Azərbaycanda ilk dəfə “Wood Badge” beynəlxalq tədbiri həyata keçirilir

Azərbaycanda ilk dəfə keçirilən “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” beynəlxalq layihəsi 18 fevral tarixindən etibarən öz işinə başlayıb. Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Milli Təlim Proqramı çərçivəsində həyata keçirilir.

24 fevral tarixinədək həyata keçiriləcək layihə çərçivəsində iki istiqamət üzrə: “Wood Badge” və Təməl Liderlik kursları davam edir. Milli Təlim Proqramının həyata keçirilməsi üçün təlimçilər və fasilitatorlar Amerika Birləşmiş Ştatlarından və Türkiyə Cümhuriyyətindən dəvət edilmiş skautmasterlərdir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə baş tutan layihənin əsas məqsədi yeni skaut liderlərinin yetişdirilməsi, onların liderlik bacarıqlarının ortaya çıxarılması, skaut metodları və patrul təcrübəsini yaşatmaq, eyni zamanda skaut liderlərimizin peşəkar səviyyədə həyata keçirilən beynəlxalq liderlik kursunda iştirakını təmin etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, ABŞ və Türkiyə skautmasterləri və Azərbaycan Skautlar Assosiasiyasının rəsmiləri öz növbələrində skautinqin gənclərə və ətraf mühitə verdiyi faydaları bir daha xatırladıb, daha uğurlu lider olmaqda praktiki liderlik təlimlərinin önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu ediblər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Cırtdan” – Uşaq İstirahət və Sağlamlıq Mərkəzində baş tutan beynəlxalq “Wood Badge” kursu çərçivəsində düşərgə ərazisinə gələn müdavimlər yerləşmə və nahar və patrullara bölündükdən sonra onlara “Yüksək dərəcəli liderlik kursu”, “Müxtəlif yaş qruplarının tapşırıqları” və digər təlimlərə qoşulublar. Paralel olaraq Təməl Liderlik kursu iştirakçıları isə “Düşərgənin qurulması”, “Komandanın idarə edilməsi”, “Patrul sistemi anlayışı” və digər təlimlərdə fəal iştirak ediblər.
Düşərgənin ikinci gününün davamında iştirakçılar “Skautiqin tarixi və skautinqin predmeti”, “Skautinqin əsas prinsipləri”, “Struktur”, “Qol komandaları, balta, bıçaq istifadəsi”, “Bacarıqların kurikulumu” və digər təlimlərə qoşulublar. Gün sonunda onlar öz axşam yeməklərini birgə hazırlayaraq patrul ruhunu atrırıblar.
Gün sonu düşərgə tonqal ətrafında birləşərək ənənəvi skaut fəaliyyətləri icra edən skautlar qəlblərini isidiblər.
Qeyd edək ki, “Wood Badge” böyükyaşlılar üçün peşəkar səviyyədə həyata keçirilən qabaqcıl liderlik təlimidir. Bir və daha çox həftədən ibarət olan təlim, skaut metodları və patrul təcrübəsini yaşamaqla peşəkar skaut ustadları tərəfindən öyrədilir.
“Wood Badge” proqramı iştirakçılara skaut bacarıqlarından daha çox Liderlik bacarıqlarını öyrətmək və inkişaf etdirməkdən ibarətdir. Bu bacarıqlar skautinqlə yanaşı həyatın bütün sahələrində istifadə edilə bilən bacarıqlardır.

Qeyd edək ki, layihə 24 fevral tarixinədək davam edəcəkdir.

Related Posts

Kanderşteq Beynəlxalq Skaut Mərkəzində qısamüddətli könüllülük imkanı

Yaxın günlərdə Kanderşteq Beynəlxalq Skaut Mərkəzində yay 2024 mövsümü üçün qısamüddətli işçi heyəti üzrə vakansiyaya müraciət başlayacaqdır. Müraciətçilər üçün məlumatlar aşağıdakı kimidir: Kanderşteq Beynəlxalq Skaut Mərkəzi  Yay…

Milli Müvəkkillər Şurasına sınaq müddəti olmaqla təyin edilmiş yeni müvəkkillər

Azərbaycan Skautlar Assosiasiyasının 21 avqust 2023-cü il tarixli elanı əsasında Assosiasiyada müxtəlif istiqamətlər üzrə yaranmış müvəkkillik vakansiyalarına maraq göstərmiş, daha öncəki müddətdə də təşkilata təyin olunduqları sahəyə…

Skautumuz Nyu-Yorkda “Transforming Education Summit 2022″də

Azərbaycan Skautlar Assosiasiyasının üzvü Rezida Rzayeva 16, 17, 19 sentyabr trixlərində BMT-nin Nyu Yorkdakı baş ofisində keçirilən “Transforming Education Summit 2022″də iştirak edib. Sammitə o, Azərbaycan Skautlar…

“Juliette Low” Seminarına qeydiyyat başladı – 100 qıza çat!

WAGGGS-ın liderlik simvolu olan “Juliette Low”Seminarında iştirak edib, yüzlərlə qızın inkişaf etməsinə səbəb olmaq istəyirsinizsə, bu proqram sizin üçündür. Müraciət üçün meyarlar:• 18-29 yaş arası;• Yaxşı səviyyədə…

“Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” öz işinə başlayıb.

Azərbaycanda ilk dəfə keçirilən “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” beynəlxalq layihəsi 18 fevral tarixindən etibarən öz işinə başlayıb. Bu proqram skautların ən yüksək dərəcəli təlim…

Ölkədəki ilk gənclər hərəkatının baş katibi fəaliyyətlərindən danışdı – RƏY/VİDEO

QAZET.AZ: Assosiasiyanın baş katibi veriliş zamanı Azərbaycanda skautların uzunmüddətli fəaliyyəti və assosiyanın gələcək hədəflərindən danışıb. Qazet.az soruşurun növbəti qonağı Azərbaycan Skautlar Assosiasiyasının baş katibi Ülvi Məmmədov olub.  Assosiasiyanın baş…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir