağıdakı linkdən tanış ola bilərsiniz:…

Azərbaycan Skautları Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti dəvət ediliblər

Azərbaycan Skautları Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti ilə səfirlikdə keçirilən yemək festivalına dəvət ediliblər. Səfir Lee Eun Yong avqustda Dünya Skautlarının Koreyada baş tutan 25-ci Camborisində…

Növbəti AdventureCamp`dan görüntüləri təqdim edirik

Düşərgələr uşaqlara geniş spektrli təsirlər yaratmaqla onların sosial, psixoloji, fiziki, əqli, emosional və xarakter inkişafına töhfə verir. @summerprogram.az çərçivəsində həyata keçirilmiş növbəti #AdventureCamp`dan görüntüləri təqdim edirik. —…

Gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Sentyabrın 12-də gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı və Arzu Tairquliyeva-Nağıyeva ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir